AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  41 

yalan, böhtan, boş sözlər çıxıb, od surətinə düşüb onun savablarını, 

bağlarını  yandırır.  Əgər  bu  ağacların  sahibinin  imanı  möhkəm 

olsaydı, həmin pis əməllərə diqqətli  olar, belə bir od göndərməzdi. 

Özü  buraya  gəlib  çatanda  hər  şeyi  anlayar,  təəssüflənər,  amma 

faydası olmaz. Ona görə də Allah-Taala peyğəmbərlərin bizə xəbər 

verdiyi maddi dünyada gizli qalan son nəticəyə əhəmiyyət verib və 

kitabının başlanğıcında təqva, pəhrizkarlığı, qeybə, axirətə iman kimi 

təfsir edib… 

“Bu  heç  bir  şübhə  olmayan  və  müttəqilərə  doğru  yol  göstərən 

kitabdıræ o kəslərə ki, qeybə inanırlar.”

37

 



Yanan bağlara gəlib çatanda artıq hər şey külə dönmüşdü. Bərk külək 

başlayıb, külü göyə sovurdu. Hadi bu ayəni oxudu… 

“Allahı  inkar  edənlərin  əməlləri  fırtınalı  gündə  küləyin  sovurub 

apardığı külə bənzəyir.”

38

 

 



VADİYÜS-SƏLAM 

 

Yanıb  külə  dönmüş  bağlardan  sonra  meyvələr,  çiçəklər,  reyhanlar, 



axar  çaylar,  nəğməkar  bülbüllərlə  zəngin  yaşıl  və  xürrəm  bağlar 

göründü.  Düşündüm  ki,  həmin  yanan  bağlar  da  belə  idi.  Əgər 

sahibinin xəbəri olsaydı, qüssədən bağrı çatlardı. 

Hadi dedi… Bura Vadiyüs-səlam–əmniyyət və salamatlıq diyarının 

başlanğıcıdır.  Əsa  və  qalxanı  atın  yəhərindən  as  və  onu  çəmənliyə 

burax. Qoy hərəkət vaxtınadək otlasın. 

Sonra gedib bir qəsrə çatdıq. Qəsrin darvazasından xaricdə bir parça 

büllurdan hovuz vardı. Suyun səfası və hovuzun lətafətindən sanki 

su  qabsız,  hovuz  isə  susuz  idi.  Hovuzun  kənarında  gözəl  miz  və 

oturacaqlar,  yastıqlar  və  ipək  dəsmallar  vardı.  Soyunub  hovuza 

girdik.  Bir  qədər  üzdük,  zahir  və  batinimizi  küdurətdən, 

bulanıqlıqdan  təmizlədik.  Hətta  zahirimizdəki  tüklər  də  yox  oldu. 

Yalnız  başımızın  tükü,  gözlərimizin  kiprikləri,  qaşlarımız  qaldı. 

                                                 

37“Bəqərə” surəsi, ayə 2. 

38“İbrahim” surəsi, 18. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  42 

Bəşəri gözəlliklərə bir pərdə əlavə olundu. Daxilimizdəki çirkinliklər 

də paklandı. 

“Onların ürəklərindəki kin-küdurəti çəkib, çıxardarıq.”

39

 

Soruşdum… Bu bulağın adı nədir? 



Hadi dedi… “Sad. Vəl-Quranil-həkim”dir. 

Bədənlərimizi təmizləyəndən sonra oradakı fəxri libasları geyindik. 

Mənim  libaslarım  yaşıl  ipəkdən,  Hadininki  isə  ağ  idi.  Özümü 

güzgüdə  o  qədər  qiymətli,  cəlallı,  kamallı  gördüm  ki,  özümə  aşiq 

oldum. Bütün bu gözəlliyə baxmayaraq, Hadiyə nəzər salanda onun 

gözəlliyi, dəyərinə vurulub, qibtə etdim. 

Hadi qapını döydü. Xoş üzlü bir cavan qapını açıb, daxil olmaq üçün 

icazə vərəqini istədi. Verdim, imzasını öpüb, təbəssümlə dedi… 

“Asayiş və əmniyyətlə behiştə daxil olun!”

40

 



Biz daxil olduğumuz halda bu ayəni oxuduq… 

“Onlar  deyərlər…  Həmd  olsun  bizi  buraya  gətirən,  hidayət  edən 

Allaha.  Allah  bizi  doğru  yola  yönəltməsəydi,  özümüz  doğru  yolu 

tapa bilməzdik. Peyğəmbərlər haqla gəlmişdilər.”

41

 

 



BÜLLUR OTAQDA 

 

Qabaqda  Hadi,  arxasınca  mən  başdan-başa  büllurdan  olan  otağa 



girdik.  Qızıl  taxtlar  qoyulmuş,  onların  üstünə  qırmızı  məxmərdən 

döşəklər  salınmışdı.  Döşəklərin  üstündən  zərif  mütəkkələr 

düzülmüşdü. Divar və tavandan şəklimiz əks olunurdu. Öz kamal və 

camalımızı görməkdən zövq alırdıq. Otağın ortasında üstü növbənöv 

yeməklər, şərbətlərlə dolu miz qoyulmuşdu. Xidmət üçün qızlar və 

oğlanlar cərgəyə düzülmüşdülər. Biz taxtların üstündə əyləşdik… 

“Onlar  qızıl-gümüş,  ləl-cəvahiratla  bəzədilmiş  taxtlar  üstündə 

oturacaqlar.  O  taxtlara  söykənib,  qarşı-qarşıya  əyləşəcəklər. 

Dövrələrində 

həmişəcavan 

xidmətçi 

oğlanlar 

dolanacaqdır. 

                                                 

39“Əraf” surəsi, ayə 43. 

40“Hicr” surəsi, ayə 46. 

41“Əraf” surəsi, ayə 43. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  43 

Əllərində  Cənnət  bulağından  dolu  piyalələr,  qədəhlər–o  şərabdan 

başları  ağrımaz  və  keflənməzlər–bəyənib  seçdikləri  meyvələrlə, 

istədikləri  hər  cür  quş  əti  ilə  onların  dövrəsində  hərlənəcəklər.  İri 

gözlü qəşəng hurilər də vardır. O hurilər sanki sədəf içində gizlənmiş 

incidirlər. Onlar (bu nemətlərə) etdikləri yaxşı əməllər müqabilində 

nail olacaqlar. Onlar Cənnətdə nə boş söz, nə də günaha bais olan bir 

şey eşidəcəklər. Eşitdikləri söz salam və yenə də salam olacaqdır.”

42

 

Yeyib-içdikdən sonra taxtlarda uzanıb, bir az istirahət etdik. Bir saat 



ötməmiş  insanın  huşunu  başından  alan  musiqi  səsi  ucaldı.  Birdən 

naz-qəmzəli Hicaz ləhnində “Həl-əta” surəsinin tilavəti başladı. Bu 

dilruba səsə ehtiram əlaməti olaraq, başqa səslər kəsildi. Mən özümü 

yatmış göstərirdim ki, Hadi bir söz deməsin, Qurana qulaq asa bilək. 

Tilavət  sona  çatdı.  Mən  qalxıb,  oturdum.  Hadi  də  qalxdı.  Ondan 

şəhərin adını soruşdum. Dedi… Darüs-sürurun kəndlərindən biridir. 

Dedim…  Fəda  olum  o  məmləkətə  ki,  onun  kəndi  belədir.  Görən 

paytaxtı necə olacaq? Bəs o mübarək surəni oxuyan kim idi? Qəlbimi 

yerindən oynatdı. Bu surəni dünyada olanda çox sevirdim. Xüsusilə, 

bu  ruhani  dünyada  könüloxşayan  səslə  bizə  yeni  həyat  verən, 

xəyalımızı  təzələyən  həmin  qareni  (Quran  oxuyanı)  tanımalı, 

görməliyəm. 

Hadi  dedi…  Bilmirəm,  amma  bu  məmləkətin  böyüyü  müsafirlər 

həddi  aşanda  buraya  gəlir.  Biz  də  imza  üçün  icazə  kağızını  ona 

çatdırmalıyıq.  Ola  bilsin  ki,  o  səsin  sahibi  də  onunla  gəlsin.  Bəlkə 

orada onu gördük. 

Dedim…  Hadi,  ola  bilərmi  ki,  o  imza  etməsin?  Əgər  o  imtina  etsə, 

necə olacaq? 

Dedi… Ağıla görə bu mümkündür. Bu halda aydındır ki, işimiz çətin 

olacaq. Amma çətin ki, imzalamaya. Hər halda bu sualı öz batininə 

ver. 

“Hər kəs özünü daha yaxşı görür, tanıyır.”



43

 

                                                 



42“Vaqiə” surəsi, ayə 15, 26. 

43“Qiyamət” surəsi, ayə 14. 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə