Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə25/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   21   22   23   24   25   26   27   28   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Hidravlik üsulla silindrlər blokunun və blok başlığının su köynəklərində , kollektorların sorucu və xaricedici borularlbda vəs.hissələrdə çatların olması aşkar edilir.Bu məqsədlə xüsusi end və qurğulardan istifadə olunur.

Yoxlama zamanı hissə stend üzərində yerləşdirilir və bərkidilir.Bütün xarici deşiklər tıxaclar vasitəsilə kip bağlanır.Daxili boşluğu 0.3-0.5MPa təzyiqdə ssu doldurulur.Suyun sızması nəticəsində yoxlanılan hissədə çatların yeri müəyyən edilir.



Maqnit üsulu.Bu üsuldan feromaqnit metallardan (polad və çuqundan)hazırlanan hissələrdə çatların aşkar edilməsində istifadə edilir.Üsulun mahiyyəti aşağıdakılardan ibarətdir.

Əgər nəzarət olunan hissədən maqnit seli keçirdikdə hissədə çat olarsa,onda hissədən keçirilən maqnit seli səpələnir və keçən maqnit selinin qiyməti və istiqaməti dəyişir.Maqnit defektoskopiya üsulu məhz hissədən çıxan maqnit selinin müəyyən edilməsinə əsaslanır.

Avtotəmir müəssisələrində müxtəlif maqnit defektoskoplarından istifadə edilir.

Ultrasəs üsulu.Ultrasəs defektoskopiyası ultrasəs rəqslərinin metalda yayılması bütövlüyünü pozan (çat,koğuş vəs.)qüsurlardan akustik müqavimət nəticəsində əks olunması qabiliyyətinə əsaslanır.Hissələrin ultrasəs metodu ilə nəzarəti zamanı iki kölgə və impulslu əks-səda (başqa sözlə ,səsin əks-sədası)üsullarından istifadə edilir.

Kölgə üsulunda qüsur şüalandırıcı və qəbuledici arasında yerləşdirilən hissədən ultrasəsin keçirilməsi nəticəsində aşkar edilir.






Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə