Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə41/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   38   39   40   41   42   43   44   45   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Qaz alovu ilə metallaşdırma

Qaz alovu ilə metallaşdırma xüsusi avadanlığın köməyi ilə aparılır,örtük metalı asetilen –oksigen alovunda əridilir,tozlandırma isə sıxılmış hava şırnağı ilə aparılır.Tozlandırılan material məftil şəklində qaz yandırıcının mərkəzi yuvasından verilir və yüksək temperaturlu alov zonasında əriyir.Məftil diyircəklərlə sabit sürətlə verilir.Aparıcı ditircəklərlə hərəkət metallizator apartına quraşdırılmış sonsuz vintli reduktor vasitəsi ilə verilir.

Qaz alovu ilə metallaşdırmada məftilin əridilməsi tozlandırılması MQİ-1,QİM-2 və s. tipli metallaşdırıcıları vasitəsilə aparılır.Qaz metallaşdırıcılarının digərlərindən fərqli yanıcı qazı və oksigeni vermək üçün onda iki kanalın olmasıdır.Məftilin örtülmə mexanizmi elektrikmetallizatorlarında olduğu kimidir,yalnız fərqi 2 məftil əvəzinə bir məftilin verilməsidir.Yanıcı qaz kimi asetilen ,propan vəs.istifadə oluna bilər.

Qaz metallaşdırması elektro-qövs metallaşdırmasına nisbətən bir sıra üstünlüklərə malikdir:Əsas eleentlər az yanır ,tozlandırılan hissəciklər kiçik ,məsaməlik az,bərklik isə yüksək olur.



Hissələrin metallaşdırılması zamanı havanın təzyiqi asetilendən istifadə edildikdə 0.46Mpa,propan istifadə olunduqda 0.39Mpa götüqrülür.Tozlandırma məsafəsi 100-150 mm,məftilin diametri 3.17 mm ,veriş sürəti 0.77-1.07 m/dəq. Qəbul edilir.

Qaz alovu ilə metallaşdırmada tozlandıran material kimi metal tozlarından da istifadə edilir.Metal tozu bunkerdən nəqledici qaz vasitəsilə yandırıcıya daxil edilir.

Qaz alovu ilə metallaşdırmanın nöqsan cəhətlərinə hissələrin bərpasının elektrik metallaşdırmasına nisbətən baha başa gəlməsini ,qurğunun mürəkkəb və məhsuldarlığının aşağı olmasını göstərmək olar.Qazalovu ilə metalladırmada məhsuldarlıq 2-4 kq/saat təşkil edir.



Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə