AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   2   3   4   5   6   7   8   9   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  11 

omasa da bizim yaranışımıza etiraz etmisiniz. Etirazınızı anlayandan 

sizdən küskün olmuşam. Hətta əhd etmişəm ki, əgər macalım olsa, 

sizdən  bunun  səbəbini  soruşam,  heyf  ki,  bu  vəziyyətdə  macalım 

yoxdur. 

Susdum  və  nə  sual  verəcəklərini  gözlədim.  Bir  sual  vermədilər, 

yalnız soruşdular… 

 

BU CAVABLARI HARADAN ÖYRƏNDİN? 

 

Soruşdular… bu cavabları haradan deyirsən və haradan öyrənmisən? 



Mən dərin fikrə getdim. Görən qəflət, cəhalət, xəta dünyasında tərtib 

etdiyimiz  dəlil-sübutlarda  maddə,  surət,  şəraitlə  bağlı  səhvlər 

olmayıb ki? Haradan məlumdur ki, xəyalım azmayıb, dəlillər məntiqi 

ölçülərə  uyğundur,  bu  ölçülər  özü  həqiqidir?  Bu  ölçüləri  yaradan 

Ərəstu  özü  xəta  etməyib  ki?  Mümkündür  ki,  yalnız  o  biri  aləmdə 

səhvlərimizdən xəbərdar olaq. 

Tutaq  ki,  bu  dəlillər  həqiqidir.  Axı  bu  dəlillərə  yalnız  və  yalnız 

korluq, nadanlıq evi olan bu dünyada ehtiyac duyulur. Bu dəlillər əl 

ağacı,  əsa  kimidir.  Əsaya  kor  və  ya  qaranlığa  düşmüş  insan 

möhtacdır. Amma düşdüyüm aləm həqiqətdir. Bu aləm o qədər işıqlı, 

gözlər o qədər itidir ki, əsaya yer yoxdur. Bəs bu şəxslər məndən nə 

istəyirdilər?  Xudaya,  mən  bu  dünyanın  təzə  doğulmuşuyam,  bura 

əhlinin  dilini  öyrənməmişəm.  And  verirəm  Əliyyibni  Əbu  Talibin 

haqqına, kömək et! 

Mən bu fikir və yalvarışda idim ki, qəfildən onların nərəsi ildırım tək 

guruldadı… Söylə, dediklərini haradan dedin! 

Onlara  nəzər  saldım.  O  qədər  qəzəbli  surətləri  vardı  ki,  gözlər 

görməsin!  Gözlər  çevrilmiş,  alov  dili  tək  qırmızı,  çöhrələr  qara, 

tutqun,  ağızlar  dəvə  ağzı  tək  açılmış,  dişlər  yekə  və  sarı,  gürzlər 

vurmağa hazır, mən isə qorxu və iztirabın şiddətindən bihuş! 

Bu halda elə bil ilham aldım və gözlərim qorxudan qapalı, zəif səslə 

cavab verdim… Bu bir mətləbdir ki, Allah məni buna hidayət, sövq 

edib. 

Dedilər… Yat, toy otağında bir bəy yuxusu ilə yat! 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  12 

Getdilər. Mən də ya yuxuya getdim, ya da bihuş oldum. Amma hiss 

edirdim ki, həmin iztirablardan qurtulmuşam. 

 

QƏBİRDƏ İLK YUXUDAN SONRA 

 

Az sonra ayılıb gözümü açanda özümü xalılarla döşənmiş bir otaqda 



gördüm. Xoş üzlü, xoş saçlı, xoş ətirli bir cavan başımı dizi üstünə 

alıb, oyanmağımı gözləyirdi. Mən ədəb və təvazö üçün qalxıb, salam 

verdim.  O  da  gülümsünüb  qalxdı,  salamımı  aldı.  Görüş  və 

mehribanlıqdan sonra dedi… Əyləş, mən nə peyğəmbər, nə İmam, nə 

də mələyəm, sənin dostun və rəfiqinəm. 

Dedim… Adın nədir? Əslini-nəslini mənə de. Nə yaxşı ki, mənə rəfiq 

olmusan, kaş daim səninlə olaydım. 

Dedi… Adım Hadidir, yəni yol göstərən. Bir ləqəbim Əbül-vəfa, o biri 

Əbuturabdır. Axırıncı sualın cavabını sənin dilinə gətirən mən idim. 

Sən cavab verib, qurtuldun. Əgər cavab verə bilməsəydin, əmudla elə 

vuracaqdılar ki, vücudundan od şölələnəcəkdi. 

Dedim…  Həzrət-Alinin  mərhəmətindən  məmnunam  ki,  sizin  azad 

etdiyiniz kəsəm. Amma onların sonuncu sualı nəzərimə faydasız və 

bəhanə  göründü.  Axı  İslami  əqidələri  düzgün  cavab  verdim  və 

gerçək işləri izhar edən şəxsə “nə üçün, niyə” nə lazım? Əgər biri o 

birinin ovcuna od qoyursa, o da “əlim yandı” deyirsə “nə üçün əlinin 

yandığını izhar edirsən”, deyə soruşmaq olmaz. Əgər biri cahillikdən 

soruşursa,  cavabı  budur  ki,  məgər  korsanmı,  görmürsənmi  od 

ovcumdadır? Onların sonuncu sualı bu qəbildən idi. 

O dedi… Yox, belə deyil. Təkcə sözün həqiqətlə uyğunluğu insanın 

halına faydalı deyil. İnsaf və qəlbi əqidə lazımdır ki, əməlin yerinə 

yetməsi üçün şövqə gələsən. Necə ki, buyurulmuşdur… 

“Biz  iman  gətirdik,  deməyin...  Biz  İslamı  qəbul  etdik,  deyin.  Hələ 

iman sizin qəlblərinizə daxil olmamışdır.”

5

 

                                                 



5“Hücürat” surəsi, ayə 14. 


   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  13 

Məgər  əvvəlinci  gündə  “Mən  sizin  Pərvərdigarınız  deyiləmmi”-

sualının cavabında hamı “bəli” demədimi? Həqiqətin eynini, Həzrət-

Haqqın rübubiyyət və mənəviyyatını təsdiq etmədilərmi? 

Dedim… Bəli, elədir. 

Dedi…  Maddi  dünyada  insanlar  vəzifələrlə  imtahan  olunurlar. 

Əvvəl gündə bu iqrar sırf dillə olub. Bəziləri bu vəzifələrdən boyun 

qaçırıb,  imtahandan  xalis,  saf  çıxmırlar.  İndi  də  bu  dünyanın  ilk 

mənzilində  həm  möminlər,  həm  də  münafiqlər  suallara  doğru  və 

həqiqətə uyğun cavab verirlər. Həmin sual axırıncı imtahandır. Qəlbi 

əqidə olarsa, cavab verirlər və qurtuluş əldə olunar. Əgər qəlbi iman 

olmazsa,  cavab  verərlər  ki,  biz  camaatdan  təqlidlə  bu  əqidəyə 

yetişdik. Qəlbi rabitə, bağlılıq olmazsa, fayda verməz. 

Məsumların  (ə)  xəbərlərində  də  bu  barədə  buyurulduğunu  özün 

bilirsən. 

Dedim…  İndi  yadıma  düşdü  ki,  bu  barədə  xəbərlərdə  varid 

olmuşdur. Lakin dəhşət və vəhşət sual zamanı bu mətləbi yadımdan 

çıxardı və sən yadıma saldın. Allah məni sənsiz qoymasın. İndi məni 

haradan  tanıdığını  de,  axı  mənim  səninlə  tanışlığım  yox  idi.  İndi 

görürəm  ki,  sənə  olan  ifrat  eşqdən  səndən  uzaqlığı  özümə  həlakət 

görürəm. 

Dedi… 


Mən 

əvvəldən 

səninlə 

olmuşam, 

mehr-məhəbbət 

bəsləmişəm.  Lakin  sən  məni  hiss  etmirdin.  Çünki  maddi  dünyada 

sənin gözlərin bu qədər görmürdü. 

Mən  sənin  Əliyyibni  Əbu  Talib  və  Peyğəmbər  Əhli-beytinə  olan 

məhəbbət  və  əlaqənin  nəticəsiyəm.  Onların  səndəki  hidayətinin 

təzahürüyəm  (qabiliyyətincə).  Bu  səbəbdən  adım  Hadidir.  Əlbəttə, 

sənin üçün. O isə bütün pərhizkarların, təqvalıların Hadisidir. 

“Bu kitabda heç bir şəkk yoxdur və o, bütün təqvalıların rəhbəridir.”

6

 

Mən  sənin  həmin  qırılmaz  ipə  (“Ürvətül-vüsqa”ya)  can  atmağın, 



sığınmağınam. 

                                                 

6“Bəqərə” surəsi, ayə 2. 



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə