AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   2   3   4   5   6   7   8   9   10   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  20 

təqdir,  yazı  səbəbindən  mümkün  olmadı  ki,  öz  polad  iradələrini 

göstərsinlər.  O  vaxt  sinələrini  qübar  tutdu,  sıxıldılar,  indiyədək  də 

belədirlər. Ona görə ricət dövrünü gözləyirlər ki, ürəklərinin qübarını 

dağıtsınlar.  Döyüş  paltarı  kimi  görünən  həmin  dərddir,  amma  sən 

onu hiss etmisən. 

Birdən durub getdilər. Hadi ilə tək qaldıq. Hücrə əvvəlki tək kiçildi, 

daraldı.  Hadiyə  dedim  ki,  mən  bir  də  ailə  və  övladlarımın  yanına 

getmərəm. Çünki onların xeyirxahlığından əlimi üzmüşəm. Mənim 

adıma  bir  iş  görsələr  də,  əməllərinin  canı  öz  dünyaları  üçündür. 

Mənə qəm artırmaqdan başqa bir nəticəsi yoxdur. Olanlarıma qənaət 

edər,  çatdığım  xətərlərdə  bu  əzəmətli  şəxslərin  mərhəmətini 

gözləyərəm, intizarı asan qəbul edərəm. 

Hadi dedi… İndi sənin bir şeyə ehtiyacın qalmayıb. Yetkinliyin ilk üç 

ilinin  məlumatlarına  aid  olan  ilk  üç  mənzilin  qorxusu  yoxdur. 

Yetkinliyin  başlanğıcı  olan  on  beş  yaşdan  (zəif  əql,  güclü  şəhvət, 

həvəslər səbəbindən vacib əmrlərə müxalifətdə, haramların tərkində) 

ağıl  qüvvələrinin  inkişaf  və  möhkəmlənmə  zamanı  olan  on  yeddi 

yaşadək cəza əhəmiyyətsizdir. 

Həzrət  Haqq  əqli  icad  edərkən  buyurdu…  “Ey  əql,  sənə  görə 

cəzalandırıram, sənə görə mükafat verirəm.” 

Mükafat və cəza üçün ölçü əql oldu. Bu səbəbdən axirət dünyasının 

ilk  üç  mənzilində  yetkinliyin  başlanğıcındakı  səhlənkarlıqlara  görə 

elə bir xətər yoxdur. Əgər olsa da, tezliklə bitər. Demək, mənə elə bir 

ehtiyacın  yoxdur.  Mən  əvvəlcədən  dördüncü  mənzilə  gedib,  orada 

səni gözləyəcəyəm. Sabah yükünü dalına alıb, üzü qibləyə olan əsas 

yolla hərəkət edərsən ki, mənə çatasan. 

Dedim… Ey Hadi, sən özün bilirsən ki, sənin ayrılığın mənim üçün 

çətindir.  Bu  yol  düz,  geniş,  xətərsiz  olsa  da,  təklik  və  yoldan 

xəbərsizlik dərmansız bir dərddir. 

Dedi… Bu üç mənzildə tək qalmağının çarəsi yoxdur. Axı dünyada 

da mən həmin üç ildə səninlə olmamışam, sonra səndə doğulmuşam, 

vücuda  yetmişəm.  Çünki  mənim  təbiətim  illiyyindəndir  ki,  sənin 

inkişaf, hidayətinə sərf olunub. Bu qüsur da özündəndir. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  21 

“Məni yox, özünüzü danlayın.”

13

 

Sonra uçub getdi və mən tək qaldım. Onun sözlərini fikirləşdim və 



gördüm  ki,  bütün  dedikləri  həqiqətdir.  Yetkinliyin  ilk  üç  ilində 

işlənən  heyvani  bir  ağıldır.  İnsani  ağıl  isə  təklikdə  bir  şüa  kimidir. 

Hikmət  sahiblərinin  təbirincə,  demək  olar  ki,  təkcə  əql,  ağlı  qəbul 

etmək  istedadı,  əqlin  toxumudur.  Əlbəttə,  Hadisiz  olmuşam. 

Dediyim  sözlərə,  verdiyim  vədələrə  etinasız  olmuşam,  bivəfa 

olmuşam.  Təkəbbür,  eqoistlik  məndə  hakim  olub.  Xüsusilə, 

tələbəlikdə,  elmin  ilk  mərhələsində  bu  barədə  deyilib…  Elm  üç 

mərhələdir, əvvəli təkəbbür. Belə ki, nə Hadi olub, nə Əbül-vəfa, nə 

Əbu-turab. Tək olmuşam, tək də getməliyəm. 

“Sən Allahın qanunlarında əsla dəyişiklik tapa bilməzsən!”

14

 

Birini  anladın,  o  biri  də  belədir.  “Nə  üçün”,  “niyə”  isə  anlamazlıq 



dəlilidir. 

 

ZƏHMLİ ƏBÜL-HÖVL 

 

Qalxdım, torbamı dalıma atıb, yenidən yola düşdüm. Yol tər-təmiz, 



daşsız-kəsəksiz idi. Hava yaz havası tək, mən də qüvvəli və təravətli! 

Böyük  şövqlə  məhbubum  gülüzlü,  vəfalı  Hadinin  görüşünə 

tələsirdim.  Günün  yarısınadək  sürətlə  getdim.  Hava  yavaş-yavaş 

istiləşdi.  Yorğunluq,  susuzluq  başladı.  Yol  da  daraldı,  tikanlı,  kol-

koslu  oldu.  Dağın  ətəyi  ilə  yuxarı  qalxırdım.  Öz  tənhalığımdan 

üşənirdim.  Qəfildən  arxaya  çevrilib,  kiminsə  mənə  tərəf  gəldiyini 

gördüm. Əvvəlcə sevindim ki, əlhəmdulillah, tənha qalmadım. 

Gəlib mənə çatanda gördüm ki, qara, uzun boylu, qalın dodaqlı, iri 

dişləri bayırda, enli burunlu, heybətli və üfunətli bir şəxsdir. Mənə 

salam verdi, amma “l” hərfini izhar etmədi. Eləcə də “sam əleykə”. 

“Sam  əleykə”  düşmənçilik  bildirdiyindən  mən  şəkkə  düşdüm. 

Eybəcər qiyafəsindən də ədavətli olduğu duyulurdu. O da ola bilərdi 

                                                 

13“İrahim” surəsi, ayə 22. 

14“Əzhab”, surəsi, ayə 62. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  22 

ki, “l” hərfinin tələffüzündə süstlük edib. Mən ehtiyat üçün “əleykə” 

deməklə kifayətləndim. Soruşdum… Məqsədiniz hara getməkdir?  

Dedi… Səninləyəm. 

Hansı  ki,  mənimlə  olmasına  razı  deyildim.  Ondan  bərk 

qorxmuşdum. Soruşdum… Adın nədir? 

Dedi… Səninlə bir doğulmuşam, adım cəhalətdir, ləqəbim pozğun, 

ayamam  Əbül-hövl  (qorxu,  təlatüm  atası)!  İşim  fitnə-fəsad 

törətməkdir. 

Bu  dəhşətli  adların  hər  biri  məni  qorxutdu.  Düşündüm  ki,  əcəb 

yoldaş tapdım, heyf deyildimi tənhalıq. Soruşdum… İki yol ayrıcına 

çatsaq, lazım olanını tanıyacaqsanmı? 

Dedi… Bilmərəm. 

Dedim… Mən susamışam, yaxınlıqda su varmı? 

Dedi… Bilmərəm. 

Dedim… Mənzilə çox qalıb, yoxsa az? 

Dedi… Bilmərəm. 

Dedim… Var olmaq bilməklə eynidir, nə üçün bilmirsən? 

Dedi…  Onu  bilirəm  ki,  ömrünün  əvvəlindən  kölgə  tək  səninlə 

gəzmişəm  və  Allahın  tovfiqi,  köməyi  olmasa,  səndən  ayrılası 

deyiləm. 

Öz-özümə  dedim…  Deyəsən  bu  həmin  şeytandır  ki,  vəsvəsələri, 

yoldan  azdıran  pıçıltıları  ilə  xətalar  etmişdim.  Xudaya,  əcəb 

düşmənlə rastlaşdım, rəhm et! 

Mən  qabaqda  gedirdim.  O  isə  on  addım  aralı  arxamca  gəlirdi.  Yol 

üzüyuxarı idi. Dağın başına çatdım, istirahət üçün oturdum. Cəhalət 

mənə  çatıb  dedi…  Yorulmusan.  İndi  hər  beş  fərsəx  (bir  fərsəx  altı 

kilometrdir)  yolu  sənin  üçün  bir  fərsəx  edərəm  ki,  mənzilə  tez 

çatasan.  

Dedim… Görünür, bu nadanlığınla yanaşı möcüzən də varmış. 

Dedi…  Gəl yolun ağlığına  bax.  Kaman  tək  qövs şəklindədir.  Onun 

uzunluğu  beş  fərsəxdir.  Bu  qövsün  vətəri  (qövsün  uc  nöqtələrini 

birləşdirən parça) kamanın ipi yerindədir. Özün fikirləş ki, kamanın 

ipi onun özündən nə qədər qısadır. Həndəsəyə görə qövs çevrənin 

yarsından  böyük  olduqca  vətər  qısalır.  Biz  bu  qövs  şəklində  olan 



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə