AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   2   3   4   5   6   7   8   9   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

üç il öyrənilir. Sonra o bəzi tələbələrlə birlikdə piyada Məşhədə yola 

düşür.  Məşhəddə  ədəbiyyat  və  səthi,  qanunlaradək  öyrənir. 

Ehtiyacını  ödəmək  üçün  yay  aylarında  əkin  sahələrində  işləyib  bu 

yolla dolanır. Çox keçmir ki, bu bərəkətli yeniyetmə bəzi ixtilaflara 

görə təhsildən ayrılır və vətən havası ilə Quçana qayıdır. Az sonra, 

təqribən  20  yaşında  ikən  təhsilini  davam  etdirmək  üçün  İsfahana 

gedir.  İsfahanda  mərhum  Molla  Hadi  Səbzvarinin  “Mənzumə”sini 

Axund  Kaşidən,  “Rəsail”i  Şeyx  Əbdülkərim  Gəzidən,  hikməti 

(fəlsəfə)  Mirzə  Cahangirxandan,  fiqhi  Ağa  Nəcəfi  İsfahanidən, 

qanunları Şeyx Əli Babadan öyrənir. 

Həmin  vaxtlar  xaric  dərsini  Seyyid  Baqirin  yanında  oxuyur. 

Dolanışığı olduqca çətin keçir, yalnız elmə olan heyranlıq və əlaqə bu 

çətinliyi yüngülləşdirir. Bu dövr Nəcəfi Quçani Ağanın həyatının ən 

mühüm, əsas dövrüdür. 

Zaman  ötdükcə  mənəviyyat  onun  həyatında  xüsusi  bir  yer  tutur. 

Allah  yolunda  ibadət  və  məşəqqətlərin  çox  məfhumunu  anlayır  və 

sinəsində ilahi feyz nuru təcəlla edir. Allah fikri və Allah razılığı onun 

ən  mühüm  tərbiyə  qazancı  olur.  Bu  cərəyanları  onun  öz 

yazdıqlarından öyrənmək olur. 

Dörd il İsfahanda qaldıqdan sonra piyada Nəcəfə yola düşür və 23 

yaşında  Nəcəfə  varid  olur.  Allahın  inayəti  və  Şahi-Nəcəfin  (Həzrət 

Əli  (ə))  imdadı  ilə  Nəcəfi  olur  və  bu  ad  ömrünün  sonunadək  ona 

yadigar qalır. 

Əslində  ziyarətə  gəlmiş  Nəcəfi  Ağanı  burada  Axund  Xorasaninin 

azadfikirliliyi, səfası, möhkəm bəyanı saxlayır. O, belə bir ustadı hər 

zaman yaxşılıqla xatırlayır. Nəcəfi Ağa fiqh və üsulun xaricini Axund 

Xorasani  və  Şəriət  İsfahanidən  öyrənir.  Molla  Sədra  Şirazinin 

“Hidayə”sinin  şərhini  isə  Şeyx  Məhəmməd  Baqir  Əstəhbanatinin 

yanında təhsil alır. 

Şeyximiz ilahi tovfiqlə, öz ömründən ardıcıl illər boyu zəhmətlə, otuz 

yaşında  ikən  şərif  ictihad  dərəcəsinə  nail  olur.  Bu  müddətdəki 

kasıblıq, ehtiyac, aclıq, borcdan danışmağa müxtəsər vaxtımız imkan 

vermir.  Lakin  nəhayətdə  həmin  müsibətlər  səbəbindən,  bu  uşaq 

“Ağa Nəcəfi” olur ki, adı dildən-dilə gəzir. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

Nəcəfi  Ağa  hicri-qəməri  1325-ci  ildə  İran  Məşrutə  hərəkatı 

dövrlərində Kərbəlada yaşayan bir iranlı ailəsindən bir qızla evlənir. 

Təqribən  iyirmi  il  Nəcəfi-Əşrəfdə  qaldıqdan  sonra  atasının  vəfatı 

Nəcəfi Ağanın vətənə qayıtmasına bəhanə olur. Bu dəfə rəbbani alim 

Nəcəfi  elm  və  təcrübəsi  ilə  öz  doğma  şəhərinin  məhrum  və 

məzlumlarına  arxa  olur.  Ömrünün  iyirmi  beş  ilindən  çoxunu 

camaatın işlərinin idarəsinə sərf edir. 

Bu böyük alim hicri-qəməri tarixi ilə 1363-cü ilin rəbiüs-sani ayının 

26-da,  cümə  axşamı  Quçanda  vəfat  etmiş  və  öz  mənzilinin 

otaqlarından birində dəfn olunmuşdur. Hazırda qəbri aşiqlərinin və 

dostlarının ziyarətgahıdır. Ruhu şad, mütəali olsun! 

Xatırladaq ki, Ramazanəli Şakiri Ağanın, Seyyid Məhəmməd Məlaiki 

Quçaninin ilk nüsxəsindən yazdığı ikinci əsl əlyazma “Astani-Qüdsi-

Rəzəvi  (ə)”  kitabxanasında  907  sayla  fotx-dəftər  və  205  sayla 

əlyazmalar fondunda saxlanır. 

“Sürur” nəşri 

 

 



 

 

 



 

 

 



 


   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

 

 



  

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 

 

(QƏRB SƏYAHƏTİ) 

 

 

 

 

 

 

 

 

 

GİRİŞ 

 

Bismillahir-rəhmanir-rəhim 

 

Əlhəmdu lillahi Rəbbil-aləmin, Maliki yəvmid-dunya vəd-din. 

 

Sonsuz  salam  olsun  İslam  Peyğəmbəri  və  onun  pak,  məsum 



övladlarına  ki,  insanların  cism  və  ruhlarının  təbibidirlər.  Onun 

sözüdür ki, dünya sevgisi (dünyaya məftun olmaq) böyük xəstəlikdir 

və  insanın  xəstəlikləri  onun  qol-budaqlarıdır.  O  xəstənin  dərmanı–

ölümü xatırlamaqdır. 

Söhbətin  əvvəlində  bu  Allah  bəndəsi  (yəni  müəllif-red.)  deyir  ki, 

şəmsi  tarixi  min  üç  yüz  yeddinci  il  başa  çatmamış,  müəllimlikdən 

axıradək  öz  məlumatlarımı  yazdım  və  onun  adını  “Şərq  səyahəti” 

qoydum. İndi isə şəmsi tarixi ilə min üç yüz on ikinci ildə öz bərzəx 

(ölümlə qiyamət arası) məlumatlarımı qələmə alıb, “Qərb səyahəti” 

adlandırdım. Qoy bu yazı məndən yadigar qalsın və İslam ümmətinə 

öyüd olsun. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

 

 



 

 

 



 

 

 



 

BƏDƏNİMİZ BİR PƏRDƏDİR 

 

Tamamilə aydındır ki, təbiət aləminin maddi cismi insanın gözünə 



çökmüş qalın hicab, keçilməz və möhkəm pərdədir. Yalnız ölmək, bu 

maddi dünyadan çıxmaqla bu pərdə kənara çəkilə bilər və insan bu 

vaxtadək görmədiklərini görə bilər. “Sən bundan qafil idin. Artıq bu 

gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən.”

1

 

Mən  bir  halda  dünyadan  getdim  ki,  gördüm  dayanmışam  və 



bədənimdəki  xəstəlik  yox  olub,  sağlamam.  Yaxınlarım  cənazəmin 

ətrafında  mənim  üçün  ağlayır,  mən  də  onlar  ağladıqları  üçün 

qəmginəm.  Onlara  deyirəm  ki,  “mən  ölməmişəm,  xəstəlikdən 

qurtulmuşam.”  Amma  kimsə  mənim  sözlərimə  qulaq  asmır.  Sanki 

məni  görmürlər,  səsimi  eşitmirlər.  Anladım  ki,  onlar  məndən 

uzaqdırlar. Cənazəylə olan tanışlıq və dostluqdan dayanıb, gözümü 

çılpaq  olan  sol  çiyninə  dikmişdim.  Qusl  və  başqa  işlərdən  sonra 

cənazəni qəbiristana tərəf apardılar. 

Mən  də  dəfn  edənlərlə  yanaşı  getdim.  Onların  arasında  bəzi  vəhşi 

canlıları, qeyri-adi yırtıcıları görüb dəhşətə gəlmişdim. 

 

Amma  başqaları  onlardan  çəkinmir,  onlar  da  başqalarına 



dəymirdilər.  Sanki  əhliləşmişdilər.  Elə  ki,  cənazəni  gora  endirdilər, 

mən  də  gorda  dayanıb  tamaşa  edirdim.  Bu  zaman  məni  qəribə  bir 

dəhşət bürüdü. Xüsusilə o zaman ki... 

                                                 

1“Qaf” surəsi, ayə 22. 



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə