AvtonəQLİyyat vasiTƏSİ sahiBLƏRİNİn müLKİ MƏsuliYYƏTİnin icbari siğortasi üZRƏ yaddaş VƏRƏQƏSİ



Yüklə 24,71 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü24,71 Kb.
#6232


AVTONƏQLİYYAT VASİTƏSİ SAHİBLƏRİNİN MÜLKİ MƏSULİYYƏTİNIN İCBARİ SIĞORTASI ÜZRƏ

YADDAŞ  VƏRƏQƏSİ

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının 

ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin 

ödənilməsini nəzərdə tutur. Zərərin əvəzinin ödənilməsi üçün, zərərvuranın avtonəqliyyat vasitəsindən istifadə ilə bağlı mülki məsuli-

yyətini sığortalayan sığorta şirkətinə müraciət edilməlidir. Sığorta ödənişi Sizin təqsiriniz üzündən baş vermiş yol-nəqliyyat hadisəsi 

nəticəsində zərər çəkən şəxslərə ödənilir.  



Sığortalının mütləq bilməli olduğu məsələlər

Hadisə baş verdikdə nə etməli?

1. Hadisə baş verdikdə (+99450) 275 86 89 telefon nömrəsi vasitəsilə sığorta şirkətinə və 102 xidməti vasitəsilə Dövlət Yol  Polisinə  

dərhal məlumat verin.



2. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün “Təcili yardım”-a (103), ehtiyac olduqda FHN-ə (112) 

və digər lazımi qurumlara xəbər verin. Həyat üçün təhlükəli xəsarət alındığı hallarda zərər çəkənləri səmt üzrə gedən nəqliyyat vasitə-

si ilə yaxınlıqdakı tibb müəssisəsinə göndərin, bu mümkün olmadıqda isə, öz nəqliyyat vasitənizlə aparın, daha sonra hadisə yerinə 

qayıdın.


3. Zərərçəkən(lər)ə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin. 

4. Hadisə yerini tərk etməyin.

5. Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın (təmir və ya bərpa etdirməyin) və sığorta şirkətinə (və ya onun 

nümayəndəsinə) təqdim edin, əmlaka baxış keçirilməsi üçün sığorta şirkətinin nümayəndələrinə şərait yaradın, tələb olunan məlumat və 

sənədləri onlara verin. 

6. Aşağıdakı hallarda zərər dəymiş əmlakın  hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:

 

-zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması, zərər dəymiş əmlakın başqa 



şəxslərin hərəkətinə mane olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün  

zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı;

 

-sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış 



keçirmədikdə;

 

-zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.



7. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.

8. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edilməli və 

doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. Yazılı sığorta tələbi Sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim 

oluna bilər. 

9. Sığorta ödənişi almaq üçün sığortaçıya aşağıdakı sənədləri təqdim etmək lazımdır:

 

1. sığorta ödənişinin alınması barədə



 ərizə (sığorta tələbi);

 

2. avtonəqliyyat vasitəsinin  qeydiyyat 



şəhadətnaməsi (texniki pasportu);

 

3. yol-nəqliyyat hadisəsinin təfərrüatları  və zərərçəkən şəxs (şəxslər) barədə 



Dövlət Yol Polisinin arayışı;

 

(Qeyd:  Aşağıdakı şərtlərin hər biri eyni zamanda mövcud olarsa, hadisə iştirakçıları arasında ikitərəfli protokol tərtib edilə bilər. 



Bu halda yol-nəqliyyat hadisəsi haqqında Dövlət Yol Polisinin arayışı tələb olunmur. 

 

- hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;



 

- hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda; 

 

- hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə; 



 

- hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığorta şirkəti tərəfindən 

ağlabatan şəkildə ehtimal edildikdə.) 

 

4. yol-nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin və ya digər əmlakın zədələnməsi, məhv olması və ya hər hansı 

digər formada itkisi ilə bağlı

 zərərin məbləğini təsdiqləyən sənəd;

 

5. sağlamlığa dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında 



həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin 

edilməsi tarixini əks etdirən



 tibbi-sosial ekspert komissiyasının arayışının surəti;

 

6. yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldükdə ölümün səbəbi haqqında 



tibbi ekspertiza rəyinin, ölüm haqqında 

şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadət-

namənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri;




 

7.

 yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün 

hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən 

tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvləri-

nin onunla 



qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə 

(arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri; 



 

8. yol-nəqliyyat hadisəsinin təqsirkarı tərəfindən zərərçəkənin əmlakına vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlam-

lığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə 

belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş 

surəti; 


 

9. sığorta ödənişi alan şəxs fiziki şəxs olduqda onun 



şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nü-

mayəndəsinə verilmiş müvafiq 



etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti.

Yuxarıda göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 



7 iş günündən gec olmayaraq 

sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi 

üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin ver-

ilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.



Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 

     

Aşağıdakı hallarda sığorta ödənişi verilmir:

1. Hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; 

2. Sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, 

qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş 

zərərlə bağlı olduqda; 

3. Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; 

4. Sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; 

5. Hadisə barədə məlumat vermə ilə bağlı qanunvericiliyin tələbinə əməl edilməməsi nəticəsində sığorta şirkəti hadisənin sığorta had-

isəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda;



6. Zərər dəymiş əmlakın sığorta şirkətinə təqdim edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və 

ya qanunvericiliklə müəyyən edilmiş hallar nəzərə alınmaqla, sığorta hadisəsi barəsində sığortalının sığorta şirkətinə qəsdən yanlış 

məlumat verməsi nəticəsində sığorta şirkəti sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək im-

kanından tam və ya qismən məhrum olduqda;



7. Məsuliyyəti istisna edən hallardan başqa hadisə zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya 

hərəkətsizliyi, habelə hadisə  ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi ilə bağlı baş verdikdə;



8. Sığorta ödənişi verilməli olan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən aldıqda; zərərvuran zərərin əvəz-

ini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;



9. Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə.

Elektron sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi 

01.11.2016-cı il tarixdən etibarən sığorta müqaviləsinin yazılmasında elektron sistemə keçidlə əlaqədar olaraq, sığorta haqqının ödənilmə-

si aşağıdakı kimidir:

1. Sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 

qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş 

kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. SMS məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat 

nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. 



2. Sığorta haqqının ödənilməsi Bank, poçt, bank ödəmə terminalı vasitəsi ilə Hökumət Ödəniş Portalı üzərindən aparılır və ödəniş kodu 

ilə yanaşı sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər.



3. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvəyə minəcək. 

Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcəkdir.



4. Elektron sığorta müqaviləsini yükləmək və ya kağız formatda çap etmək lazım olduqda, http://www.meqasigorta.az veb saytında 

“Şəxsi kabinet” bölməsinə daxil olmaq və orada şəhadətnamə nömrəsi və dövlət qeydiyyat nişanını yazmaqla açılan səhifədən yükləyə 

və ya çap edə bilərsiniz.

DİQQƏT!

Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halında həmin avtonəqliyyat vasitəsi ilə bağlı sığorta müqaviləsinə 

xitam verilmədikdə, avtonəqliyyat vasitəsinin yeni sahibinin törətdiyi hadisələrə görə Malus əmsalı (sığorta haqqına 

əlavələr) Sizə tətbiq olunacaqdır!

“Meqa Sığorta” ASC 

Azərbaycan, Bakı, AZ1052, Ə.Rəcəbli 19A

Tel.:(+994 12) 565 32 32; Fax: (+994 12) 565 45 05



office@meqasigorta.az ; www.meqasigorta.az

Yüklə 24,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə