AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   2   3   4   5   6   7   8   9   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  14 

“Hər  kəs  tağutu  inkar  edib,  Allaha  iman  gətirsə,  bir  ipdən 

yapışmışdır ki, qırılası deyildir.”

7

 



Sən  özünü  həvəslərlə  məndən  uzaqlaşdırmasan,  mən  də  səndən 

ayrılası deyiləm. Ləqəblərimin Əbül-vəfa, Əbuturab olmasının səbəbi 

verdiyin  vədələrə  vəfa  göstərməyindir.  Sənin  təvazön  möminlərə 

məxsusdur. 

Qısası, mən sənin qəlb beşiyində Əlidən doğulmuşam. 

Mənim qüvvə və istedadım, yararlı olub-olmamağım, varlığım və ya 

yoxluğum səndən asılı, sənin əlində, sənin ixtiyarında olub. 

Günah zamanı səndən qaçmış, tövbədən sonra yaxınlaşmışam. 

Ona görə dedim ki, bu dünya müsafirətində özündən təqsir, qüsur 

olmasa, səndən ayrılmayacağam. 

“Allah Öz bəndələrinə zülm etməz.”

8

 



“Bəndələrdir ki, özlərinə zülm edirlər.”

9

 



 

QƏFƏSDƏ SIXINTI 

 

Hadi dedi… Mən gedirəm. Sən bir az istirahət etməlisən. Mən sənə 



tapşırılmış  həmin  ilahi  əmanətəm.  Quran  qissələr  və  mənim 

əhvalatlarımla zəngindir. Əfsus ki, bu qədər Quran oxumaqla belə, 

yenə də mənə qarşı tanımamazlıq göstərirsiniz. Xudahafiz. 

Elə ki, tək qaldım, öz halım və Hadinin bəyanları barədə dərin fikrə 

daldım.  Gördüm  ki,  doğrudan  da,  maddi  dünyada  insanın  halı, 

rəftarları bir  yuxudur.  Elə  ki,  ayılırıq, elə  sanki  yuxu aydın  şəkildə 

yozulur.  Zülqərneynin  zülmətdəki  kəlamı…  “Hər  kəs  bu  daşdan 

götürsə, işıqlığa çıxanda peşiman olacaq və hər kəs götürməsə, yenə 

də peşiman olacaqdır.” Buradakı kinayə insanın dünya və axirətdəki 

halına işarədir… hər kəs bir ölçüdə təəssüflənəcək. “Əfsus ki, Allahın 

dərgahında təqsir etdim.”

10

 



                                                 

7“Bəqərə” surəsi ayə 254. 

8“Ali-imran” surəsi, ayə 18. 

9“Bəqərə” surəsi, ayə 57. 

10“Zümər” surəsi, ayə 56. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  15 

Amma  indiki  peşimanlığın  faydası  yoxduræ  artıq  tövbə  qapısı 

bağlanmışdır. 

Bu  fikir,  qəm-qüssə  və  iztirabda  ikən  məni  yuxu  apardı.  Çox 

keçməmiş  biri  xoş  surətli,  digəri  isə  bəd  qiyafəli  iki  nəfərin  birinin 

sağ, o birinin isə sol tərəfimdə oturduğunu hiss etdim. 

Əzalarımı  başdan-ayağadək  ayrı-ayrı  iyləyirdilər.  Əllərindəki 

kağızda nə isə yazırdılar. Bir kiçik, bir böyük qutu gətirdilər. Onlara 

nəsə yığır və ağızlarını möhürləyirdilər. Qəlb, xəyal, göz, dil, qulaq 

kimi  əzaları  təkrar-təkrar  qoxulayır  və  bir-birləri  ilə  pıçıldaşırdılar. 

İkinci,  üçüncü  dəfə  qoxulayır,  sonra  nə  isə  yazır,  qutulara 

yerləşdirirdilər. 

Hərəkətsiz dayanmışdım ki, oyaq olduğumu hiss etməsinlər. Lakin 

mənim  gəlir  və  çıxarlarımı  təftişlərindəki  ciddiyyətdən  anladım  ki, 

yaxşı və pis əməllərimi qeyd edirlər. Hiss etdim ki, həmin xoş surətli 

fərd  mənim  xeyirxahımdır.  Bir-birləriylə  pıçıltı  və  söhbətlərindən 

məlum  olurdu  ki,  o,  mənim  tövbəmin,  hansısa  yaxşı  əməlimin  pis 

əməli  sildiyini  dəlil  gətirib,  bəzi  pis  əməllərimi  qeyd  etməyə 

qoymurdu.  Axı  ikisi  də  misi  qızıla  çevirir.  Bu  cəhətinə  görə  onu 

sevdim. 


İşlərini  qurtarıb  yazdıqlarını  lülə  şəklində  burub,  boynumdan 

asdılar. Ağzı bağlı qutuları bir kisəyə yerləşdirib, başımın üzərində 

qoydular,  Sonra  bədənimin  ölçüsündə  yeddi  ərintidən  hazırlanmış 

qəfəs  gətirib,  məni  onda  yerləşdirdilər.  Onun  yivlərini,  yaylarını 

sıxdılar, bərkitdilər. Yavaş-yavaş qəfəs daraldı. Elə bir həddə çatdı ki, 

məni  sıxdı,  nəfəsim  kəsildi,  səsimi  çıxara  bilmədim.  Onlar,  qəfəs 

bədənimin formasını alanadək yivləri sıxdılar. Qəfəs kiçik samavar 

təndirdi  tək  daraldı.  Bütün  sümüklərim  qırılıb,  xırdalaşdı. 

Bədənimdən qara neft tək yağ çıxırdı. Huşum başımdan çıxdı, heç nə 

dərk etmədim. 

 

 

 



 

 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  16 

HADİNİN İZAHLARI 

 

Bir müddət sonra ayıldım. Hadi başımı dizləri üstə almışdı. Dedim… 



Hadi, bağışla, ayağa durmağa halım yoxdur. Bu ədəbsizliyə görə üzr 

istəyirəm. Əzalarım qırılıb, rahat nəfəs ala bilmirəm. 

Sözüm qırıq-qırıq, səsim zəif, göz yaşlarım cari idi. Elə bil, Hadinin 

ayrılığından gileyli idim ki, o olmayanda ilk sıxıntını gördüm. 

Hadi  təsəlli  üçün  dedi…  Gördüyün  çətinliklər  bu  aləmin  ilk 

mənzilinin zərurətlərindəndir. Hamı buna mübtəla olur və təkcə sənə 

aid deyil. El ilə gələn bəla bayramdır. Hər nə oldu, keçdi. 

Ümid var, bundan sonra sənin üçün belə çətinliklər qarşıya çıxmasın. 

Həm də ki, bu aləmin bütün çətinlikləri sizin özünüzdəndir. Yeddi 

ərintidən  hazırlandığını  güman  etdiyin  qəfəsin  tərkibi  insanın  pis 

əxlaqındandır. Bu əxlaq öz qəzəb dişiylə ətrafdakıları əridib, maddi 

dünyada insan ruhunu bürüyüb. Bu dünyada da qəfəs şəklində zahir 

olub.  İnsanın  pis  əxlaqının  əsli  üç  şey  olduğundan  qəfəs  min 

ərintidən də ola bilər… 

Birincisi,  tamah,  özünü  sevmək,  özünü  bəyənmək,  paxıllıqdır  ki, 

insanı behiştdən çıxardı. 

İkincisi, şeytanı Allah dərgahından qovulmuşlardan etdi. 

Üçüncüsü, Qabili Cəhənnəmə apardı. 

Lakin  bu  üç  rəzil  xasiyyət  min  qol  budaq  atır.  İnsan  üçün  az-

çoxluğunun xeyli fərqi vardır. 

Hadi şirin söhbət əsnasında əlini mənim əzalarıma çəkir, bununla da 

əzilmiş əzalar düzəlir, dərdlər şəfa tapırdı. Onun mehribançılığından 

vücuduma qüvvət, yeni bir həyat üfürülürdü. 

Çöhrəm,  əzalarım  bulanıqlıq  və  küdurətdən  paklanmışdı,  şəffaflıq, 

işıq  almışdı.  Anladım  ki,  həmin  sıxıntılar  insanın  paklanması 

üçündür. Bulanıqlıq, küdurət, şər bu sıxıntılar vasitəsi ilə çıxarılırmış. 

Qara  neftə  oxşarı  yada  salın.  İmamların  (ə)  təbirincə,  ana  südü 

burundan gələr.  Amma südün əsli heyz qanıdır və bu qan qara və 

murdarlar qismindəndir. Qara, çirkin görünməsi uyğun gəlir. 

Hadi dedi… Kisəni aç, görüm nə var. 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə