AvtonəQLİyyat vasiTƏLƏRİNİn tam siğortasi üZRƏ Ümumi qaydalar


Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri



Yüklə 226,28 Kb.
səhifə4/9
tarix02.06.2018
ölçüsü226,28 Kb.
#47299
1   2   3   4   5   6   7   8   9

12.Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri


12.1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi halında sığorta haqlarının müvafiq hissəsinin qaytarılması ilə bağlı münasibətlər aşağıdakı qaydada həll edilir.

  1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı avtomobilə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı müqavilənin (qrup halında sığorta zamanı müqavilənin hər hansı avtomobilə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; bu halda sığortaçı sığorta haqqının qaytarılan hissəsindən sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı avtomobillə bağlı sığorta haqqına mütənasib olan) işlərin aparılması xərclərinin həmin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxır; əgər sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.

  2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı avtomobilə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş sığorta haqlarını) qaytarır; bu halda sığortaçı sığorta haqqının qaytarılan hissəsindən sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı avtomobillə bağlı sığorta haqqına mütənasib olan) işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxır.

  3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir avtomobilə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.

  4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 12.1.1-ci və 12.1.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

  5. Sığorta müqaviləsinə bu Qaydaların 10.2-ci bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir avtomobilə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 12.1.3-cü və 12.1.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.

    1. Bu Qaydaların 12.1.1-ci, 12.1.2-ci və 12.1.5-ci bəndlərinin məqsədləri üçün işlərin aparılması xərclərinin qaytarılan sığorta haqqı məbləğindən çıxılan hissəsi həmin məbləğin 25 faizindən artıq olmayan həddə müəyyən edilir.

13.Sığorta haqqı


    1. Sığorta haqqı sığorta müqaviləsinin bu Qaydaların Xüsusi hissəsinə müvafiq olaraq tərtib edilən hər bir bölməsi üzrə ayrı-ayrılıqda müəyyən edilir.

    2. Sığorta müqaviləsində sığorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.

    3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 13.4-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.

    4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.

    5. Avtomobilin oğurlanması, qaçırılması və ya tam məhvi ilə nəticələnən sığorta hadisəsi baş verdiyi hallarda həmin hadisənin baş verdiyi anadək sığorta haqqı tam məbləğdə odənilməmişdirsə, sığortaçı sığorta haqqının ödənilməmiş hissəsini sığorta ödənişi məbləğindən çıxır. Digər hallarda sığortaçı sığorta ödənişi məbləğindən sığorta ödənişinin verildiyi tarixə sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.

14.Sığorta məbləği


    1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər:

  1. Ümumi sığorta məbləği müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır.

Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli olan hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir.

  1. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır.

  2. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur.

    1. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 14.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 14.1.1-ci bənddə göstərilmiş növü tətbiq edilir.

Yüklə 226,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə