Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə37/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   33   34   35   36   37   38   39   40   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Çuqun hissələrin qaynaq edilməsi
Avtomobillərin bir çox hissələri boz və döyülə bilən çuqundan hazırlanır.Boz çuqundan tökmə ilə hazırlanan hissələrə slindrlər bloku , blok başlığı ,nazim çarxların karterləri ,su və yağ nasoslarının gövdələri, ötürmə qutularının gövdələri ,qabaq təkər topları vəs. misal göstərilə bilər.Döyülə bilən çuqundan isə arxa,təkər topları ,arxa körpünün reduktorunun gövdəsi vəs. hissələr hazırlanır.Bu hissələrdə xarakterik qüsurlara misal olaraq çatı ,deşilməni ,qopmaları ,yivlərin zədələnməsini vəs. göstərmək olar.Bu qüsurların aradan qaldırılmasında ən geniş istifadə olunan qaynaq üsuludur.

Çuqun hissələrin qaynaq edilməsinin çətinliyi çuqunun aşağıdakı xüsusiyyətləri ilə izah olunur.Çuqunun tərkibində karbon çox olur,plastikliyi və zərbəyə qarşı özlülütü kiçikdir,hərarətə qarşı yüksək həssaslığa malikdir və qızdırılarkən həcmi artır.Qaynaq prosesində çuqun hissələrdə yerli qızdırma və sürətlə soyutma nəticəsində daxili gərginıik əmələ gəlir .Əəmələ gələn gərginlik qaynaq tikişində əlavə çatların baş verməsinə nazik divarlı hissələrion sürətli soyudulmnası isə çuqunun ağarmasına səbəb olur.Alınan qaynaq tikişi çox bərk və kövrək olur.Qaynaq tikişini emal etmək mümkün olmur.

Çuqun hissələrin bərpa edilməsində qaynağın iki əsas növündən istifadə edilir : “isti “ (hissənin qızdırmaqla ) və “soyuq “ (hissə qızdırılmır).

İsti qaynaq üsulunda əvvəlcə hissənin qaynağa mexaniki hazırlanma işləri aparılır (çatın uclarının deşilməsi ,çatboyu növcuqların açılması vəs.) . Xüsusi peçlərdə hissə meralı mufel və elektrik peçlərindən istifadə etmək məqsədə uyğundur.Qaynaq qaz alovu ilə aparılır.Çuqun oksidlərinin ərimə tempraturu (1400 dərəcə S) çuqunun ərimə temperaturundan (1200 dərəcə S) böyük olduğuna görə qaynaq zamanı flüsdən istifadə edilir.Çöküntü materialı kimi tərkibində (3-3.5%) yüksək miqdarda silisium olan 6-8 mm diametrli boz çuqun çubuqdan istifadə edilir.Əridilən metalı oksidləşmədən qorumaq , 50%-li bura Na2B4O7 ilə natrium hidrokarbonat (Na-HCO3) qarışığından ibarət olan flüs tətbiq edilir.

Qaynaqdan spnra hissələr termostatlarda tədricən soyudulur.İsti üsul qaynağın yüksək keyfiyyətini təmin edir.Lakin texnoloji cəhətdən çox mürəkkəb olduğundan az hallarda tətbiq edilir və əsasən mürəkkəb gövdə tipli hisslərin bərpasında istifadə olunur.

Çuqun hissələrin soyuq haılda qaynağı texnoloji baxımdan sadədir və ona görə də avtotəmir istehsalında geniş tətbiq olunur.Əl ilə və yarımavtomatik elektroqövs qaynağı daha çox istifadə edilir,bu zaman poladdan əlvan metallardan və ərintilərdən hazırlanan elektrodlar işlədilir.Polad elektrodla çuqunun qaynağı daha sadə və qənaətli hesab edilir.Lakin bu zaman tikişin karbonla zənginləşməsinin və tablanmasının qarşısını almaq üçün tərkibinə titan olan qalın örtüyə malik sv. 08 elektrod məftildə istifadə etmək lazımdır.

Əlvan metaldan olan elektrodla çuqunun qaynağı az qənaətli olsada qaynaq tikişinin möhkəmliyi ,plastikliyi və sıxlığı cəhətdən yaxşı nəticələr verir.MNŞ-1 elektrodu ilə qaynaq daha əlverişlidir.

Çuqunun soyuq halda qaynağını 3-4 mm diametrli elektrodla ,əks qütblü sabit cərəyanda ,gərginliyi 20-25 V və cərəyanın gücünü 120-150A təmin etməklə məsləhət görülür.




Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə