Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

21 
 
verilmədiyini, ayda bir dəfə tumarlanmadığını,  həmişə belində bir ağır palan,  yük 
altında  olduğunu  qeyd  edərək  mətləbə  keçir:  “Müsəlman  tayfası  indiyədək 
yabılıqda olub nə maarif arpasından və nə təməddün bir (mədəniyyət) samanından 
və nə tərəqqi otundan ona qarnı dolusu indiyədək verilməyib. Hər vəqt istəyiblər ki, 
köhlənlər  yediyi  axura  bu  da  bir  ağzını  uzatsın,  o  saat  başından  dəyənək  dəyib: 
Pobedonostsev,  İlminski,  Çirivanski,  İqnatyev  və  bizim  rəfiq  Levitski  tək 
dəyənəklər həmişə bu yabıların təpəsinin üstündə olub. Üç yüz il bu növ yabılıqla 
qalıb,  indi  özümüz  isə  yabıxasiyyət  olmuşuq.  Yabının  xasiyyətinin  biri  budur: 
görürsən  bir  yabını  bir  neçə  gün  tövlədə  bəsləyib  saxlayandan  sonra  ki,  havaya 
çıxartdın, yabı başlayır yerlə, göylə əlləşməyə. Bir növ özünü çəkir və bir növ nərə 
çəkib  qışqırır  ki,  bir  köhlənə  müyəssər  olmaya”  (27.səh.360).  Göründüyü  kimi, 
xalqını  tükənməz  bir  məhəbbətlə  sevən  müəllif  zahirən  guya  onu  ələ  salıb  təhqir 
etməklə  əslində  qlobal  problemləri  üzə  çıxarır.  Hüquqlarına  edilən  təcavüzün 
ünvanını  belə  göstərən  Ə.Haqverdiyev  ətalətə  sürüklənən  xalqın  maarifdən  uzaq 
düşməsindən  yana-yana  bəhs  edir.  Xeyriyyə  cəmiyyətləri,  nəşriyyat  və  xüsusən 
qəzet  işlərinin  yarımçıq  qaldığından  gileylənir:  “Qızğın  iş  görürük,  iştə  nitqlər 
söyləyirik. Sair şəhərlərdən pud-pud nəsr və şerlə təbriklər gəlir. Qəzet bir il ya altı 
ay gedir.  Axırda ya “Təkamül” tək bağlanır və ya müdiri  
qapı-qapı 
düşüb 
müştəri yığır. Bizim də bədənimiz köpüklənib, bir növ yabılığımız sübut olur... Bir 
az  da  “Nicat”  cəmiyyəti-xeyriyyəsindən  danışaq.  Bu  cəmiyyət  açılan  vəqq, 
həmçinin  cəmaət  çox  hummət  göstərib.  Min  manatlar,  beş  yüz  manatlar  və  yüz 
manatlar  yağış  tək  yağıb.  Amma  indi  bir  il  tamam  olmamış  orada  da  yabılıq 
göstərdik”  (27.səh.361).  Tənqidi  realizm  üslubunu  qoruyan  müəllif  məqalənin 
sonunda: “Bir dürüst fikir edin yabı olmaq insan sifəti deyil!” (27.səh.361) sözləri 
ilə oxuculara müraciət edir. 
Maarifçilik  ideyalarının  həyata  keçirilməsində  müstəsna  rol  oynayan 
xeyriyyə cəmiyyətlərinin yaradılmasının gecikdirilməsi H.Zərdabini narahat edirdi. 
25  noyabr  1905-ci  il  “Həyat”  qəzetinin  107-ci  sayındakı  “Bəs  biz  haçan 
ayrılacağıq?”  sualı  ilə  bitən  “Cəmiyyəti-xeyriyyə  binası”  məqaləsində  H.Zərdabi 
yazırdı: “...Bizim elm zəmanəmizdə heç bir millət yoxdur ki, onun nəinki bir, hətta 
bir neçə cəmiyyəti-xeyriyyəsi olmasın. Və onlar on və dəxi illər artıqdır ki, xeyirli 
işlər  görməklə  məşğuldurlar”  (91.səh.209).  17  oktyabr  1905-ci  ildə  çarın 
manifestində vəd edilmiş söz və mətbuat azadlığı əsasında dövlət dumasının tərtib 
etdiyi  qanun  layihələrinə  ümid  bəsləyən  ziyalılarımızın  xeyriyyə  cəmiyyətləri 
açmaqda əsas məqsədlərindən biri də mətbuatı dövlətin şaquli idarəçiliyindən azad 
edib ictimaiyyətin üfüqi müstəvisinə keçirmək idi. 
“Füyuzat”ın 1906-cı il 3-cü sayındakı “Şüunat” məqaləsində Ə.Hüseynzadə 
maddi  və  mənəvi  problemlər  içərisində  çabalayan  xalqın  halına  acıyan  qələm 
əhlinə öz rəğbətini bildirirdi.  “Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl uyezdlərindəki 


22 
 
öz  aclarımızı  da  unutmamalıyız.  Bunlara  imdad  üçün  “İrşad”da  Əhməd  bəy 
Ağayevin,  “Kaspi”  sütunlarında  Qarabəy  Qarabəyovun  fəryadları  kainatları 
titrədiyor... Lakin insanlar sadə maddi aclıqlar üçün fəryad etmiyorlar. Bir tərəfdən 
də  mənəvi  aclıqlar  başlıyor”  (34.səh.75)  –  deyən  Ə.Hüseynzadə  çarizmin  milli 
qırğın siyasətini qəti şəkildə pisləməklə yanaşı, mənəvi aclıqdan doğan maarifçilik 
tələbatını da önə çəkirdi. 
“Füyuzat”ın  1906-cı  il  5-ci  sayındakı  “Qırmızı  qaranlıqlar  içində  yaşıl 
işıqlar”  məqaləsində  də  Ə.Hüseynzadə  məhz  Qarabəyova  istinad  edərək  yazır: 
“Doktor  Qarabəy  Qarabəyovun  daşnaksütunçulara  və  bilxassə  Q.X.  cənablarına 
“Kaspi”  sütunlarında  verdiyi  cavablarda  olduğu  kimi  “Biz  özümüz  bir  yol  bulub 
gedəcəyiz. Bizim başqaları ilə büğz və ədavətimiz yoxdur. Bizim özümüzə məxsus 
daha  layiq,  daha  şanlı  bir  vəzifeyi-mücahidəmiz  vardır  ki,  o  vəzifə  də  zülməti 
qəflətdə bulunan külliyatı-avam arasında nuri-maarifi əkməkdir” (34.səh.85). 
Maarif işığını yayan jurnalistlər və tədricən sağlam biznes faktoru üzərində 
qərar  tutan,  qərbin  kommersiya  modelinə,  informasiya,  maarif,  əyləncə 
prinsiplərinə  uyğun  gündəlik  qəzetlər  yaratdılar  ki,  onlardan  biri  də  rus  dilində 
çıxan “Kaspi” idi.  
26 iyun 1908-ci il tarixli  “Tazə həyat” qəzetinin 145-ci  sayında  Nəcəf bəy 
Vəzirov “Bir amerikalının sualına cavab” məqaləsində müəllif imzası kimi istifadə 
etdiyi  “Dərviş”in  dilindən  yazır:  “Mən  nə  edim,  aşkar  gördüm  ki,  vətənim,  gözəl 
vətənim İran məhv olur. İndiyədək padşahlarımız eyş-işrətlə məşğul olur, bilmərrə 
bədbəxt vilayəti atıblar. Cəlladlar əlində günü-gündən zillətdə, axırın bu hala düşüb 
mənim  yazıq vətənim, biçiz vətənim!... Bizlərdə əgər insaf,  mürüvvət olmuş olsa, 
daşürəkli  gərək  olmuş  olaq  ki,  belə  müsibətə  qan  ağlamıyaq...  Bir  yerdə  ki,  qırx 
gün  ulaq  üstə  Tehrana  kömür  gələr,  bir  vilayətdə  ki,  hər  şeydə  möhtac  olasan 
əcnəbi  tayfalarına,  qazanc  yeri  bir  kişmiş  ola,  bir  düyü;  əlbəttə,  əcnəbilər  qanın 
içəcəklər, günü-gündən müflis, günü-gündən məzlum, yazıq vətən!...” (87.səh.372). 
4  aprel  1917-ci  il  tarixli  “Açıq  söz”  qəzetinin  441-ci  sayında  Nəcəf  bəy 
Vəzirov  “Getsin  gəlməsin”  məqaləsində  çarizmin  işğalçı  siyasətinə  yenidən  nəzər 
yetirir:  “Zəmani  ki,  yerlərimiz  işğal  olundu,  əski  idarə  tərəfindən  əvvəl  təşrif 
gətirən “komendant” cənabları oldu. Bu cənab bir neçə müddət basdı, kəsdi, asdı... 
Sonra təşrif gətirdilər ağa “murovlar” ... Bu ağalar hərəsi öz mahalında dövr etdilər. 
Bu kənddən o kəndə, o kənddən bu kəndə ...Nazirin nar çubuğu “rozği” ...Qulluği-
şərəflərində  dilmancı.  Katibi  və  dəftərxana  əmələsi.  Hesabsız  çaparlar  və 
çaparbəyi... Hər mənzildə  pişəzvəqt sursat  yığılmaqda. On rəs qoyun, bir rəs  kök 
dügə,  iki  pud  soğan,  on  girvəngə  duz,  bir  pud  yağ,  çörək  nə  qədər  lazım  olsa... 
Atlar üçün arpa, saman, ot... Hamısı yazıq camaatdan... Sursat az olmaq üçün bir 
az  da  cib  xərcliyi  qabaqcan  təşrif  gətirən  cənab  çaparbəgiyə...  Bunlardan  sonra 
təşrif  gətirdilər  ağa  pristavlar,  “strajniklər”,  “qaradovoylar”...  Qaradovoylardan 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə