AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  23 

yolun vətəri ilə kəsə getsək, baş yola qədər bir fərsəxdən artıq olmaz. 

Hansı  ki,  baş  yol  özü  beş  fərsəxdir.  Ağıllı  adam  qısa  yolu  qoyub, 

uzunu seçməz. 

Dedim… Baş yol gediş-gəlişin çoxluğuna görə baş yol olub. Bəs bu 

uzun  yolu  seçən  adamlar  dəlimi  olublar?  Aqillər  deyiblər  ki,  yolu 

yolçular kimi ket. 

Dedi… Necə də ağılsızsan! Axmaq şairi aqillərdən sayırsan və özünü 

ona  tabe  edirsən.  Hansı  ki,  onun  səhv  etdiyini  özün  də  görürsən. 

Sözsüz  ki,  o  yolu  seçmiş  yolçuların  malı,  yükü,  arvad-uşağı, 

nəqliyyatı və s. olub. Bu kəsə yolun, vətərin başlanğıcındakı çökəklik 

onlara  mane  olub.  Amma  mən  və  sən  kimi  yurdsuzlara  bu  faydalı 

yolu tərk etməyə nə mane ola bilər? 

Mən  axmaq  onu  xeyirxah  bilib,  dərə  ilə  enməyə  başladım.  Digər 

tərəfdən yuxarı qalxdıq. Dərə ilə bir az getməmişdik ki, daha dərin 

bir  dərəyə,  onun  ardınca  əvvəlkindən  də  dərininə  düşdük.  Hamısı 

tikanla, daş-kəsəklə, yırtıcılarla, sürünənlərlə dolu. Hava şiddətli isti, 

dil-dodaq  qurumuş,  yorğunluqdan  ağız  açılı,  ayaqlar  yaralı,  ürək 

qorxudan  lərzədə,  bir  yandan  da  düşmənin  məsxərəsi!  Cəhalət 

istehzayla mənə gülürdü. 

 

ƏBU CƏHLİN QARPIZLARI 

 

Uzun müddətdən sonra, min bir əzabla baş yola çatdıq. Hər addımı 



bəlalarla  dolu  on  fərsəx  yol  gəlmişdik.  Oturub  dincələndən  sonra, 

Cəhalətə qarşı olan dərin nifrətlə dedim… Ey kaş səndən şərqlə qərb 

arası qədər uzaq olaydım! 

O  da  məndən  kənarda  durdu.  Qalxıb  yola  düşdüm.  Bir  yandan 

susuzluq,  bir  yandan  da  yorğunluq!  Cəhalət  də  uzaqdan-uzağa 

ardımca gəlirdi. Yoldan dörddə bir fərsəx aralı çəmənlik var idi. Bu 

yerdə Cəhalətin hiylə caynağına keçə bilərdim. Özünü qaçaraq mənə 

çatdırdı və dedi… Orada su var, əgər susamısansa, gedək su içək. 

Nə qədər cəhd etdimsə qulaq asmayım, susuzluq və yorğunluqdan 

təslim oldum. Yəqin ki, su olmasaydı ot bitməzdi. Amma çəmənliyə 

yaxınlaşanda gördüm ki, burada heç zaman su olmayıb. O qədər daş-



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  24 

kəsək var idi ki, yerimək mümkün deyildi. Burada xeyli ilan qıvrılıb 

yatmışdı.  Əslində  yaşıl  görünən  həmişəyaşıl  meşə  ağacları  imiş. 

Məyus  olub  baş  yola  qayıtdım.  Az  sonra  qarpızla  dolu  düzənliyə 

çatdıq.  Cəhalət  cəld  birini  kəsib,  yeməyə  başladı.  Məni  dəvət  edib 

dedi… Qarpızdan ye, susuzluğun yatsın. 

Dedim…  Bu  kiminsə  malıdır  və  başqasının  malını  onun  razılığı 

olmadan yemək olmaz. 

O  yeyə-yeyə,  qarpızın  suyu  ağzından  saqqalına,  sinəsinə  tökülə-

tökülə başını qaldırıb dedi… Ay müqəddəs, birincisi, çox güman ki, 

bunlar özbaşına bitib, kimsənin deyil. Lap elə bir kəsin malı olsa da, 

yolçunun  haqqını  həqiqi  malik,  Müqəddəs  Şare  (Peyğəmbər)  qərar 

verib.  Sonrası,  sənin  halın  susuzluqdan  həlak  olmaq  üzrə, 

iztirardadır. 

“Əlacsız qaldıqda zor işlətmədən, həddi aşmadan bunlardan yeməyə 

məcbur  olan  kimsə  üçün  bir  günah  yoxdur.  Allah  bağışlayan  və 

mehribandır.”

15

 



Lap sonrası isə bura vəzifə evi, dünya deyil. 

Yavaş-yavaş ağlım çaşdı. Qarpızın birini götürüb kəsdim. Qarpızdan 

dişləyib dəhşətə gəldim. Qarpız canavarkökü (akonit) tək acıydı. O 

qədər acı idi ki, dilim, ağzım yaralandı. Qarpızı atıb dedim… Bu ki, 

Əbu Cəhl qarpızıdır. 

Dedi… Yox, ola bilsin ki, biri acı olub. 

Başqasını  daddım,  o  da  zəhrimar  kimi  idi.  Cəhalət  isə  əvvəlki  tək 

yeyir, çox şirindir, deyirdi. Yaxınlaşıb onun yediyi qarpızdan bir az 

ağzıma qoydum. O hamısından acı idi. 

Dedim…  Ay  evi  yıxılmış,  bu  zəhrimarı  necə  yeyirsən?  Üstəlik 

deyirsən ki, şirindir! 

Dedi… Doğru deyirsən. Amma mənim adım Cəhalətdir və Əbu Cəhl 

qarpızı mənim zövqümə görə şirindir, mənə münasibdir. 

Bu  vaxt  gözlənilmədən  bir  it  üstümüzə  cumdu.  İtin  ardınca  əlində 

çomaq bir şəxs, ağzı söyüşlə dolu bizi vurmağa tələsirdi. Cəhalət bir 

göz qırpımında özünü baş yola çatdırdı. Amma mən nə qədər qaçsam 

                                                 

15“Bəqərə” surəsi, ayə 173. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  25 

da, canımı qurtara bilmədim. İt mənə çatdı və mən qorxu içində yerə 

yıxıldım.  İtin  sahibi  özünü  yetirib  mənə  doyunca  çubuq  çəkdi.  Nə 

qədər  fəryad  etdimsə  ki,  mən  qarpız  yeməmişəm,  faydası  olmadı. 

Dedi… Əlini başqasının malına uzadandan sonra onu yeməklə, kəsib 

yerə tökmək arasında fərq yoxdur! 

Sözün qısası, min dəfə can verib, çubuq yeyəndən sonra onun əlindən 

xilas oldum. Özümü yolun ortasına sürüdüm. Ağzımın yaralarından, 

əzalarımın  sınıqlarından,  yorğunluqdan,  susuzluqdan,  eləcə  də 

Hadinin fərağından nalə çəkib ağlayırdım. 

İşini görüb, arzusuna çatmış düşmənim kösöv, məndən aralı oturub, 

gülümsünür, “sənin Hadinin əlindən nə gələr axı!” deyirdi. Davam 

etdi…  Axı  dünyada  əzab-əziyyət  toxumunu  mənimlə  əkmisən. 

Dünya  axirət  üçün  əkinəcək,  axirət  isə  məhsul  götürmə  günüdür. 

Yoxsa  Quranda  oxumamısan  ki,  “hər  kəs  zərrəcə  pislik  etsə,  onu 

görəcək.”?

16

 

 



Aqillərin dediyini eşit… 

İnan kim nə edir, özünə edir, 

Yaxşı səadətə, pis oda gedir. 

 

Məgər bu dəlillər və Quran ayələrinə qarşı Hadinin əlindən nə gələr? 



İnşallah,  o  mənzildə  ki  Hadi  səninlədir,  mən  də  səninləyəm.  Özün 

görəcəksən ki, başına nə bəlalar gələcək və Hadi nəfəsini belə çəkə 

bilməyəcək. Özü sənə demədi ki, günah etdiyin zaman səndən qaçar, 

tövbə  edəndən  sonra  yanına  qayıdardım?!  Peyğəmbər  buyurub… 

“Mömin  möminlik  halında  zina  etməz.”  Özün  de,  Hadi  ilə 

yoldaşlığın faydası nədir? 

Bu məlun nə məlumatlı bəla imiş! Hadinin zikrindən də dayandım. 

Torbamdan  bir  alma  çıxardıb  yedim.  Əlimin  yaraları  sağaldı,  gücə 

gəldim. Qalxıb, yola düşdüm. 

 

 



                                                 

16“Zəlzələ” surəsi, ayə 8. 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə