Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə1/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
  1   2   3   4   5   6   7   8   9   ...   64



 
Aydın Dadaşov 
 
 
 
 
 
 
 
 
 
 
 
MƏHƏMMƏD HƏSƏN 
 
HACINSKİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – BDU-nun nəşriyyatı – 2004 



 
Elmi redaktor:  Tarix elmləri doktoru 
                           professor Tofiq VƏLİYEV 
 
Rəyçilər:            tarix elmləri doktoru
                           professor Seyidağa ONULLAHİ 
                           tarix elmləri doktoru ADİL MƏMMƏDOV 
                           tarix elmləri doktoru Xəlil KÖÇƏRLİ 
 
 
 
 
 
 
Aydın DADAŞOV 
Məhəmməd Həsən Hacınski 
Bakı, BDU-nun nəşriyyatı, 2004. 
 
 
 
 
 
 
 
 
A 5030209070 – 20 
    M – 658 (07) – 054 
    054 – 2004 
 
 
 
 
 
BDU-nun nəşriyyatı 2004 



 
MÜƏLLİFDƏN 
 
Ötən  əsrin  birinci  yarısında  Bakıda  üç  məşhur  Hacınski  nəsli  vardı.  Neft 
milyonçusu, mədənləri və kerosin zavodları, Qız qalasının qarşısında gözəl mülkü 
olan,  1896-cı  ildən  20  il  müddətinə  Şəhər  Dumasının  üzvü  seçilmiş,  Balaxanski 
(Füzuli) küçəsində yerləşən (F.Əfəndiyev adına xəstəxananın binası) imperator III 
Aleksandr  kişi  gimnaziyasının  hamisi  İsa  bəy  Hacınski  (1861-1919),  Şillerin 
“Qaçaqlar”  pyesini  Azərbaycan  dilinə  tərcümə  etmiş  və  səhnəmizdə  Karl  Moor 
(“Qaçaqlar”),  Nadir  şah  (Nərimanov  “Nadir  şah”)  kimi  obrazlar  yaratmış, 
“Tərcüman”, “Kaspi”, “İqbal”, “İrşad” qəzetlərində, “Zənbur”, “Molla Nəsrəddin” 
jurnallarında teatr məqalələri çap etdirmiş, Cümhuriyyət dövründə parlament üzvü 
olmuş  Mehdi  bəy  Hacınski  (1887-1942),  onun  qardaşı,  Sankt-Peterburq 
Universitetini bitirmiş (1912) Qubalı imzası ilə publisistika və teatr tənqidinə dair 
məqalələr yazmış Camo bəy Hacınski (1887-1942) və nəhayət, maarifçi-demokrat, 
ictimai xadim Məhəmməd Həsən Hacınski.  
Hələ  səksəninci  illərin  ortalarında  M.H.Hacınskinin  ailəsilə  mənim  ilk 
tanışlığımın  səbəbkarı  onun  həyat  yoldaşı  Səadət  xanımın  əmisi  oğlu, 
kinostudiyada  hamının  Aqusya  dayı  deyə  çağırdığı  səs  rejissoru  Ağahüseyn 
Kərimov  olmuşdu.  Aqusya  dayının  həyat  yoldaşı  Zeynəb  xanım  Kazımova 
tanınmış  kinorejissor  idi.    Əvvəlki  ailəsində  yeganə  qızı  on  yaşında  polimelitdən 
dünyasını  dəyişdikdən  sonra  övladları  olmasa  da,  bu  insanlar  hər  kəsə,  xüsusilə 
cavanlara öz doğmaları kimi münasibət göstərirdilər. Hacınskilər haqqında sənədli 
film  ssenarisi  yazmağı  da  mənə  məhz  Aqusya  dayı  məsləhət  görmüşdü.  Artıq 
üzərində  işlədiyim  ssenaridə  Tiflis,  Semi-Palatinski,    Moskva,  Berlin  şəhərlərilə 
yanaşı,  Aqusya  dayının  və  Səadət  xanımın  babası  molla  Talıbın  köçüb  ömrünün 
sonuna  qədər  yaşadığı  Hayfa  şəhəri  də  vardı.  İş  burasındadır  ki,  XIX  əsrin 
sonlarından  Bakıda  da  meydana  çıxan  Bəhayi  dini-siyasi  fəallarından  olan  Molla 
Talıb  müsəlmanların  təzyiqilə  Bəhayi  mərkəzinin  yerləşdiyi  Hayfaya  köçməyə 
məcbur  olmuşdu.  Aralıq  dənizində  yerləşən  eynən  bizim  şəhərə  bənzəyən 
Hayfadakı  çəkilişlərdə  babasının  qəbrini  tapıb  ziyarət  edəcəyinə  ümid  bəsləyən 
Aqusya dayı artıq filmin musiqisini də tapıb yığmışdı. Ssenari yazılıb hazır olmasa 
da,  müxtəlif  səbəblər  ucbatından  ezamiyyətlər  baş  tutmadığından  filmi  Bakıda 
çəkməklə  kifayətləndik.  Hacınskilər  ailəsinin  övladları  Muxtar,  Minurə  və 
Leylanın  atasının  tikdiyi,  doğulub  böyüdükləri  mülkə  buradakı  mənzillərin  yeni 
sahibləri  tərəfindən  buraxılmamaları  filmin  ən  dramaturji  epizodu  oldu.  Sonrakı 
dövrlərdə  özümdən  asılı  olmayaraq  bu  ailə  ilə  bağlı  faktları  və  hadisələri 
toplamağa çalışdım. 
Qeyd  edək  ki,  sənədlərlə  tanış  olduqca  çar  Rusiyası,  ADR  və  Sovet 
dövründə  yüksək  vəzifəli  dövlət  məmuru  olmuş  M.H.Hacınskinin  halallığı  önə 



 
çəkməklə yanaşı, daim öz xalqına sədaqətini qoruması təsdiq olunur. Bununla belə 
nədənsə M.H.Hacınskiyə qarşı müxtəlif dövrlərdə bir çox mütəxəssislər tərəfindən 
ziddiyyətli  münasibətlər  meydana  çıxmışdı.  Sovet  hakimiyyəti  illərində  onu 
müsavatçı, xalq düşməni kimi damğalamışdılar. Keçid və  müstəqillik dövrlərində 
isə  Cümhuriyyət  yaradıcıları  haqqında  əsərlər  yazılsa  da,  M.H.Hacınski  sovet 
illərində  yüksək  vəzifə  tutmuş  şəxs  kimi  diqqətdən  kənarda  qalmışdı.  Fakt  və 
sənədlərlə tanışlıqdan sonra bu şəxsin vətəni, xalqı yolunda gördüyü işlərin həqiqi 
mənzərəsi  gözümüz  önündə  canlanır.  M.F.Axundovun  yaratdığı  maarifçi-
demokratiya məktəbinin ideyalarını öz işi və əməllərilə həyata keçirən Məhəmməd 
Həsən  Hacınski  bir  an  belə  bu  yoldan  sapınmamışdır.  Yaxın  tariximizin  dəyişkən 
mərhələlərində  müxtəlif  rakurslardan  dəyərləndirilmiş  M.H.Hacınskinin  həyat  və 
fəaliyyətini  maarifçilik  və  demokratiya  kontekstində  işıqlandıraraq  oxuculara 
təqdim etməyi özümə borc bildim. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə