Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları


Metalların elektroliz prosesinin mahiyyəti



Yüklə 388,09 Kb.
səhifə44/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   38   39   40   41   42   43   44   45   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Metalların elektroliz prosesinin mahiyyəti

Avtotəmir istehsalında hissələrin qalvanik və kimyəvi üsularla geniş tətbiq edilir.

Qalvanik proseslərdən xromlama ,dəmirləmə ,nikerləmə,sinkləmə və hissləmə daha geniş yayılmışdır.

Kimyəvi proseslərdən isə kimyəvi nikelləmə,oksidləşdirmə və fosforlaşdırma geniş tətbiq edilir.Bu proseslərdən hissələrin yeyilmiş səthlərinin bərpasında və hissələrin səthlərinə korroziyaya qarşı qoruyucu dekorativ örtüklərin çəkilməsində istifadə edilir.

Elektrolitik örtükləmə prosesi metalların elektroliz hadisəsinə əsaslanır.










Şəkil. Metalların elektroliz prosesinin sxemi
Duz ,turşü və ya qələvilərin məhluluna salınmış elektrodlardan sabit cərəyan keçdikdə baş verən kimyəvi oksidləşmə reduksiya prosesinə elektroliz deyilir.Cərəyan elektrolizə mənbədən elektrodlar vasitəsilə daxil olur.Cərəyan mənbəyinin müsbət qütbünə birləşdirilən elektroda anpod,mənfi qütbünə isə birləşdirilən elektroda isə katod deyilir.

Elektrolitdən cərəyan keçdikdə xaotik hərəkətdə olan ionlar istiqamətlənirlər.Mənfi yüklənmiş ionlar – anionnlar ,anoda doğru,müsbət yüklü ionlar - kationlar isə katoda doğru hərəkət edərək onların üzərində neytrallaşırlar.Yəni ,elektrodlarda mənfi və müsbət yüklərin toqquşması nəticəsində ionlar boşalırlar.Bu zaman ionlar öz elektrik yüklərini itirərək elektrodlarda neyral atomlara çevrilirlər.

Elektroliz posesində katodda metal ionları boşalır,anod metalı isə həə olunaraq onun atomları metalın yeni ionlarını əmələ gətirir,bua məhluldan katoda çökmüş ionları əvəz edir.

Hissələr üzərinə çökdürülən qalvanik örtüklərin çəkilməsində metal ionlarına malik olan metal duzlarının suda məhlullarından elektrolit kimi istifadə edilir.Örtük çəkilən hissələr katod rolunu ,çökdürüləcək metaldan hazırlanan lövhələr isə anod rolunu oynayır.

Anodların iki növündən istifadə edilir:həll olunan və həll olunmayan.Həll olan anodlar hissələrin üzərinə çökdürülən metaldan ,həll olmayan anodlar isə qurğuşundan hazırlnaır.

Elektrolitdən sabit cərəyan keçdikdə oksigenin,xlorun,turşu və hidroksil qruplarının anionları anoda doğru hərəkət edərək onu həll edib oksigen ayırır.Hidrogenin və metalların kationları katoda doğru hərəkət edərək onun üzərində metal çöküntüsü yaradır,ya da qaz şəklində ayrılır.Katodda yaranan metal çöküntüsü elektrolitik örtük adlanır.Həll olmayan anodla elektroliz zamanı məhlula çöküntü metalının ionlarına malik olan maddələr əlavə edərək elektrolitdə sərf edilmiş ionların yerini doldururlar.

Qalvanik örtüklərin hissə üzərində qalınlığı adətən bərabər olunur.Buna səbəb elektrolitlərin yayılma qabiliyyətinin zəif olmasıdır.

Elektrolitlərin yayılma qabiliyyəti dedikdə onun hissə üzərində bərabər qalınlıqda əmələ gətirmə xüsusiyyəti nəzərdə tutulur.

Elektrolitin yayılma qabiliyyəti anoddan katoda doğru gedən elektrik qüvvə xətlərinin bərabər paylanma dərəcəsindən asılıdr.Bu qüvvə xətləri elektrolitin həcmində bərabər paylanmır və katodun uc tərəflərində mərkəzləşirlər.Qüvvə xətləri çox olan sahədə cərəyanın sıxlığıda çox olur. Və ona uyğun olaraq örtüyün qalınlığı da ən böyük qiymətə malik olur.














Şəkil. Elektrik qüvvə xətlərinin elektrolitdə paylanması
Elektrolitin yayılma qabiliyyətini onun tərkibini dəyişməklə yüksəltmək olar.

Qalvanik örtüklər adətən yüksək bərkliyə və məsamliyə malik olur.Elektroliz rejimini və elektrolitin tərkibini dəyişməklə qalvanik örtüklərin keyfiyyətini idarə etmək olur.



Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə