Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları


Lehimləmə prosesinin mahiyyəti və lehimlərin növləri



Yüklə 388,09 Kb.
səhifə46/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   38   39   40   41   42   43   44   45   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Lehimləmə prosesinin mahiyyəti və lehimlərin növləri

Hissələrin bərk halda əridilmiş köməkçi metal və ya ərinti ilə birləşdirilməsi prosesinə lehimləmə deyilir.Köməkçi metalın ərimə temperaturu,birləşdirilən metalların ərimə temperautrlarından aşağı olur.Hissələri birləşdirən metal və ya ərintiyə lehim deyilir.Lehimin ərimə temperaturundan asılı olaraq lehimləmə prosesi 2 növə bölünür:1)asanəriyən lehimlərlə lehimləmə :2)çətinəriyən lehimlərlə lehimləmə

Birləşdirilən hissələrin qızıdırılmış materialları və əriyən lehimin diffuziyası nə qədər çox olarsa lehimləmə möhkəmliyi bir o qədər yüksək olar.

Avtomobillərin təmiri zamanı lehimləmədən radiatorları,yanacaq baklarını və borularını ,karbüratorları,elektrotik avadanlığını,kabinaları vəs.bərpa etmək üçün istifadə edilir.

Lehimləmə ilə bərpa üsulunun aşağıdakı üstünlükləri vardır:proses sadə və yüksək məhsuldarlığa malikdir,hissənin forma və ölçüləri,eləcə də kimyəvi tərkibi dəyişmir,asan əriyən istifadə etdikdə metalın strukturu və mexaniki xassələri dəyişmir.Bərpadan sonra birləşməsinin emalı asan olur,bərpa xərcləri kiçik olur.Asan əriyən lehimlə bərpanın nöqsan cəhətlərinə temperaturunun aşağı olmasını ,birləşmənin möhkəmliyinin həmişə tələbata uyğun gəlməməsini aid etmək olar.

Lehimləmə zamanı lehim kimi təmiz metaldan və onların ərintilərindən istifadə edilir.Lehimlərə aşağıdakı texnoloji tələblər qoyulur:lehimin ərimə temperaturu birləşdirilən hissələrin ərimə temperaturundan aşağı olmalıdır;lehim birləşməsi mexaniki möhkəmliyi,korroziyaya qarşı davamlılığı,elektrik keçiriciliyi və digər xüsusiyyətləri təmin etməlidir;yüksək maye axıcılığa və birləşdirən səthləri yaxşı islatma qabiliyyətinə malik olmalıdır,lehimin və birləşdirən metalların termiki genişlənmə əmsalları bir-birinə yaxın olmalıdır.

Asan əriyən lehimlər əlvan metalların ərintilərdən ibarət olur.Asan əriyən lehimlərin ən geniş yayılan növü qalay – qurğuşun lehimləridir.Onların ərimə temperaturu 280dərəcə S-dən çox olmur.

POS-18,POS-30,POS-40,POS-50,POS-61 markalı qalay-qurğuşun lehimləri daha geniş tətbiq olunur.Rəqəmlər lehimdə qalayın faizlə miqdarını göstərir.Lehimdə qalayın miqdarı çox olduqda birləşmənin mexaniki möhkəmliyi və korroziyaya davamlığı yüksəlir,lakin lehimin qiyməti artır.Qurğuşun lehimin plastiklyini artırır.Bu lehimlərdən radiatorları,yanacaq baklarını ,elektrik maşpınlarının kollektorlarını ,elektrik naqillərini vəs.bərpa etmək üçün istifadə olunur.

R200 A və R250 A tipli tez əriyən qalay – sink lehimlərindən alüminium və onun ərintilərini ,eləcə də misi lehimləmək üçün istifadə olunur.

Çətin əriyən lehimlər təmiz əlvan metallardan və yaxud onların ərintilərindən ibarətdir.Çətin əriyən lehimlərə mis-sink əsaslı lehimlər daxildir.Bu lehimlərin ərimə temperaturu 825-905dərəcə S təşkil edir və tərkibində 36-35% mis vardır.

Mis – sink qarışığından olan çətin əriyən lehimlərin nöqsan cəhətlərinə sinkin buxarlanmasını göstərmək olar.

Mis-sink lehimləri polad və çuqun hissələrin,eləcədə misin,tuncun,bürüncün və onların ərintilərinin lehimlənməsində istifadə olunur.

Avtomobillərin təmirində ən geniş tətbiq olnmanı PMS -54 mis-sink və L-62 ,LOK-62-06-04 latın lehimləridir.

Ən yaxşı çətin əriyən lehimlər PA-70,PS-65,PS-45 və PS-20 markalı gümüş sink lehimləri hesab edilir.Rəqəmlər lehimin tərkibində gümüşün faizlə miqdarını göstərir.

Gümüşlü lehimlərdən polad ,mis və onun ərintilərindən hazılrnamış vacib hissələri lehimləmək üçün istifadə edilir.

Alüminium və onun ərintilərini lehimləmək üçün istifafə edilən lehimlər 2 qrupa bölünür:1)alüminium əsaslı çətin əriyən 2)qalay,sink və kadmium əsaslı asan əriyən lehimlər.Alüminium əsaslı lehimlərə nisbətən yüksək ərimə temperaturuna malikdir.

Flüslər.Lehimləmə zamanı maye və bərk flüslərdən istifadə edirlər.

Lehimləməklə bərpa edilən birləşmənin möhkəmliyini təmin etmək üçün onların səthi oksidlərdən tənzimlənir.Birşləşdirilən hissələrin oksiddən və oksidləşmədən qorunmasında flüslərdən istifadə edilir.

Hissələri qalay – qurğuşun əsaslı asan əriyən lehimlərlə lehimlədikdə ammonium – xlorid və sink – xloridin sulu məhlulundan ibarət maye flüslər işlədilir.Məhlulun qatılığı 25-30% həddə götürülür.Mis məftilləri lehimləmək üçün flüs kimi çox vaxt təmiz konifol taxud konifol əsaslı birləşmələr tətbiq edilir.

Hissələri mis –sink əsaslı çətin əriyən lehimlərlə lehimlədikdə bura tozu ,onun borat turşusu və borat anhidridi ilə qarışığından iabrət bərk flüslər istifadə edilir.Lehimləmədən əvvəl 400-450 dərəcə S temperaturda közərdilmiş təmiz buradan daha çox istifadə olunur.



Alüminium və onun ərintilərinin alüminium əsaslı çətin əriyən əehimlərlə bərpası zamanı oksid təbəqəsini aktiv sürətdə dağıdan kalium- xlorid,litium – xlorid ,natrium-florid və sink – xlorid tərkibli F320 A,F380 A markal flüslər işlədilir.
Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə