AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   15   16   17   18   19   20   21   22   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  69 

etdilər  ki,  mən  onların  yanında  nə  danışa  bilərəm.  Məclisə  etina 

etməyib, əyləşdilər və mən başladım. 

Xütbənin  bir  yerində  söhbət  məlaikələrdən  getdiyindən  onlar  dizi 

üstə dayandılar. 

Ey İmam dostları, ümmət yol göstərənləri, bizim Peyğəmbərin Əhli-

beyti  zəif  olmadıqları  halda  zülm  gördülər  və  cahil  tərbiyə  edən 

dünyada  zalım  cahillər  onların  qapılarını  bağladılar.  Peyğəmbər 

qızının  qapısına  od  vuruldu.  Onu  qapıyla  divar  arasında  qoyub, 

sümüklərini əzdilər. Onun “kimdir mənə yardımçı” çağırşına cavab 

verən  olmadı.  Eləcə  də,  Hüseyn  ibni  Əlinin  çağırışı  cavabsız  qaldı. 

İndi  ki,  sədası  bizə  çatıb,  biz  “ləbbeyk”  deyənlər  əlimizdən  gələni 

əsirgəməməliyik. 

Həzrət  Haqdan  olan  bu  istəyimizdə  dünya  və  axirət  nəzərimizdə 

deyil. Dünyada o qədər intizar çəkdik ki, gözlərimiz kor oldu, zühur 

günü həsrətini özümüzlə gora apardıq. 

İndi  də  başqa  bir  məqsədimiz  yoxdur.  Darbaxışlılar  dedilər  ki, 

məqsədimizdə  çox  israr  etməyək.  Məbada,  iş  çətinliyə  düşə.  Elə 

düşündülər  ki,  bu  xahiş  kərim  Rəbbimizdən  yox,  əskik  məxluqlar 

dərgahındandır.  Onlar  bilsin  ki,  pakların  əməllərini  napakların 

əməlləri  ilə  ölçmək,  tutuşdurmaq,  müqayisə  etmək  olmaz.  Allah 

hamıdan mehribandır. Nalə çəkənlərin ahu-zarı Onu yormaz. 

Eləcə  də  o  adamlar  ki,  dedilər  zalımların  əzabının  tamaşasına 

getməyək,  bu  əməldən  tam  təsəlli  yoxdur,  doğru  deyil.  Çünki  bu 

əməl  Allaha  itaətsizlik  olar.  Getmək  lazımdır,  özü  də  tam  qüvvə, 

döyüş hazırlığı ilə. Əgər döyüşə icazə verilərsə, döyüşək. Məqsədim 

orada  qalmaq,  istəyimizdən  əl  çəkməmək,  muradımıza  çatmaqdır. 

Min illər çəksə də! Sizlərdən hər kəsdə belə dəmir iradə, ali himmət, 

sabit əzm varsa, bizə qoşulsun. 

On iki min kişi irəli çıxdı ki, biz hazırıq və iş məqsədə çatmayınca geri 

dönmərik. 

Mən  də  minbərdən  düşdüm.  Min  nəfər  silahlanmış  və  ata  süvar 

olmuşdu. Bayrağı başçının əlinə verib, tapşırdım ki, hər enişdə, hər 

yoxuşda  “ləbbeyk”  və  “sədeyk”  desinlər.  Fikirləşin  ki,  o  iki  qərib 

İmamı eşidirsiniz, qoy, qanınız cuşa gəlsin. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  70 

Məlaikələrin  başçısına  dedim  ki,  məlaikələrdən  yüz  nəfərini  bu 

dəstəyə  qoşsun.  Onun  razılaşmaqdan  başqa  çarəsi  yoxdu. 

Narahatlığından bilinirdi ki, bizim işimizə etirazı var. İşimizi Allah 

razılığına zidd, bəlkə də divanəlik sayırdı. 

Beləcə, altı dəstə bir-birlərinin ardınca yüz məlaikənin müşayiəti ilə 

yola  düşdü.  Altı  minlik  yeddinci  dəstə  qalan  məlaikələrlə  gəlirdi. 

Özüm  də  ələm  götürdüm,  qılıncları  siyirib  hərəkətə  başladıq.  Hər 

eniş və yoxuşda “ləbbeyk” səsindən yer-göy titrəyirdi. 

Mən  məlaikələrin  başçısı  ilə  çiyin-çiyinə  yanaşı  gedirdim.  Arabir 

görürdüm ki, başçı sakit və qaraqabaq, başı aşağı, fikirlidir. Elə bil, 

nəsə  demək  istəyir,  sonra  sözünü  udurdu.  Mən  onun  sirrini  hiss 

edirdim. Amma yenə də soruşdum… Nə üçün qəmgin, narahatsınız? 

Dedi… Mən sizin bu vəhşicəsinə hərəkətinizdən qəzəbliyəm. Çünki  

bu vaxtadək bu əmin-amanlıq aləmində belə bir hadisə baş verməyib. 

Qorxuram Allahın qəzəb odu sizə nazil ola, biz də sizin aranızda sizin 

odunuza yanaq. 

Dedim… Siz nə üçün bizim odumuza yanmalısınız? 

Dedi… Çünki, sizi bu pis işdən saxlamadıq. 

Dedim… Əgər bizim işimiz pisdirsə, nə üçün qarşısını almırsınız? 

Dedi… Çünki sizi Bərəhuta aparmaq tapşırığı almışıq. 

Dedim… Biz də sizinlə gedirik, bəs nəyimiz pis olur? 

Dedi… Qoşun çəkməyiniz, fitnə yaratmağınız. 

Dedim… Məgər Allahdan əmr olub ki, bizi başqa surətdə aparasınız? 

Dedi… Yox, yalnız buyrub ki, onları aparın. 

Dedim…  Aparmaq  bütün  növ  aparmağa  şamildir.  Piyada,  süvari, 

silahlı,  əliboş...  hansı  keyfiyyətdə  olursa  olsun.  Bütün  bunlar  sizin 

vəzifənizdir.  Ona  görə  də  pis  olmayacaq.  Çünki  Allah  pis  işi  əmr 

etməz. Əgər siz bizə Allahın əmr etdiyini qadağan etsəydiniz, Onun 

qəzəbinə  düçar  olardınız.  Ona  görə  də  yaxşıya  dəvət,  pisdən 

çəkindirmək  o  kəsə  vacibdir  ki,  yaxşı  və  pisi  tanımış  olsun,  onları 

fərqləndirə bilsin. Sən ki, yaxşını pisdən ayıra bilmirsən, bizə bir işi 

qadağan, bir işə əmr necə edə bilərsən? 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  71 

Gördüm  ki,  əvvəlki  böyüklüyündən,  uca  mərtəbəsindən  bir  qədər 

aşağı  endi.  Təvazö  ilə  dedi…  Əlhəmdu  lillah  ki,  dilimə  qadağan 

gəlməyib. 

Dedim… Mənim qeyrətim məni məcbur edir ki, sizi bundan da aşağı 

endirim. Sənin “bu hadisə indiyədək olmayıb”, deməyin eynən qiyas, 

oxşatmadır. Belə çıxır ki, gələcək həmişə keçmiş kimi olmalıdır. Əgər 

bir şey keçmişdə olmayıbsa, gələcəkdə də olmamalıdır? Hansı ki, ilk 

qiyas  edən  şeytan  olub.  O  deyib  ki,  hər  nə  oddandırsa,  od  kimi 

nurludur.  Sən  özün  bilirsən  ki,  onun  qiyası  batil  idi.  Məhz,  bu 

zalımlığına  görə  ilahi  dərgahdan  qovuldu.  Sənin  bu  batil  qiyasın 

müqabilində  Haqq-Taala  açıq-aydın  buyurub…  “O  hər  gün  bir 

məqamdadır.” 

Mələk  daha  artıq  təvazö  və  kiçikliklə  dedi…  Qorxum  budur  ki, 

Peyğəmbər  aydınca  Əlinin  cavabında  buyurub  ki,  hələ  xəbis 

təmizdən  ayrılmayıb  və  təqdir,  zühur  yaxşıların  pislərdən 

üstünlüyündən, ayrılığından sonradır. Necə ki, Nuhun qəziyyəsində 

oldu. Siz çalışırsınız ki, təxirə salınmış təqdiri tezləşdirəsiniz. Başqa 

sözlə, o şey ki, müqəddər olub, sabah zühur olsun, siz istəyirsiniz ki, 

bu gün olsun. Bu özü həqiqətdə Allahlıq iddiasıdır. 

Dedim…  Bu  aləmlərdə  müqəddər  olma  səbəblərlədir,  yoxsa 

səbəblərsiz? 

Dedi…  Səbəblər  silsiləsi  ilə  təqdir  olunur.  Çünki  onların  bir-

birlərindən ayrılması qeyri-mümkündür, mahaldır. 

Dedim…  Bəs  bizim  rəftarlarımız,  dualarımız,  israrlarımız, 

ciddiliyimiz  də  ilahi  səbəblərdən  ola  bilər.  Çünki  nəfsani  meyllər, 

adətən, ixtiyardan kənardadır. 

 

Allah bağışlamaq istərsə əgər, 



Bəndəni yalvarış halına çəkər. 

 

Hər  necə  olsa  duada  israr,  Allahdan  istəmə  bəzi  müqəddəratların 



səbəblərindəndir  ki,  uzağı  yaxın,  yaxını  zühura  çatdırır.  Maneəni 

aradan götürür və vücuda şərait yaradır. Əlavə, duada israr etmək 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  72 

müstəhəbbatdan, bəyənilmiş işlərdəndir. Əgər mətləbə təsir etməsə 

də ən azı savaba səbəb olar. 

Həmin  mələk  öz  çəkinməsindən  bir  qədər  əl  götürüb,  sakitcəsinə, 

istər-istəməz yola yoldaş oldu. 

Dedi… Amma rəhmani fikirlər, ilhamat bəndələrə mələklər vasitəsi 

ilə verilir. Bunsuz iş mahaldır və biz bu hadisədən xəbərsizik. 

Dedim…  “Bəqərə”  surəsinin  son  ayələri  Cəbrəilin  vasitəçiliyi 

olmadan gəlib. De görüm, sizdən ucası var, ya yox? 

Dedi… Bəli, çox. O qədərdir ki, onların dərəcələri bizə məlum deyil. 

Dedim… Bizə olan bu ilhamat, ola bilsin ki, sizdən uca vəsilə ilə gəlib. 

Bundan əlavə, biz Peyğəmbər Əhli-beytinin dostlarıyıq və dostluqda 

zəruridir ki, aşiq öz məşuquna yardım etsin. Lap dua ilə də olsa. 

Yaxşı, bizə nə iradınız var? Deyirsiniz ki, nə üçün onu dost tuturuq, 

nə üçün dostluq zəruriyyətlərinə əməl edirik? 

O  cavab  verməkdən  çəkinəndə  dedim…  Sizin  ucadan  uçmağınızın 

səbəbi  həmin  təkliyinizdir.  Əgər  biz  də  əvvəlki  tək  təcrid  olmuş 

(mücərrəd)  qalsaydıq,  torpağa  bağlanmasaydıq,  sizin  kimi  olardıq. 

Bəlkə Allahlıq iddiasında da olardıq. Təsdiq edin ki, hər mücərrəd, 

maddidən bilikli, üstün deyildir. 

 

Hər papağın əyib, ciddi oturan, 



Qeysərlik bacarmaz, papaqbaz olar. 

*** 


Açılmaz min nöqtə gördüm burada, 

Uzunsaç, dərviş yox, saçaqbaz olar. 

 

“Ləbbeyk”  deyə-deyə  Cəbəlür-rəhman  adlı  dağ  ətəyinə  çatdıq–dağ 



Ərəfat  dağı  idi.  Deyirlər,  bu  dağ  “Sur”un  kiçilmiş  dərəcəsidir  və 

Allah-Taala bu barədə buyurub… 

“Möminlərlə  münafiqlərin  arasında  içəri  tərəfində  mərhəmət  və 

bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.”

59

 

                                                 



59“Hədid” surəsi, ayə 13. 


   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  73 

Bizdən  qabaq  dağa  çatanlar  xeymələrini  qurub,  gözləmə  yerində 

oturmuşdular. “Ləbbeyk” fəryadları qovuşub havaya qalxdı və dağı 

lərzəyə gətirdi. 

Bizim xeyməmizi qurdular. 

 

MƏLAİKƏLƏR SADƏ OLURMUŞ 



 

Əvvəlki dəstə başçıları mələklərlə bir yerdə on iki nəfərdi. Mələklərin 

başçısı  və  mənimlə  birlikdə  on  dörd  nəfər  xeyməyə  daxil  olduq. 

Soruşduq  ki,  nə  üçün  dağın  ətəyində  dayandınız,  yuxarıya 

qalxmadınız? 

Dedilər…  Şəxslər  gəlib,  bildirdilər  ki,  dağa  qalxmaq  olmaz.  Sizdən 

başqa kimsə bu dağın ərazisinə keçə bilməz. 

“Hündürlüklərdə  şəxslər  vardır  ki,  hər  kəsi  əlamət  və  simasından 

tanıyarlar.”

60

 



Mələklərin rəisi dedi… Siz dəlillərlə bizi qane etdiniz, çünki biz dəlil-

sübut əhli deyilik. Amma duyulmuşdur ki, sizin bu işinizdə Allahın 

razılığı  yoxdur.  Ola  bilsin  ki,  sizin  tovfiqiniz  (ilahi  yardımdan 

faydalanmağınız)  əzab  və  işgəncə  ilə  yanaşı  olsun,  biz  də  sizin 

aranızda əziyyət çəkək. 

O  bu  sözləri  rəngi  qaçmış,  bədəni  titrər  halda  dediyindən 

məclisdəkilər də qorxuya düşdülər. Mən qorxdum ki, bu sirr buradan 

bayıra çıxsa, qoşun dağılar. Ona görə də üzümü rislərə tutub dedim 

ki, bu məclisimiz qapalıdır, məbada söhbətlər bayıra çıxa. 

Üzümü  mələklərin  başçısına  tutub,  dedim…  Siz  necə  də 

sadəlövhsünüz, təxəyyüllərə inanırsınız. Qalxın, ordugahın ətrafında 

gəzişək.  Həm  adamların  halından  xəbər  tutaq,  həm  də  bu  yerlərin 

mövqeyini öyrənək. 

Mən bu təklifi ona görə irəli sürdüm ki, başçı iztirabdan çıxsın. Adını 

“kəşf”  qoyduğu  gümanlarından  azad  olsun.  Qədəm-qədəm  bir 

xeyməyə  yaxınlaşdıq  ki,  bir  şəxs  silahını  hazırlaya-hazırlaya 

zümzümə edir… 

                                                 

60“Əraf” surəsi, ayə 44. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  74 

İntizar çəkənin canı ağzında, 

And verirəm sənə, yetiş fəryada. 

Biz qarışqa, sən də gəl Süleyman ol. 

Biz bir quru cisim, yetiş sən can ol. 

 

Mən  bu  qeyrətli  zümzümələrdən  ləzzət  aldım,  iftixar  nəzəriylə 



mələyə baxdım. 

Gəzə-gəzə  ordugahdan  yüz  addım  aralı  bir  təpəyə  gəlib  çatdıq. 

Təpənin  üstündən  gördük  ki,  məşriq  üfüqləri  başdan-başa  qara 

buludlarla örtülüb. O buludlardan müxtəlif növlü, müxtəlif hərəkətli 

bir  od  oxlar  tökülürdü  ki,  deyərdin,  üfüq  bir  parça  alovdur. 

Buludlardan gələn qorxunc gurultular qulaqlarımıza çatırdı. 

Məlaikənin nəzərləri o qorxunc səhnəyə sataşdı və dedi… 

“La hovla və la qüvvətə illa billah.” 

Dedim… Orada nə olub? 

Dedi… Ora Bərəhut səmasıdır. Nizə, qılınc, xəncər, əmud surətində 

ələnən  alov  oxlar  Ali-Mühəmməd  düşmənlərinin  başına  tökülür. 

Həqiqətdə  isə  bunlar  möminlərin  göndərdiyi  lənətlərdir.  Əsil  ilahi 

intiqam isə yerdədir. İşıq saçan qızarmış dəmir kürəyə bənzər yerdə! 

Ora  alovdan  sürünənlər,  yırtıcılarla  doludur,  çaylarından  ərinmiş 

mis axır. 

Biz  görürdük  ki,  həmin  ağır  oxlar  onların  birinə  dəyib,  o  birinə 

keçirdi.  Yerə  dəyəndə  yenidən  göyə  qalxır  və  yenə  də  neçəsini 

parçalayırdı.  Bu  oxlar  qaçmaq  istəyənləri  təqib  edir,  ona  sancılırdı. 

Elə bil, hədəfini tanıyırdı, şüurlu idi. 

“Bu dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil.”

61

 

O  adamlar  ixtiyarsız  olaraq,  suda  sədəfotu  oynayan  kimi  qalxır, 



düşür,  aramlıq  tapmırdılar.  Fəryadları  qulağımıza  it  səsi  kimi 

yetişirdi.  Bu  mənzərə  hamının  sevincinə  səbəb  olmuşdu.  Göstəriş 

verdim ki, mənim xeymələrimi təpənin üstündə qursunlar. Başqaları 

                                                 

7”Ənkəbut” surəsi, ayə 64. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  75 

da öz xeymələrini buraya köçürdülər. Biz ardıcıl lənətlər yağdırdıqca 

göydən yağan alovlu oxların sayı artır, az qala göyün üzü tutulurdu. 

Qoşun  lənət  və  nifrinə  olan  şövqdən  elə  lənət  yağdırırdı  ki,  axırda 

ağızları  qurudu.  Düşmənlərin  bədəni  kabab  oldu,  deşilib  ələyə 

döndü. 


Bu atəşi görərək iman əhli geri çəkilmirdi. Çünki  məzlumun ürəyinin 

rahatlığı  zalimin  ölümü,  varlıq  dünyasından  çıxmasıdır.  Amma 

axirət aləmində ölüb yox olmaq yoxdur. Çünki orada həyat zatıdır, 

insanın bədəni yanıb, deşik-deşik olsa da yenidən bərpa olunur. 

“Ayələrimizi  inkar  edənləri  oda  atacağıq,  onların  dəriləri  yanıb, 

bişdikcə  əzabı  həmişə  dadsınlar  deyə,  o  dəriləri  başqası  ilə  əvəz 

edəcəyik.”

62

 



 

XEYMƏDƏ MƏŞVƏRƏT 

 

Yeddi  dəstənin  başçıları  və  yeddi  məlaikə  mənim  otağımda 

toplandılar. Götür-qoy etdik ki, nə edək ki, kamil intiqam hasil olsun, 

qəlbimiz  sakitləşsin.  Qarşıdakı  mənəvi  müharibədə  kamil  nəticəyə 

çataq. 

Xüsusilə,  İmam  Zaman  (ə)-ın  qəlbi  qəm-kədərlə  doludur.  O  şəmin 



pərvanəsi olan şiələr də hüzndən kənar deyillər. 

“Bizim şiələr torpaq və gilimizin artığından yaranmışlar, vilayət suyu 

ilə  qarışmışlar.  Şadlığımıza  şad,  qəmginliyimizə  qəmgindirlər.” 

(İmam Sadiq, (ə)) 

Bəziləri  dedilər  ki,  yaxşı,  Bərəhuta  daxil  olub  onları  tikə-tikə 

doğrayaq, lap elə ölməsələr də qəlbimiz soyusun. 

Mələklər  dedilər…  Onların  əzabı  siz  verəcəyinizdən  daha  ağırdır. 

İkincisi, sizin Bərəhuta daxil olmağınıza icazə verilməyib. 

Bir başqası dedi… Biz Bərhuta daxil olsaq, onların əzabı yüngülləşər. 

Çünki Cəhənnəm odu mömindən qorxandır. 

                                                 

62“Nisa” surəsi, ayə 56. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  76 

Mən  dedim…  Bizim  qanımızın  coşub  qaynamasının  səbəbi  İmam 

Zaman (ə)-ın kədəridir. Şiənin qəlbi ona bağlı olduğundan nə qədər 

ki, onun qəlbi soyumayıb, bizimki də soyumayacaq. 

Fikirləşib, onu intizardan qurtarmaq lazımdır. Bunun duadan başqa 

yolu yoxdur. Biz tam ciddiyyətlə biçarələrə çarə qılandan istəyək ki, 

dərdimizə çarə etsin. Hamı bu fikri bəyəndi. Yalnız məlaikələr susdu. 

Bu  vaxt  qoşundan  bir  dəstə  adam  gəldi  və  dedilər  ki,  şəmşirsiz, 

nizəsiz bizim qəlbimiz soyuyan deyil. Dedim ki, hamıya elan edin ki, 

sıraya  düzülsünlər,  Beytül-məmura  tərəf  gedəcək  və  Allahdan 

zühurun təcilini istəyəcəyik. 

Hamı düzüldü. Əllərimizi Allah dərgahına qaldırıb “Fərəc” duasına 

başladıq.  Başqa  çarəmiz  də  yoxdu.  Sıradan  çıxıb  bir  neçə  nəfərlə 

lövhə olan yerə getdik ki, ali söhbətlərdən eşidək. Bir də gördük ki, 

Peyğəmbər,  (s.ə.v.v),  Əli  (ə),  Əhli-beyt  də  sıraya  durub,  əllərini 

“Fərəc”  duasına  qaldırıblar.  Arxalarında  bütün  peyğəmbərlər, 

mürsəllər, göy əhli, mələklər dua üçün durublar. 

Dedim… Şəksiz, bu hadisədən dünyaya təsir olacaqdır. Çünki nəzər 

salıb,  Həzrətin  özünü,  yaxınları  ilə  bir  dağ  başında  dua  halında 

gördüm. 


 

ZÜHURA ÜMİDİMİZ VAR 

 

Bütün  şəhərlərdə,  İslam  ölkələrində,  məscidlərdə,  yığıncaqlarda 



duaya  məşğul  idilər.  Səhradakı canlılar  belə  toplanıb,  öz dillərində 

zühurun tezliyinə dua edirdilər. 

Bu  mənzərəni  görəndən  sonra  zühurun  olacağına  tamamilə  əmin 

oldum.  Sıralar  arasına  qayıdıb,  inqilabi  bir  əhval  gördüm-bəziləri 

ağlar  halda  qurumuş  dodaqlarla  dua  halında,  bəziləri  özündən 

getmiş. Dedim… Qalxın, ayıq olun ki, zühura ümidimiz var. 

Az sonra dünyaya təvəssül edib, Kəbə evindən Həzrət İmam Zaman 

(ə)-ın səsini eşitdik… 

“Eşidin,  ey  əhli-aləm,  Mən  intizarı  çəkilən  İmamam!  Agah  olun  ki, 

cəddim Hüseyn susuz şəhid edilmişdir.” 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  77 

Ordugaha  qayıdıb  Peyğəmbərin  (s.ə.v.v)  kəlamını  uca  səslə  təkrar 

etdim…  “Hər  kəs  oğlumun  arxasında  düşməndən  intiqam  almaq 

istəyirsə, əlindəki qılıncla geri qayıdıb, qəbrindən bayıra çıxsın!” 

 

Dinlə o gizlin səsi, gör nə müjdəli səsdi, 



Fəraq gecəsi ötdü, vüsal küləyi əsdi. 

 

Torpaq oğluna söylə, ey torpaqdan qaralmış, 



Cahan canı zühurda, zülmün bağrı yarılmış 

 

 



 

 

 



 

 

SON 



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə