Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları


Alüminium ərintilərindən hazırlanan



Yüklə 388,09 Kb.
səhifə38/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   34   35   36   37   38   39   40   41   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Alüminium ərintilərindən hazırlanan

Hissələrin qaynaq edilməsi

Bir çox avtomobil hissələr o cümlədən QAZ -24 QZ – 53 A avtomobillərinin silindrlər bloku və blok başlıları ,ilişmə muftasının karteri ,su nasosunun gövdələri ZİL-130 ,VAZ avtomobillərinin silindr başlıqları AL-4 və AL-9 tipli alüminium – silisium (siluminlər ) ərintilərindən hazırlanır.Bu hissələrin xarakterik qüsurlarından çatı ,qopmanı (sınıq) və dgər mexaniki zədələri göstərmək olar.Bu qüsurlar əsasən qaynaq vasitəsilə bərpa olunur.

Alüminium ərintilərinin qaynağının əsas xüsusiyyətlərinən biri onun proses zamanı intensiv oksidləşərək bərk əriyən oksid əmələ hgəlir.Alüminium oksidinin Al2O3 ərimə yemperaturu (2050 dərəcə S ) alüminium özünün ərimə temperaturasından 530 dərəcə S 4 dəfədən də artıq olur.Əsas və əridilən metalın səthində əmələ gələn sıx oksid təbəqə qaynaq prosesinə maneçilik yaradır və oksidləri ilə qaynaq tikişini çirkləndirir.

Böyük xətti genişlənmə əmsalı və soyuma zamanı böyük sıxılma ( yığılma – oturma ) nəticəsində əmələ gələn daxili gərginlik tikişdə və tikiş ətrafında çatın əmələ gəlməsinə şərait yaradır.Əriyn metalda hidrogenin yüksək səviyyədə həll olması məsamələrin əmələ gəlməsinə səbəb olur.Alüminium ərimiş halda böyük maye axıcılığa da qaynaq prosesini çətinləçdirir.

Əridilən metalda hidrogenin olmasının əsas səbəblərindən biri hissənin nəm olmasıdır.Ona görədə qaynaqdan əvvəl hissə qızdırılır,hiroskopik flüs isə qurudulur.

Alüminium ərintisinin qynağı zamanı əmələ gələn gərginlik hissənin deformasiya etməsinə səbəb our.Daxili gərginliyi azaltmaq üçün hissə qaynaqdan əvvəl 250-300dərəcə S qədər qızdırılır və qaynaqdan sonra 300-350 dərəcə S –də alçaq temperaturlu yumşaltmaya uğratmaqla daxili gərginliyi azaltmaqla yanaşı ,əridilən metalın strukturasını da yaxşılaşdırmaq mümkün olur.

Alüminium ərintilərinin qaynağı zamanı müxtəlif üsullar tətbiq oluna bilər .Silindrlər bloku və blok başlıqlareını qaynaq etmək üçün elektro qövs qaynağlndan ,OZA -2 elektrodundan , əks qütblü sabit cərəyandan istifadə etmək məsləhət göürülür.

Alüminium hissələri normal alovlu qaz qaynağı ilə yaxşı qaynaqlanır .Qatqı məftilinin tərkibi qaynaqlanan materialın tərkibi kimi olur.Alüminium oksid pərdəsini kənar etmək üçün tərkibində litiumun ,natriumun ,kaliumun və bariumun xlorlu vvə florlu duzları olan AF – 4 ,AN – 4 ,A,AN-A 201 markalı flüslərdən istifadə olunur.Qaynaq prosesinin sonunda flüsün qalıqları su ilə yuyularaq təmzilənir.

Alüminium ərintilərindən olna hissələrin birləşdirilməsində son zamanlar qaz qaynağına nisbətən arqon üsulu qaynaq daha geniş tətbiq edilir.Bu zaman qatqı materialı kimi sv.AK12,sv. AK10,sv .AK5 məftilləri (alüminium – silisium qar.) istifadə olunur.

Arqon qazı mühitində elektrik – qövs qaynağı əriməyən elektrodu iə UDAR və ADQ tipli qurğularda aparılır.Qaynaq edilən hissənin qalınlığından asılı olaraq qaynaq rejimi təyin edilir.Hissənin qalınlığı 4-6 mm olarsa,volframlı elektrodun diametri 4-5 mm ,cərəyanın güçü 150-250 A ,arqonun sərfi 8-10 1/dəq ., qövsdə gərginlik 18-20 V olmalıdır.



Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə