Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları


Metallaşdırma ilə hissələrin bərpası



Yüklə 388,09 Kb.
səhifə39/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   35   36   37   38   39   40   41   42   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Metallaşdırma ilə hissələrin bərpası

Metallaşdırma prosesinin mahiyyəti

Metallaşdırma prosesinin mahiyyəti ondan ibarətdirki ,əridilmiş metal təsirsiz qaz və ya hava şırnağı ilə 3/300 mikron ölçüdə xırda hissəciklər şəklində tozlandırılaraq 100-300 m/san sürətlə xüsusi hazırlanmış səthə çökdürülür.Əridilmiş metalın xırda hissəcikləri böyük uçuş sürətinə malik olduğundan hissənin səthinə plastik vəziyyətdə çatırlar.Həmin hissəciklər hissənin səthinə zərbə ilə dəyərək deformasiyaya məruz qalır və səthin boşluq və ya kələ - kötürlüyünü dolduraraq örtük əmələ gətirir.Metallik hissəciklərin öz aralarında və hissə ilə birləşməsi əsasən mexaniki xarakter daşıyır,yalnız bəzi nöqtələrdə çökdürülən materialla hissə arasında qaynaq birləşməsi əmələ gəlir.

Örtüyün əsas metalla ilişməsi,başlıca olaraq hissənin səthinin kələ - kötürlüyünün hesabına əldə edilir.Bu məqsədlə hazırlıq işləri zamanı xüsusi emal aparılır:

Bərpa olunan səthdə dairəvi yiv açılır ,qum şırnağı və ya polad qırıntıları ilə kələ - kötürlük yaradılır.

Hissələrin bərpa üsulu kimi metallaşdırma prosesinin üstün cəhətlərinə aşağıdakıları aid etmək olar:proses sadədir və yüksək məhsuldarlığa malikdir ,bərpa olunan hissə az qızır ,çökdürülən örtüyün qalınlığı 0.1-10 mm və daha artıq ölçüdə təmin edilə bilir,örtük məqsədilə istənilən metal və ərintilərdən istifadə etmək olar.Örtük çəkilən səth az qızdığından nəinki metalları hətta ağacdan olan hissələri ,şüşəni ,gipsi və digər qeyri metalları da metallaşdırmaq olar.

Metallaşdırma üsulundan ,həmçinin antikorroziya örtüklərinin çəkilməsində və dekorativ məqsədlər üçün də istifadə edilir.Metallaşdırma ilə çəkilən örtüyün bərkliyi və yeyilməyə qarşı davamlığı yüksək olur,istifadə olunan avadanlıqlar vəs.

Metallaşdırma ilə bərpanın nöqsan cəhətlərinə örtüyün mexaniki möhkəmliyinin azalmasını ,örtüyün əsas metalla ilişmə möhkəmliyinin nisbətən yüksək olmamasını,örtük təbəqəsinin məsaməli və kövrək olmasını göstərmək olar.Ona görədə sürüşmə və sıxılmada yüksək ,xüsusi təzyiq şəraitində işləyən hissələri , həm də yağlanmayan hissələri metallaşdırma ilə bərpa etmək olmaz.

Yeyilmiş hissələrin metallaşdırma prosesi üç əməliyyatdan ibarətdir:hissənin səthinin metallaşdırılması və metallaşdrılan səthin emalı.




Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə