Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları


Qaynaq və üstəritmə ilə hissələrin bərpası



Yüklə 388,09 Kb.
səhifə36/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   32   33   34   35   36   37   38   39   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Qaynaq və üstəritmə ilə hissələrin bərpası

Qaynaq və üstəritmə üsulları

Avtotəmir istehsalında hissələrin ən geniş yayılmış bərpa üsullarından biri qaynaq və üst əritmədir.

Hissələrin 40%-dən çoxu bu üsullarla bərpa edilir.Qaynaq və üstəritmənin geniş yayılmasına səbəb tətbiq edilən avadanlığın və texnologiyanın sadə olması ,bütün metal və ərintilərdən olan hissələrin bərpasının mümkün olması.məhsuldarlığın yüksək maya dəyərinin aşağı olmasıdır.

Qaynaqdan hissələrdə mexaniki zədələrin (çatların qırıqların batıqların vəs.) bərpasında ,üstəritmədən isə hissələrdə yeyilmənin kompensasiya etmək məqsədilə onların səthinə metal örtüklər çəkmək üçün istifadə edilir.

Aparılma üsullarından asılı olaraq qaynağın əl ilə mexanikləşdirilmiş növləri vardır:

1.Əl ilə qaynaq növləri:

-qaz qaynağı

-elektrik qövs qaynağı

-arqon qövs qaynağı

2.Mexanikləşdirilmiş qaynaq növləri:

-flüs təbəqəsi altından avtomatik qaynaq

-karbon qazı mühitində qaynaq

-su buxarı mühitində qaynaq

-plazma qövslü qaynaq

-vibroqövslü titrəyən qövs qaynağı

-kotakt qaynağı

-sürtünmə ilə qaynaq

Qaz qaynağından bir qayda olaraq kuzovların, metaldan olan kabinaların çuqun hissələrdə çatların bərpasında istifadə edili.Mexaniki zədələrin bərpasında qaz qaynağından başqa – elektrik qövs,arqon – qövs , karbon qazı mühitində elektro kontakt vəs.qaynaq növləridə geniş tətbiq edilir.

Hissələrin yeyilmiş səthinə metalda örtük çəkmək üçün ən geniş yayılmış mexanikləşdirilmiş üstəritmə üsullarından : flüs təbəqəsi altından avtomatik elektrik-qövs qaynağını ,karbon qazı mühitində vibroqövslü ,plazma qövslü vəs.üstəritmə misal göstərmək olar.Göstərilən qaynaq növlərinin hər hansı birindən istifadə edilərkən ,əsas metalın soyuq halda əhatəsində ərimiş metal vannası əmələ gəlir.Ərimiş metalın soyuması ilə rekristallaşma prosesi baş verir.Qaynaq vasitəsilə əsas metalın sərhəddində termiki təsirzonası əmələ gəlir.Qaynağın keyfiyyətinə texniki təsir zonasının dəyişməsinin böyük təsiri vardır.

Termiki təsir zonasında metal mexaniki xüsusiyyətlərinin (bərkliyi dəyanətlilik həddi ,möhkəmliyi vəs.) struktur dəyişməsi baş verir və əsas metalda daxili gərginliklər və deformasiya əmələ gəlir.

Bundan başqa ərimiş metalda aşağıdakı metallurgiya prosesləri baş verir:Metal oksidləşir,regirləyici elementlər yaranır ,ərimiş metal azotla zənginləşir vəs.

Ərimiş metalın oksidləşməsi və regerləyici elemntlərin ( C,Mn ,Si) yanması onun havanın oksigeni ilə birləşməsi nəticəsində baş verir .Belə proseslər əriyən metalın möhkəmliyini azaldır .Metalın oksidləşmədən qorumaq və legerləyici elementlərin yanmasının qarşısını almaq üçün qaynaq və üstəritmə zamanı flüsdən istifadə edilir və ya elektrodlara örtük çəkilir.Ərimə zamanı flüs və ya örtük şlak əmələ gətirir və əriyən metalı ətraf mühitdən etibarlı qoruyur.

Termiki təsir zonasının dərinliyi qaynağın növündən və rejimindən , qaynaq edilən metalların kimyəvi tərkibindən hissələrin başlanğıc və ətraf mühitin tempraturundan asılıdır.

Qazla qaynaqlamada termiki təsir zonasının dərinliyi 25-30 mm , elektrik qövs qaynağında isə 2-6 mm olur.Qaynaq cərəyanının və qazyandırıcısının (qarelkanın) gücü nə qədər çox olarsa,texniki təsir zonasının dərinliyi bir o qədər çox olar.

Qaynaq və üstəritmə zamanı hissələrin qeyri bərabər qızması və soyuması,eləcə də termiki təsir zonasında baş verən struktur çevirilmələr nəticəsində daxili termiki gərginlik əmələ gəlir ki, bu da hissədə qalıq deformasiyalarının ,bəzən də çatların əmələ gəlməsinə səbəb olur.Əgər daxili gərginlik hissənin materialının ,axma həddindən çox olarsa , onda deformasiya baş verir.Qalıq gərginlikdə deformasiyasının qarşısını almaq üçün müxtəlif texnoloji üsullardan istifadə edilir.Məsələn 600-850 ◦ C yumşaltma aparılır (sonra peçlə birlikdə soyudur) və ya qaynaqlamadan əvvəl hissənin bütövlükdə 200-300 ◦C qızdırmaq lazımdır.

Qaynaq və üstəritmə aparmazdan əvvəl hissəni qaynağa hazırlamaq lazımdır.Hissələrin qaynağa hazırlıq işlərinin həcmi və xarakteri qüsurun növündən asılıdr.Məsələn çatı qaynaq etmək üçün onun uclarının 3-5 mm diametrdə deşirlərki,çat uzanmasın .sonra çat boyu hissə cilalayıcı maşının (əl ilə) köməyi ilə Y və X şəkilli yonulur .Hissənin qalınlığı 5 mm –dən az olduqda çatların üst hissəsi təmizlənir,qalınlığı 5mm-dən çox olarsa Y şəkilli ,12 mm-dən çox olduqda isə X şəkilli yonulur. (Şəkil19.1).



Sonra hissə müxtəlif çirklənmələrdən və oksidlərdən təmizlənir.Avtotəmir istehsalında hissələrdə çat və qırıqları qaynaq etmək üçün əl ilə elektrik-qövs qaynağından istifadə edilir.

Elektrik – qövs qaynağında həm sabit cərəyandan həmdə dəyişən cərəyandan istifadə oluna bilər.Bu üsulla qalınlığı 1 mm-dən çox olan bütün növ poladları ,çuğunun və əlvan metalları qaynaq etmək və üstəritmək olar.

Qaynaq qövsü yandıqda böyük miqdarda istilik ayrılır qövsün tempraturu qaz sütünün oxunda 6000-7500 ◦C ,kömür elektrodun səth hissəsində 3000-4000◦C,polad elektrodun səth hissələrində isə 2200 və 2500◦C – yə çatır.

Sabit cərəyanda polad elektrodlardan istifadə etdikdə anodla qövsün tempraturu 2600◦C ,katodda isə 2400◦ C olur.Buna görədə nazik və tez əriyən metalları qaynaq etdikdə elektrik qövsünün əks qütblü cərəyanla qidalandırırlar,yəni cərəyan mənbəyinin mənfi qütbünü hissəyə qoşurlar.

Qövs sütunun tempraturu cərəyanın sıxlığından asılıdır.Qövsdə cərəyanın sıxlığı nə qədər çox olarsa , onun tempraturu bir o qədər yüksək olar.Əriyən elektridla əl ilə qaynaq etdikdə elektrodda cərəyanın sıxlığı 18-20 Amper /mm olur ,gərginlik isə 18-25 V olur.

Qaynaqlamanın məhsuldarlığı vahid zamanda əridilmiş elektrod metalın miqdarı ilə xarakterizə olunur.

Q=kJ ,q\saat

k-üstərimə əmsalı q\ A saat

J- qaynaq cərəyanının qiyməti A

Üstəritmə əmsalı k – elektrodun materialından, örtüyün tərkibindən,cərəyanın növündən və qütbündə asılıdır.Əl ilə qaynaqlamada k=6-18 q\A saat hədlərində dəyişir.


Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə