Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə1/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
  1   2   3   4   5   6   7   8   9   ...   42


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   1
ЯХЛАГ
САЙЯСИНДЯ
САЬЛАМ
ЩЯЙАТ
Айятуллащ ял-цзма Насир
Мякарим Ширази


2                                                                          Яхлаг сайясиндя саьлам щяйат 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   3
БИСМИЛЛАЩИР-
РЯЩМАНИР-
РЯЩИМ


4                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Azərbaycan Respublikası Dini Qurumlar İş Üzrə Dövlət 
Komitəsi DK ***/Y saylı 6 may 2013-cü il tarixli məktubu 
ilə kitabın çap olunmasına razılıq verilmişdir.
Kitabın bütün çap hüquqları qorunur
Kitabın adı: Əxlaq sayəsində sağlam həyat
Müəllif: Ayətullah əl-üzma Nasir Məkarim Şirazi
Tərcümə edən: Rza Şükürlü
Ədəbi redaktor: Elmar Rəhimli


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   5
ÖN SÖZ
Biz bu sətirlərdə nəyi arayırıq?
Dünyada çıxılmaz vəziyyətlə üzləşənlərin, zülm, haqsızlıq, 
təcavüz, müharibə  və cinayətlərə  məruz qalanların ah-naləsi, 
ailə ocaqlarının dağılması bu həqiqətə canlı  şahiddir: Zahirən, 
haçandan bəri insanların islah və rifahı  uğrunda irəli sürülən 
qanun və ideyalar artıq kiməsə ideal həyat bağışlamağa qadir deyil 
və bundan sonra da onlara ümid bağlamaq olmaz. Hələ də bilmirik 
ki, haçana qədər bu qanun və üsulları  sınaqdan keçirməliyik. 
Onların öz carçılarını belə himayə edə bilmədiyini gördüyümüz 
halda, başqalarının dərdinə çarə haqda danışmağımız yersizdir! 
Bu qanunlar dərin quyuları xatırladır ki, bəzən yerin altındakı 
böyük daşları sındırsaq da, məqsədə çatmayıb, özümüzü zəhmətə 
salmış, su da əldə etməmişik!
Hər  şeydən  əvvəl, qoyulan hər hansı qanunun eyib və 
nöqsanını axtarmalı, sonra isə həlli haqda fikirləşməliyik. Adətən, 
bir çox qanunlar xarici istifadə yönünə və tam səthi təsirə malik 
dərmanlara bənzədiyindən zəhmət, səy və batini təkanların 
mənşəyi olan insanlıq vicdanının dərinliyinə bir addım belə 
yaxınlaşmır, daxili istedad və qüvvələrini dirçəltmir, dərdinin 
köklərini qıra bilmir. Hansı qanun sərvətlərini pişiklərə vəsiyyət 
edərək milyoner pişiklər kəndi yaradan dünya sahibkarlarını 
ağıla gətirir, onlara insanlıq  şəfqəti bağışlayır?! Hansı qanun 
bəşəriyyəti yoxsul təbəqələrin himayəsinə  dəvət edir?! Hansı 
qanun boyunlarını qiyməti məlum olmayan ləl-cavahiratla 
bəzəyənlərdə, evinin yalnız bir otağını neçə milyon məbləğli 


6                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
albomlarla zinətləndirənlərdə insansevərlik ruhunu aşılayır, 
onları milyonlarla ağır xəstənin nicatı üçün səsləyir? Görəsən, 
onların ruh və canına yeriyəcək, onlarda azacıq dəyişiklik yarada 
biləcək bir qanun varmı? Aydındır ki, cavab mənfidir və mövcud 
qanunlar buna qadir deyil.
Belə bir vaxtda “əxlaq”ın (ilahi-fitri vicdan) zərurəti tam 
aydınlaşır, onun prinsipləri güclü dalğalar kimi, hər maneni 
arxada qoyur, fəzaları belə ötüb keçir, insanın daxilinə yol tapır, 
onu tamamilə  dəyişdirərək həqiqi mənada yüksək səciyyəvi 
xüsusiyyətlərə malik yeni bir şəxs düzəldir, onu elə bir kəsə çevirir 
ki, özünü başqalarının qəm-kədərinə şərik bilir, özü və başqalarının 
mənafeyinə bir gözlə baxır, öz rahatlığını artıq başqalarının 
narahatlığında axtarmır, onun genişüfüqlü fikri nəfsindən coşan 
hiddətlərə, haqsızlıqlara, təcavüzlərə, kin-küdurətlərə və qisaslara 
son qoyur, başqaları ilə yekdillik yaradaraq xeyir və bərəkəti artırır.
“Əxlaq”ı vicdanlarda diriltməyi özünə borc bilən qarşınızdakı 
bu kitab məhz həmin məqsədi izləyir və  İslamın dəyərli 
mənbələrindən qaynaqlanır.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   7
ƏXLAQ VƏ TƏRBİYƏ
Görəsən, insanların əxlaq və davranışları tərbiyə ilə 
dəyişilə bilərmi?
Bu sual “əxlaq”a hansı cəhətdən baxışla aydınlaşır. 
Çünki insanların əxlaq və mənəviyyatının bir sıra cismi 
və ruhi parametrlərə mexaniki tabe olduğunu qəbul 
etsək, onda “əxlaq” səmərəsiz bir şey, onun dəyişildiyini 
qəbul etdikdə isə, bu zaman onun əhəmiyyət və 
dəyəri çox gözəl aydın olacaq. Bəzi alimlər birinci 
ehtimalı  qəbul edərək demişlər ki, bağbanın zəhməti 
acımeyvəli ağacın mahiyyətini dəyişmədiyi kimi, pis 
və çirkin insanların batini də “tərbiyə” ilə  dəyişilmir 
və əgər dəyişilsə də, çox səthi olub tez də ilk vəziyyətə 
qayıdır. Onların  əqidəsinə görə, cisim və ruhun 
“əxlaq”la (rəftar) yaxın rabitəsi vardır və həqiqətdə hər 
kəsin  əxlaqı cismi-ruhi vəziyyətinə bağlı olduğundan 
dəyişmir. Onlar öz müddəalarını sübut etmək üçün 
“Ən-nasu məadinu kə-məadiniz-zəhəbi vəl-fizzə!” 
(İnsanlar qızıl və gümüş mədənlərinə bənzəyirlər!)
1
 – kimi 
1 . “Biharul-ənvar”, 61-ci cild, səh.65, hədis: 51. Onların bu kimi 
hədisləri  əsas götürmələri heç də o demək deyildir ki, belə  hədislərin 
yalnız bir mənası vardır. Bu isə sadəcə olaraq onların belə qavradığını 
göstərir.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə