Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə27/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   23   24   25   26   27   28   29   30   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Hissələrin bərpa üsulları

Avtomobil hissələrinə yeyilmə ,materialın yorulması ,mexaniki və korroziya zədələri nəticəsində öz iş qabiliyyətini itirirlər.Bu hissələrin bir hissəsi,xüsusilə,sadə və istehsalı ucuz başa gələn hissəsi,tam yararsız hala düşür və mütləq dəyişdirilir.Hissələrin əksəriyyəti isə(75%)qalıq resursa malik olduöundan bərpa edildikdən sonra onları təkrar istifadə etmək olur.

Təmirə qəbul olunan hissələrin 45%-də yeyilmə 0.01-0.07 mm,25% -də isə 0.07-0.14mm-dən çox olmur.Hİssələrin bərpasının əmək tutumu avtomobilin tam halda təmirinin əmək tutumunun 4-%-ni təşkil edir.

Hissələrin bərpa texnologiyasının əsas vəzifəs istimar prosesində qovşaq hissələrində pozulmuş oturtmaları,hər bir hissənin həndəsi ölçülərinivə formasını ,mexaniki möhkəmliyini ,yeyilmə davamlılığını,antikorroziya xüsusiyyətlərini vəs.bərpa etməldən ibarətdir.Yalnız bu halda avtomobilin iş qabiliyyəti və etibarlığı tam təmin edilə bilər.

Qovşaq hissələrində oturtmaların bərpası iki yolla təmin edilə bilər:hissələrin yeyilmiş səthinin ölçülərini dəyişərək əvvəlcədən müəyyən olunmuş təmir ölçülərini bərpa etməklə.

Avtomobil hissələrinin bərpasında aşağıdakı üsullardan istifadə edilir:mexaniki emal,plastik deformasiya və ya təzyiqlə emal,qaynaq və üst əritmə,metallaşdırma,qalvanik və kimyəvi örtüklər çəkmə,sintetik materiallarla (plastik kütlə ilə )bərpa,lehimləmə,elektrik qığılcımı ilə bərpa vəs.

Avtomobillərin təmir prosesində mexaniki emaldan həm sərbəst bir bərpa növü kimi ,həmdə başqa üsullarla bərpa olunacaq hissələrdə hazırlıq və tamamlama işlərini yerinə yetirərkən istifadə olunur.Avtomobil hissələrinin mexaniki emalla bərpasının aşağıdakı üsulları tətbiq edilir:hissələrin yeyilmiş və ya zədələnmiş səthlərini təmir ölçülərinə çatdırmaqlabərpa və əlavə təmir detalı qoymaqla bərpa.

Hissələrin bərpasında mexaniki emalın aşağıdakı növləri daha geniş tətbiq olunur:torna ,deşmə,üz yonma,frezləmə ,cilalama ,pardaqlama,xoninqləmə vəs.

Bərpa olunan hissələrin mexaniki emal metodunun və rejiminin seçilməsi emal olunan səthlərin yüksək bərkliyə malik olmasına görə çətinləşir.Çünki,hissənin istehsalı zamanı həmin səthlər kimyəvi-termiki emala uğradılır,bərpadan sonra yonulacaq emal payının qalınlığı müxtəlif olur,Metal örtüyü spesifik,fiziki-mexaniki xüsusiyyətə malik olur və bu xüsusiyyətlər örtüyün müxtəlif sahələrində bircinsli olmur.

Təmir ölçülərinə çatdırmaqla bərpa zamanı bərpa olunan səthlərin yüksək möhkəmliyini və emal payının kiçik olduğunu nəzərə alaraq çox vaxt cilalamadan istifadə olunur.Üst əritmə ilə bərpa olunan səthlərin mexaniki emalı zamanı müəyyən çətinliklər əmələ gəlir.Üst əridilən metalın bərkliyindən asılı olaraq hissələrin mexaniki emalıtorna vəya cilalama dəzgahlarında aparıla bilər.

Metallaşdırma ilə bərpa olunan səthlərin mexaniki emalının çətinliyi çökdürülən örtüyün kövrəkliyinin məsaməliyinin və möhkəmliyinin yüksək olmasıdır.Örtüyün möhkəmliyindən və emal payının qalınlığından asılı olaraq metal çökdürülən səthlər yonma və cilalama ilə mexaniki emal edilir.Yonma zamanıbərk ərintili kəskilərdən istifadə edilir.Emal aşağı kəsmə rejimində aparılır.Kəsmə sürəti 60-80 m /dəq kəsmə dərinliyi 0.1-0.3 mm,veriş -0.1 -0.2mm/dövr olmalıdır.Örtük çəkilən səth cilalandıqda isə kəsmə sürəti 30-35m\san qəbul edilir.

Xromlamadan sonra hissələr adi cilalama əməliyyatına uğradılır.

Plastik kütlə ilə bərpa olunan səthlərin yonulmasında yaxşı itilənmiş ,istiliyə davamli materialdan olan kəskidən istifadə olunur.Emal zamanı kəski sıxılmış hava və ya ağ neftlə intensiv soyudulur.Torno emalı yüksək sürət rejimində aparılır.Kəsmə sürəti 250-3—m/dəq , veriş isə çox kiçik olur. -0.1 -0.2 mm/dövr.

Bərpa olunan hissələrin mexaniki emalında tələb olunan kələ - kötürlük ,ölçülərin dəqiqliyi,forması və işçi səthlərin qarşılıqlı vəziyyətləri təmin edilməlidir.



Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə