Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə34/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   30   31   32   33   34   35   36   37   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Hissələrin formasının bərpası

İstismar prosesində avtomobilin bir çox hissələri əyilmə burulma və qabarma deformasiyaları nəticəsində öz başlanğıc formalarını dəyişir.Hissələrdə bu qüsurlar düzəltmə üsulu aradan qaldırılır.Düzəltmə ilə yük avtomobillərində və avtobuslarda qabaq körpülərin tirləri ,çərçivənin detalları dirsəkli və paylayıcı vallar , şatunlar ,ötürmə qutusunun valları ,kardan valları,yarıoxlar , blokbaşlıqları,müxtəlif dartqılar və başqa hissələr bərpa olunur.Avtotəmir istehsalında düzəltmənin iki növündən istifadə edilir:pres altında statik yükləmə ilə və döyəcləmə ilə.

Hissələrin çox hissəsi soyuq halda pres altında düzəldilir.Hissələrdə lazımi qalın deformasiya almaq üçün onun əyintinin əks tərəfinə başlanğıc əyilmədə 10-15 dəfə çox qiymətdə əymək və bu vəziyyətdə 1.5-2 dəqiqə saxlamaq lazımdır.

Pres altında düzəltmə üsulunun ən böyük çatışmayan cəhəti olunan hissənin yorulma möhkəmliyinin xeyli (10-40% azaltmasıdır) pres altında dzüəltmə hissənin yorulma möhkəmliyi ilə yanaşı onun daşıyıcı (aparıcı ) qabiiyyətinidə azaldır.

Hissələri 400-500◦S qədər qızdırmaqla onların aparıcılıq qabiliyyəti 90% qədər bərpa etmək olur.Belə qızdırılan hissələrə başlanğıc termiki emalı 400-500◦S-dən yuxarı tempraturada aparılan hissələri məsələn,şatunları ,qabaq oxların tirərini vəs. göstərmək olar.

Dirsəkli paylayıcı vallarda düzəltmə apararkən xüsusi qurğudan və ya adi hidravlik preslərdən istifadə olunur.Düzətmədən sonra valın formasının stabilliyini təmin etmək üçün onu 180-200◦S qədər qızdrımaq və bu tempraturada 5 saat saxlamaq lazımdır.

Gilizlər xüsusi həlqələrdə düzəltmə əmliyyatına uğradılır.Həlqələrin dairələnmə radisu gilizin xüsusi diametrindən 5-10 mm böyük götürülür.Yonulmuş yarımdairə həlqələr üzərində rifli araqatılar qoyulur.(şəkil 18.6).Bu gilizin dayaq səthində təsir edən düzəltmə səthinin bərabər stabilliyini təmin etmək üçün gilizi əks tərəfə (gilizi 180◦ çevirməklə)0.02-0.03 mm əymək lazımdır.Bu əməliyyat gilizin öz-pzünə əvvəlki vəziyyətinə qayıtması üçün nəzərdə tutulur.

Yüksək tezliqli cərəyanla termiki emal olunan hissələrin(dirsəkli və paylayıcı valların ) düzəltmə prosesini stabilləşdirmək üçün həmin hissələri 180-200◦S-ə qədər qızdırmaq lazımdır.Belə stabilləşdirmə hissələrin aparıcılıq qabiliyyətini ancaq 60-7◦S bərpa edilə bilər.Press altında düzəltmə hissələrin yorulma möhkəmliyinin 15-20% azalmasına səbəb olur.






Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə