AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  26 

BEHİŞTİ XATIRLADAN ŞƏHƏRDƏ 

 

İki  yol  ayrıcına  çatdım.  Sağ  tərəfə  gedən  abad  bir  şəhərə  aparırdı. 



Xaraba  bir  kəndə  uzanmış  soldakı  yolu  qoyub,  sağdakını  seçdim. 

Orada yola baxan şəxsə dedim… Arxamca gələn qara, bu gün məni 

çox incidib. Mümkünsə, onu ardımca buraxmayın. 

Dedi…  O  sənin  kölgən  kimi  səndən  ayrılmaz.  Amma  bu  axşam 

səninlə olmayacaq. Onlar sol tərəfdəki xaraba kənddə dayanacaqlar. 

Ola bilsin ki, sonra az incitsinlər. 

Şəhərə daxil oldum. Burada nələr var idi! Ali imarətlər, axar çaylar, 

gözəl  çəmənliklər,  meyvəli  ağaclar,  iti  ağıllı  xidmətçilər,  bəlağətli 

natiqlər,  xoş  nəğmələr,  pak  yeməklər,  dadlı  şərbətlər!  Qorxulu 

biyabanlarda  Cəhalətdən  çəkdiyim  əziyyətlərdən  sonra  bura  əbədi 

behişt kimi görünürdü. Əgər Hadiyə məhəbbət cazibəsi olmasaydı, 

bu şəhərdən çıxmazdım. 

 

Qovağsız bir bucaq, şipşirin bulaq, 



Qəlbi tirək vuran munisi-müşfiq 

Hər zaman olarsa əgər qismətin 

Nə gözəl hədiyyə, nə gözəl tovfiq! 

 

Burada əvvəllər tanıdığım dini elmlər oxuyan tələbələrdən bir neçəsi 



ilə  görüşdüm.  Gecəni  istirahət  edib,  sübh  tezdən  havası  narınc 

gülünün ətrini almış şəhər kənarına çıxdıq. Ötən günün əhvalatlarını 

bir-birimizə  danışırdıq.  Bu  yolun  müsafirləri  həmin  mənzildə  bir-

birlərinin halından xəbər tuturdular. Hərəkət zamanı az olur ki, biri 

o biri ilə rastlaşsın. 

“O  gün onların  hər  birinin  istənilən  qədər  işi  olacaqdır  (başqasının 

halı yada düşməyəcək).”

17

 



Qaraların əlindən qurtulduğumuz üçün şükr edirdik. 

“Allah təala Behişt əhlinin bir-birləri ilə söhbətlərinə aid buyurur… 

onların sözü Allaha həmd və təşəkkür söyləməkdir. Bütün bu əbədi 

                                                 

17“Əbəsə” surəsi, ayə 37. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  27 

nemətlər dünyada qısa müddət ibadət və bəndəlik müqabilində əta 

olunmuşdur.”

18

 



Qısası,  bu  şəhərdə  bütün  hiss  üzvlərimiz  öz  ləzzətli  qidasını  aldı. 

Ləzzətli  xörəklər,  xoş  ətirlər,  gözəl  təsvirlər,  şirin  nəğmələr, 

ağzımızın,  burnumuzun,  gözümüzün,  qulağımızın  qidası  oldu. 

Xəyalımız  nalayiq  düşüncələrdən  uzaq,  qəlbimiz  şad,  lətif  hurilər 

qoynunda! 

“Belə bir gün üçün çalışmaq lazımdır.”

19

 

“Tələsin xeyir işlərə” (həyyə əla xəyril əməl) məzmununda hərəkət 



işarəsi  verildi.  Torbalarımızı  dalımıza  alıb,  yola  düşdük.  İki  yol 

ayrıcına  çatdıq.  Xaraba  kəndin  yolu  da  buraya  birləşirdi. 

Düşmənlərimiz  qara  tüstü  tək  ətrafımızda  göründülər.  Oradakı 

müvəkkildən  soruşdum…  Mümkündürmü  ki,  bu  qaralar  bizimlə 

olmasınlar? 

Dedi…  Bunlar  sizin  heyvani  nəfslərinizdirlər.  Şəhvət  və  qəzəb 

qüvvəsinə  malikdirlər.  Sizdən  ayrılmaları  mümkün  deyil.  Lakin 

onların  rəngləri  müxtəlifdir-xalis  qara,  ağ-qara,  xalis  ağ.  Adları  da 

müxtəlifdir-əmmarə,  ləvvamə,  mütməinnə.  Ağ  mütməinnə  sizin 

üçün çox xeyirlidir və onunla ali dərəcələri fəth edərsiniz. Bu Allahın 

sizə  verdiyi  nemətdir.  Lakin  siz  öz  küfrləriniz  ilə  ondan  məhrum 

olmusunuz.  Nə  iş  görmüsünüzsə,  maddi  dünyada  görmüsünüz. 

Əkdiyiniz toxumları orada əkmisiniz. Bu bahar fəslində böyüyüb boy 

atması sizin ixtiyarınızda deyil. 

“Onu bitirən sizsiniz, yoxsa Biz”?!

20

 



Nalə çəkən özündən çəkir, başqasından yox! 

 

ALLAH TƏKƏBBÜRLÜLƏRİ ALÇALDIR 

 

Qaralar bizə çatdılar və hər kəs öz qarası ilə yola düşdü. Bir-iki nəfər 



öz qarası ilə geridə qaldı, bir-ikisi qabağa düşdü. Bir sözlə, ayrıldıq. 

                                                 

18“Yunus” surəsi, ayə 10. 

19“Saffat” surəsi, ayə 61. 

20“Vaqiə” surəsi, ayə 64. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  28 

Mən də öz qaram ilə gedib bir dağın ətəyinə çatdım. Yol ağır, daş-

kəsəkli idi. Dağ aşağı uzanan dərə isə dərin də olsa, hamar idi. Dərədə 

hava  tutqun  olduğundan, ürəyimdən  keçdi  ki,  dağın  yüksəkliyi  ilə 

gedəm.  Qara  mənə  çatıb,  fikrimi  təsdiq  etdi.  Dedi…  Havanın 

tutqunluğundan savayı dərədə vəhşi heyvanlar, ilanlar da var. Dağın 

başından isə ətrafı seyr edə bilərsən. 

Maddi 


dünyada, 

tələbəlik 

illərində 

yuxarıdan 

getmək, 

yanındakılardan  üstün  olmaq  istərdik.  İndi  də  dağ  yuxarı  getdik. 

Dağın  zirvəsinə  yol  olmadığından  çarəsiz  qalıb,  dağın  arxasına  üz 

tutuduq.  Heç  burada  da  rahat  yol  olmadı.  İki-üç  dəfə  daşlar 

ayağımızın altından qaçdı və yıxıldıq. Bir neçə addım aşağı sürüşdük, 

az qaldıq ki, dərəyə düşək. Tikanlardan, daşlardan yapışıb özümüzü 

saxladıq. Əlimiz, ayağımız, kürəyimiz yaralandı. Burnum daşa dəyib 

sındı. Qarama dedim… Əcəb tamaşa, səyahət oldu! Kaş dərənin içi 

ilə gedərdik. 

O mənə gülüb dedi… Dünyada təkəbbürlü olanı Allah alçaldar. Hər 

kəs üstünlük, ucalıq axtarsa, burnu torpağa sütülər. 

“Öz cəzanı çək, çünki sən dünyada izzət, üstünlük tələbində idin!”

21

 

Çətinliklə də olsa, bu tordan xilas oldum. Amma bədənim yaralandı, 



ürəyim  dərdlə  doldu.  Bizdən  qabaqda  gedən  biçarə  sıldırımdan 

yıxılıb, dərəyə düşdü. Naləsi göyə ucaldı. Qarası arxasınca gülürdü. 

O, yerindəcə qaldı. 

Çoxlu məşəqqət və çətinliklərdən sonra hamar yola çatdıq. Başqa bir 

müşkülüm  olmadı.  Yalnız  yorğunluq,  susuzluq,  yaraların  sızıltısı! 

Qaram dəfələrlə sübut gətirib, məni yoldan çıxartmaq istədi. Könlüm 

istəsə də, qulaq asmadım. Ona itaət etmədiyimi görüb, arxada qaldı. 

 

QURAN ƏMRLƏRİ HƏR İKİ ALƏMƏ AİDDİR 

 

Bu minvalla bir bağa çatdıq. Yolumuz bağdan keçirdi. Bir neçə nəfər 



hovuz  kənarında  oturmuşdu.  Qarşılarında  meyvələr  var  idi.  Məni 

görüb ehtiram göstərdilər. İstədilər ki, oturub, meyvələrdən yeyəm. 

                                                 

21“Düxan” surəsi, ayə 45. 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə