Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə26/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   22   23   24   25   26   27   28   29   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Lüminessent (flüoressent) metodu.Bu üsuldan əlvan,qara və qeyri-metal materiallarından olan hissələrdəki xarici çatları aşkar etmək üçün istifadə edilir.Üsulun mahiyyəti belədir.Yoxlanacaq hissələr təmizləndikdən və yaşsızlaşdırıldıqdan sonra 80◦S tempratura qədər qızdırılmış fluoressent (ultrabənövşəyi şüaların təsiri altında işıqlanan ) mayesi olan vannaya salınır və 10-15 dəqiqə saxlanılır və ya həmin maye fırça ilə detal üzərinə yaxılır.Flüoressent mayesi kimi açıq rəgli və ya vazelin yağı 0.25 l,ağ neft 0.5l,benzin 0.25 l və 0.25 q rəng maddəsi (yaşıla çalan qızılı defektol )istifadə edilir.Hazırlanmış məhlul ultrabənövşəyi şüalarla işıqlandırıldıqda sarımtıl-yaşıla çalan parlaq rəng verir.

Hissə üzərinə çəkilən flüoressensiya mayesi yaxşı yağlama qabiliyyətinə malik olduğundan çatlara asan daxil olur və orada qalır.Hissə üzərindən flüoressent mayesi bir neçə saniyə üzərində (0.2Mpa )təzyiqlə soyuq su şırnağı altında yuyulur,sonra qızdırılması və qurudulması flüoressent mayesinin çatdan səth üzərinə çıxarmasına və çatın uclarından axmasına səbəb olur.

Çatı daha yaxşıaşkar etmək üçün qurudulmuş hissəni quru silikagel(SiO2)tozu ilə pudralayır və açıq havada 5-30 dəqiqə saxlayırlar.Quru mikroməsaməli silikagel tozu flüoressent mayesinin çatdan çıxmasına təsir göstərir.

Toz flüoressent mayesi üzərinəhoparaq çatın üzərində qalır.Hissə ultrabənövşəyi şüalarla işıqlandırıldıqda flüoressent mayesinə hopan silikagel tozu parlaq işıq saçaraq çatın sərhədlərini göstərəcəkdir. Təmir praktikasında stasionar və kiçik səyyar lüminessent defektoskopundan istifadə olunur.



Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə