Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə8/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   4   5   6   7   8   9   10   11   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Avtomobilin ömüruzunluğu – iş qabiliyyətinin texniki qulluq və təmir aparmaq üçün lazım olan fasilə ilə həddi vəziyyətinə qədər saxlama xüsusiyyətinə deyilir.

Avtomobilin həddi vəziyyəti onun baza detallarıın yeyilmə dərəcəsi ilə istismar xüsusiyyətlərinin səmərəlilik göstəricilərinin azalması ilə təyin edilir.



Avtomobilin saxlama qabiliyyəti - texniki sənədlərdə göstərilən istismar göstəricilərini nəql etmə və saxlanma müddətləri ərzində və sonra qoruyub saxlama xüsusiyyətinə deyilir.

Avtomobilin saxlanma qabiliyyətin imtinasızlıq göstəricisi ilə xarakterizə edilir.

Məmulatın texniki vəziyyətləri haqqında toplanan statistik məmulatlar əsasında etibarlılıq xüsusiyyətlərinin ehtimal xarakteristikaları müəyyən edilir.Bunun nəticəsində isə onların texniki vəziyyətlərinin dəyişmə qanunauyğunluqları qiymətləndirilir.

Təmirəyararlılıq göstəriciləri.Təmirə yararlılıq göstəriciləri digər etibarlılıq xüsusiyyətlərinin göstəriciləri kimi təcrübə yolu ilə toplanan statistik məlumatlar əsasında təyin edilir.


Avtomobilin təmirəyararlılığı onun daxili xüsusiyyətlərindən biridir.Bu xüsusiyyət konstruksiyalaşdırma zamanı yaradılır və istehsal prosesində təmin edilir.Təmirə yararlıq göstəriciləri baş vermiş imtina və nasazlıqların nə dərəcədə tez aradan qaldırılmasını xarakterizə edirş

Təmirəyararlığın daha geniş istifadə edilən göstəricilərinə aşağıdakılar aiddir:orta bərpa müddəti,bərpalar axının parametri ,verilən vaxt ərzində bərpa olunma ehtimalı ,hazırlıq əmsalı ,texniki istifadə əmsalı və imtinaların mürəkkəblik əmsalı.



Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə