İxtisaslaşdırılmış postlarda təmir üsulundan istehsal proqramı böyük olduqda istifadə edilir.Bu üsulda təmir işləri əvvəlcədən bir neçə paralel postlar arasında bölüşdürülür.Adətən bu postlarda ayrı-ayrı aqreqat , düyün və və ya qpvşağın təmiri ilə əlaqədar texnoloji əməliyyatlar yerinə yetirilir.
Bu üsulda məhsuldarlıq yüksək olur.
İxtisaslaşdırılmış postlar üsulundan aqreqat metodu ilə təmir zamanı da istifadə edilə bilər.
İxtisaslaşdırılmış postlar üsulu ilə təmirin geniş yayılmış təşkil forması axın üsuludur.Axın üsulunda ixtisaslaşdırılmış postlarda texnoloji prosesin əməliyyatları ardıcıl yerinə yetirilir.
Axın üsulu fasiləli və fasiləsiz növlərə bölünür.Axın üsulunda işin təşkilinin vacib cəhətlərindən biri postlarda işlərin sinxronlaşdırılmasıdır.Yəni ,təmir obyektinin hər postda qalma müddəti eyni olmalıdır.
Dostları ilə paylaş: |