Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları


Metallaşdırma prosesində hazırlıq işləri



Yüklə 388,09 Kb.
səhifə40/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   36   37   38   39   40   41   42   43   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Metallaşdırma prosesində hazırlıq işləri.Hissənin bərpa olunan səthinin metallaşdırmaya hazırlanması örtüyün əsas metalla ilişmə başlıca olaraq əsas metalın kələ-kötürlüyü hesabına və müəyyən qədər əsas metalla örtük arasındakı molekulyar qüvvələrin hesabına əmələ gəlir.Hissənin səthinin metallaşdırmaya hazırlanmasına aşağıdakı əməliyyatlar daxildir:səthin hazırlanması və yağsızlaşdırılması,köməkçi mexaniki emal,kələ-kötürlük yaratmaq üçün xüsusi emal ,bərpa olunmayan səthlərin izah edilməsi.

Yeyilmiş səthə düzgün həndəsi forma vermək,çökdürüləcək təbəqənin minimum buraxıla bilən və bərabər qalınlığa malik olması üçün köməkçi mexaniki emal aparılır.Tam mexaniki emal prosesindən sonra metallaşdıran təbəqənin qalınlığı silindrik diametr 25 mm-dən 100 mm-ə qədər olduqda ,0.5-0.8 mm-dən müstəvi səthlərdə isə 0.5-1.0 mm-dən az olmamalıdır.Əks halda örtük əsas səthdən qopa bilər.

Hissələrin üz səthlərində metallaşdıran örtüyün burularaq qopmamasının qarşısını almaq üçün ,səthdə ya xəndəkçik ,yada çıxıntı yaradılır.

Hissənin bərpa olunan səthində kələ - kötürlülük yaratmaq üçün mexaniki və elektrik emalı üsulları tətiq edilir.Səthdə yiv açmaq ,metal tozu və qum şırnağı üfürməklə istifadə edilən mexaniki emal üsulları ilə yanaşı üzdiyirləmə əməliyyatı da geniş tətbiq edilir.

Metallaşdırmayan səyhlərin izolə edilmiş dəmir vərəqlə,karton və asbest kağızı ilə aparılır.Yuva və pazlar taxta və ya rezin tıxaclarla örtülür.

Bərpa olunacaq səth hazırlandıqdan sonra 2 saatdan gec olmayaraq metallaşdırma prosesi aparılmalıdır.

Örtük metalının əridilmə növündən asılı olaraq metallaşdırmanın aşağıdakı üsulları vardır:qaz alovu ilə;elektrik –qövslü ;yüksəktezliklli (YTC);detenasiyalı və plazma qövslü.


Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə