Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
  1   2   3   4   5   6   7   8   9   ...   43


 

 



AYDIN HACIYEV 

 

 



 

 

 



 

 

 



 

 

QARS VƏ ARAZ-TÜRK      

RESPUBLİKALARININ 

TARİXİNDƏ 

 

 

 



 

 

 



 

 

 



 

AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI 

BAKI – 1994. 

 

 




 

 



 

Rəyçi tarix elmləri doktoru, professor Pərvin Darabadi 

Redaktoru Sədaqət Cabbarova 

Rəssamı Girman Abdinov 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



©Azərnəşr, 1994 

 

 


 

Ön söz 



 

On  illərlə  davam  edən  siyasi,  əxlaqi  və  mənəvi  depressiyanın  tutqun 

zolağından,  Azərbaycan  xalqının  tarixi  fəaliyyətinin  bütöv  dövrlərinin 

unutdurulmasına,  bu  və  ya  digər  “rəhbərin”  siyasətinə,  unitar  sovet  dövlətinin 

əsaslarının möhkəmlənməsinə, xalqların tarixi yaddaşının itirilməsinə xidmət edən 

tarixi  konsepsiyaların  formalaşmasında  bayağı,  açıq  volyuntarizm  səylərindən 

sonra  Azərbaycanın  dövlət  müstəqilliyi  qazandığı  bir  şəraitdə  tarix  elmi  çox 

mürəkkəb vəziyyətə  düşmüşdür. Xalqların və  dövlətlərin tarixindəki elə  hadisələr 

açılır  ki,  son  70  ildə  bunlar  ya  gizlədilmiş,  ya  da  yanlış  şərh  edilmişdir.  Bunun 

nəticəsində də keçmişin tarixi hadisələri haqqında bir çox təsəvvürlər dağılır. Elmi 

dövriyyəyə indiyədək məlum olmayan  sənəd və faktlar, yaddan çıxmış adlar daxil 

olur.  İnda  cəmiyyətimiz  tarixin  tənqidi  sürətdə  yenidən  dərk  edilməsi  dövrünü 

yaşayır və bu prosesdə ilk növbədə tarixi faktların obyektiv qiymətləndirilməsinə, 

düzgün, məntiqi nəticəyə gəlməyə mane olan ehkam və stereotipləri kənara atmaq, 

keçmiş  səhvlərdən  öyrənərək  cəmiyyətin  hazırkı  inkişaf  dövrünün  bir  çox 

mürəkkəb problemlərinin həllini tapmaq lazımdır. 

Bütövlükdə  tarixi  prosesləri  təbii  proseslərlə  müqayisə  etmək  olar. 

Təbiətdə həşəratlar bir neçə saat, bəzi heyvanlar  əsrlərlə yaşadığı kimi, tarixdə də 

xalqları  əsarətdə  saxlayan  çoxəsrlik  imperiyalarla  yanaşı  mövcudluğu  cəmisi  bir 

neçə  ay  çəkmiş  dövlətlər  də  olmuşdur.  Sonunculara  Qars  və  Araz-Türk 

respublikalarını,  onların  qısa,  lakin  qəhrəmanlıqla  dolu  tarixlərini  də  aid  etmək 

olar. 


Biz  bu  və  insan  tarixindəki  buna  bənzər  paradoksları  şişirtmək  fikrindən 

uzağıq, axı qədim Roma filosofu Seneka Lütsi Anneyin dediyi kimi “Vətəni böyük 

olduğuna  görə  yox,  özününkü  olduğuna  görə  sevirlər”.  Xalqdan  onun  tarixinin 

gizlədilmiş  səhifələrini  yenidən  oxumaq,  xalqın  ən  yaxşı  oğullarının  nəcib 

arzularını  müasirlərimizə  çatdırmaq  hər  tarixçinin,  hər  vətəndaşın,  qəhrəman, 

əzabkeş və alicənab xalqımızın hər bir nümayəndəsinin borcudur. 

Oktyabr  çevrilişindən  sonra  Rusiya  imperiyasının  bütün  xalqlarına 

bolşevik  partiyasının  milli  məsələ  üzrə  proqram  tələblərinə  uyğun  olaraq  rəsmi 

surətdə  müxtəlif  milli  azadlıqlar  elan  edildi.  1917-ci  ilin  noyabrında  Lenin 

tərəfindən  imzalanan  “Rusiya  xalqlarının  hüqüq  bəyannaməsi”ndə  deyilirdi:    “a) 

Rusiya xalqlarının bərabərliyi və suverenliyi;  b) ayrılıb müstəqil dövlət yaratmağa 

qədər öz müqəddəratını azad təyin etmək hüququ; c) hər cür və hər hansı və dini-

milli  üstünlük  və  məhdudiyyətlərin  ləğvi;  d)  Rusiya  ərazisində  yaşayan  milli 

azlıqların  və etnoqrafik qrupların azad inkişafı”. 

Lakin keçmiş Rusiya imperiyasının ərazisində milli sahədəki dəyişikliklər 

prosesini  nəzərdən  keçirsək,  böyük  təəssüf  hissilə  qeyd  etməliyik  ki,  imperiyanın 

milli  ucqarlarının  xalqlarının  heç  də  hamısına  bu  azadlıqlardan  istifadə  etmək 

müyəssər  olmamışdır  və  bu  heç  də  həmişə  obyektiv  amillərdən  asılı  deyildi. 




 

Məzlum  xalqların  milli  dirçəliş  gəmilərinin  toxunduğu  sualtı  qayalıqlar  bir  halda 



müəyyən qüvvələrin köməyilə dəf edilir, digər halda məhz elə o qüvvələrin iştirakı 

ilə süquta uğrayırdı. Qars və Araz-Türk respublikaları da elə dövlət təşkilatı idilər 

ki, onların qismətinə süqut olunmaq düşmüşdü. 

Dünyagörüşlərinin  ümumi  plüralizm  fonunda  oxucuya  öz  nəticələrini 

qəbul etdirmək, əvvəlcədən hazırlanmış əhatəli xülasəni onun diqqətinə çatdırmaq 

istəməzdik, biz tərəfdən bu nəzakətsizlik olardı. Buna  görə də Qars və Araz-Türk 

respublikalarının  faciəli  talelərinin  səbəbləri,  bu  tarixdən  tarixi  ibrət  almağın 

zəruliliyi haqqında təsəvvürlərimizi oxucunun ixtiyarına veririk. 

Biz oxucumuzun biliyinin dərinliyinə və analitik təfəkkürünün genişliyinə 

ümid edirik, zira hələ e. ə. IV əsrdə Afina dövlət xadimi və natiq  Likurt Leokrata 

qarşı nitqində demişdi: “Allahların adama qəzəbi tutanda, əvvəlcə onun ağlını alır 

və fikirlərini yanlış istiqamətə yönəldirlər ki, o öz səhvlərini dərk eləsin”.   

 

 

 




 

QARS RESPUBLİKALARININ 



YARANMASI VƏ SÜQUTU 

 

Möhkəm,  sarsılmaz  görünən  tarixi  ehkamçılıq,  bir  çox  tarixi  faktların 

uzun  müddət  və  inadla  saxtalaşdırılması  sədlərini  keçərək  bizə  doğru  axan  tarixi 

həqiqət  seli  şəraitində  ən  geniş  yayılmış  yanlış  fikir  budur  ki,  real  fakt  müəyyən 

müstəqil  qiymətə  malikdir  və  bu  qiymət  faktın  təfsirindən  asılı  deyildir.  Cənub-

Qərbi  Qafqaz  Demokratik  Respublikasının  ziddiyətli,  qəribə  və  bununla  birlikdə 

faciləli taleyi bu fikri təkzib edir. 

Böyük olmayan bir respublikanın tarixi publisistik daqerrotiplər sxeminə 

sığışmayır. Şübhəsiz ki, əvvəllər tarixdən silinmiş hadisələrin yalnız nağıl  edilməsi 

öz-özlüyündə vacibdir, lakin bu hadisələr digərlərilə əlaqələndirilməsə, dövr, bütün 

iştirakçılarla  birgə  tarixi  dramın  bütün  prosesləri  təsvir  edilməsə  onları  qəlbin 

bütün  dərinliklərinə  qədər  dərk  etmək,  köklərini,  bu  və  ya  digər  hərəkətlərin 

təbiətini anlamaq mümkün deyildir. 

Bəzən bu respublikanı Qars - onun siyasi mərkəzinin – möhkəm qalanın, 

bütün  Rusiya-Türkiyə  müharibələrində  əsəs  rol  oynaması  ilə  oxucuya  yaxşı  tanış 

olan  qalanın  adı  ilə  adlandırırlar.  Bu  qalanın  divarları  önündə  hər  iki  xalqın  

mətinliyini,  qüvvəsini,  qələbə  əzmini,  milli  ruhunun  və  müdrikliyinin  dərinliyini 

təcəssüm  etdirən,  həm  bu,  həm  də  digər  tərəfin  sərkərdə  zəkalarının  böyük  hərbi 

vuruşları baş vermişdi. 

Bu  münasibətlə  A.S  Puşkinin  Qars  qalası  üçün  səciyyəvi  olan  sətirləri 

vardır:  “Dağlarla  əhatə  olunmuş  geniş  bir  dərə  ilə  gedirdim.  Bir  azdan  sonra  bu 

dağlardan  birinin  üstündə  ağarmaqda  olan  Qarsı  gördüm...  Keçilməz  bir  qayanın 

üstündə  tikilmiş  istehkam  və  qala  divarlarını  gözdən  keçirtdiyim  zaman,  bizim 

Qarsı necə işğal edə bildiyimizə heyran qaldım” (A. S. Puşkin. Əsərləri, 4-cü cild, 

Bakı, Azərnəşr, 1949. Səh 442-443). 

Lakin  zaman  dəyişir,  bu  da  siyasətin,  strateji  məqsədlərin  dəyişməsinə 

təsir  edirdi  və  1917-ci  ildə  dağılmış  Rusiya  imperiyası  fonunda  Qars  qalasının 

qaytarılması  Türkiyə  üçün  problematik  məsələ  deyildi.  Qafqazda  fəal  hücum 

əməliyyatları keçirən Türkiyə qoşunları 1918-ci il martın 12-də Ərzurumu tutdular 

və tezliklə Rusiya-Türkiyənin 1914-cü ildəki sərhədinə çıxdılar. 

Məlumdur  ki,  türk  qoşunlarının  bu  müvəffəqiyyətli  hərbi  əməliyyatları 

Türkiyənin  Üçlər  İttifaqı  üzrə  müttəfiqi  –  Almaniyanın  Ukraynadakı  uğurları  ilə 

birlikdə  Sovet  Rusiyası  üçün  son  dərəcə  ağır  şərait  yaratdı  ki,  Rusiyanın  da  onun 

üçün  əlverişli  olmayan  Brest-Litovsk  müqaviləsini  bağlamaqdan  başqa  çarəsi 

qalmadı. 

Brest danışıqlarında Türkiyə tərəfi böyük vəzir Tələt paşa, marşal Əhməd 

İzzət  paşa  və  görkəmli  diplomat  Əhməd  Nazim  bəy  təmsil  edirdi.  Diplomatik 

döyüşlərin nəticələri Almaniya tərəfinin bütün ümid və niyyətlərindən üstün oldu. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə