Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları


Bərpa üsulunun mahiyyəti və tətbiq sahəsi



Yüklə 388,09 Kb.
səhifə31/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   27   28   29   30   31   32   33   34   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Bərpa üsulunun mahiyyəti və tətbiq sahəsi

Hissələrin təzyiq üsulu ilə bərpası metalın plastiklik xüsusiyyətinə əsaslanır.Metalların plastikliyi onların müəyyən şəraitdə təzyiq (yük) altında dağılmadan öz forma və ölçülərini dəyişmə qabiliyyətinə deyilir.

Hissələrin plastik deformasiyası soyuq və isti halda preslərdə və xüsusi tərtibatlarda aparılır.Plastik deformasiya zamanı metalın strukturası dəyişmir.

Soyuq halda metalın plastik deformasiyaya uğradilması onun mexaniki xassələrinin dəyişməsinə səbəb olur,metalın bərkliyi və möhkəmlik həddi artır,özlülüyü və plastikliyi isə azalır.

Hissələrin soyuq halda plastik deformasiyaya uğradılması böük qüvvə tələb etdiyindən,bərpa zamanı hissələri çox vaxt qızdırılır.Ərimə tempraturunun 0.8-0.9 hissəsinə qədər qızdırmaqla hissələrin bərpası üçün sərf olunan qüvvəni xeyli azaltmaq olar.İsit halda plastik deformasiyadan sonra hissələr təkrar termiki emala uğradılmalıdır.

Hİssələrin təzyiqlə bərpa üsulunun üxtün cəhətlərinə texnoloji prosesin istifadə olunan avadanlığın sadəliyi az əmək tələb etməsi əlavə metaldan istifadə etmədən təmirin keyfiyyətinin yaxşı olması,ucuz başa gəlməsi və hissələrin bərpa keyifyyətini yüksək olması aid edilir.

Nöqsan cəhətlərinə,mexaniki xüsusiyyətlərinin dəyişməsi ,qızdırıldıqda termik emalın pozulması,qızdırmaya və sonrakı termiki emala əlavə xərclərin sərf olunması ,çatların əmələ gəlməsi ehtimalı aid edilir.Qeyri plastiok materialları və möhkəmlik ehtiyyatı az olan mürəkkəb konfiqurasiyalı hissələri təzyiqlə bərpa etmək mümkün olmur.

Təzyiqlə bərpa üsulu aşağıdakı məqsədlər üçün istifadə edilir:

1.Yeyilmiş səthlərin ölçülərinin bərpasında ;

2.Deformasiyaya uğramış hissələrin formasının bərpasında;

3.Hissələrin materialının mexaniki xüsusiyyətlərinin bərpasında

Hissələrin təzyiqlə bərpası zamanı aşağıdakı tələblər yerinə yetirilməlidir:

-hissənin bərpa olunmayan bütün səthlərinin forma və ölçülərinin saxlanması

-hissənin bərpasından sonra onun mexaniki xüsusiyyətlərinin təzə hissədə olduğundan aşağı olmaması

-mexaniki və termiki emal işlərinin həcminin az olmasını təmin edilməsi.

Plastik deformasiya prosesinə metalın kimyəvi tərkibi struksturasının bircinsli olması ,qarışıqların bərabər paylanması və dənəciklərin ölçüləri böyük təsir göstərir.

Hİssələri isti halda təzyiqlə emal etdikdə ,qızdırma tempraturunu minimal lakin,plastikliyi təmin etməsi üçün lazım olan dərəcədə istifadə olunur.

Hissələrin təzyiqlə bərpa prosesi hazırlıq,deformasiya və son emal işlərindən ibarətdir.Hazırlıq əməliyyatına yumşaltma və tam əksiltmə daxildir.



Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə