Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

23 
 
qorxduq, pristavların qabağında titrədik, dilimiz tutuldu, nitqimiz olmadı dərdimizi 
söyləməyə...  Getsin  gəlməsin,  xudaya!  Hər  nə  qazandıq,  qopardılar...  Əl  atdılar 
torpağımıza.  Saldılar  bizi  cəhalət  dəryasına.  Əlimizdə  olan  mədəniyyət  yavaş-
yavaş  puç  oldu...  Axırı  qəsd  etdilər  dilimizi,  dinimizi  batırsınlar...  Cəlladlarımız 
bizi  axır  nəfəsə  yetirdilər...  Getsin  gəlməsin,  xudaya!...”    Rusiyada  baş  vermiş 
fevral  inqilabından  ruhlanan  müəllif:  “Şükürlər  olsun,  xudaya.  O  zalım,  birəhm 
idarə cəhənnəmə vasil oldu... Düşdü Bakının neft quyusuna... Dalınca qənbər atız, 
hərc-mərc olsun...” – deyə irtica dövrünün bir daha təkrarlanmayacağına inanmaqla 
bərabər,  istiqlal  ideyalarının  formalaşmasında  müstəsna  rol  oynamış  “Açıq  söz” 
kimi  mütərəqqi  qəzetin  ruhuna  uyğun:  “Yaşasın  hürriyyət,  yaşasın  müsavat, 
yaşasın  yeni  hökumət”  (87.səh.387-388)  şüarı  ilə  fikrini  bitirir.  İmperiyada  baş 
verən  hakimiyyət  böhranı  müvəqqəti  olaraq  Qafqazda  Rusiyanın  nüfuzunun 
azalmasına  səbəb  olsa  da,  bu  dövlətin  xarici  siyasəti  dəyişmədiyindən  yeni 
hakimiyyətlər  Pyotrun  vəsiyyətlərini  əldə  rəhbər  tutduqlarından,  siyasət 
strategiyası daim Qafqazda erməni faktoruna arxalanırdı.  
10 fevral 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinə görə Eçmiədzin 
Rusiyanın  tərkibinə  daxil  olmuş,  katalikos  isə  bütün  ermənilərin  ümumdünya 
patriarxı  hüququnda    qalmışdı.  Həmin  dövrdə  “Parçala  və  hökm  sür!”  deyən 
Pyotrun vəsiyyətinə görə rüşvət və qiymətli  hədiyyələrlə ələ alınan  müsəlman din 
xadimlərindən dini təriqətlər arasında nifaq salmaq tələb olunurdu. 
XIX-XX  əsrin  qovşağında  Qafqaz  xalqlarının  adət-ənənəsi,  tarixi  keçmişi 
və  sosial  siyasi  mühiti  ilə  yaxından  maraqlanaraq  dəyərli  məqalələr  yazmış,  1 
yanvar  1846-cı  ildən  15  fevral  1918-ci  ilədək  Tiflisdə  rusca  çıxan  “Qafqaz” 
qəzetinin  uzun  müddət  redaktoru  olmuş  Vasili  Lvoviç  Veliçko  dövlət  quruluşunu 
çoxdan itirmiş ermənilərin özünümüdafiə qabiliyyətlərinin olmadığını da jurnalist 
məharəti  ilə  aça  bilir:  “Ermənilərdə  həm  də  başqa  xalqlarla  məcburi,  zorakı 
cütləşmə də olub. İran qoşunları da, Azərbaycan tatarları da, türklər də, gürcülər də, 
dağlılar  da,  ehtimal  ki,  dövlət  quruluşunu  və  bu  səbəbdən  də  özünümüdafiə 
qabiliyyətlərini itirən bir xalqın qadınlarının da nazı ilə oynamırdılar” (99.səh.48). 
1877-78-ci  illərdəki  türk-rus  müharibəsindən  sonra  ermənilərin  Qafqaza 
köçürülməsi  V.L.Veliçkonun  redaktoru  olduğu  “Qafqaz”  qəzetində  çap  etdiyi  və 
sonrakı dövrdə ayrı-ayrı nəşriyyatlar tərəfindən kitab kimi dəfələrlə dərc olunmuş 
məqalələrində belə təsvir edilir: “Paskeviçin dövründə erməniləri dəvət etmək üçün 
polkovnik Lazarev İrana göndərilmişdir. Nəticədə təxminən 40.000 erməni köçüb 
Zaqafqaziyaya  gəlmişdi.  Eçmiədzin  patriarxı  da  bu  tədbirdə  iştirak  etmişdi.  O, 
erməni  keşişlərinə  İrandan  köçməyi  buyurmuş  və  bu  kilsəyə  mənsub  olan 
dindarların hamısı onların dalınca gəlmişdi. Adrionapol sülhünə görə biz 100.000-
dən artıq Türkiyə ermənisi qəbul etmişdik. Təkcə Ərzurum arxiyepiskopu Karapet 
70.000-ə  qədər  erməni  gətirmişdi.  Həmin  vaxtdan  da  müsəlman  dövlətlərindən 


24 
 
ermənilərin  Rusiyaya  tədricən  köçürülməsi  fasiləsiz,  gah  gözəçarpacaq  dərəcədə 
dəstə  ilə,  gah  da  son  bir  neçə  il  ərzində  olduğu  kimi  böyük  sürətli  axınla  davam 
edirdi. İndi Qafqaz inzibatçılarının daha çox erməni dartıb gətirmək cəhdlərinin nə 
ilə  nəticələndiyi  qismən  aydın  olanda  malorus  (Ukrayna)  zərbi  məsəlini  yada 
salmaq tamamilə təbiidir: “Qarğaya göz verəndə qaş da istədi” (99.səh.61). 
Qeyd edək ki, 1804-13-cü illərdə birinci, 1826-28-ci illər ikinci Rusiya-İran 
müharibəsi  dövründə  və  nəhayət,  ədalətsiz  Gülüstan  müqaviləsindən  sonra  öz 
müstəqilliklərini  itirmiş  şimali  Azərbaycan  xanlıqlarının  əhalisi  200.000-dən  çox 
erməninin  Qarabağ,  Naxçıvan,  İrəvan  ərazisinə  gətirilməsi  ilə  Yaxın  Şərq 
ölkələrinə  köç  etməyə  məcbur  oldu.  Əsarət  altına  alınmış  xanlıqların  pozulmuş 
idarəçilik  sistemi  isə  çarizmin  hərbi  cəza  mexanizmini  əvəzləyə  bilmədiyindən 
zorakılıq baş alıb gedirdi. 
Azərbaycan  ərazisindən  əhalinin  Yaxın  Şərq  ölkələrinə,  xüsusilə  İrana 
köçməsini qızışdıran amillərdən biri də oranın şiə təriqətinə əsaslanan rəsmi və dini 
dairələrin  həyata  keçirdiyi  siyasətlə  bağlı  idi.  Elm  və  maarifdən  məhrum  olmuş 
savadsız  əhalinin  gəlmə  ruslar  və  ermənilərlə  hər  hansı  bir  sosial-iqtisadi 
münasibətinin  təqib  olunması  bu  prosesi  gücləndirdi.  Arxasında  hərbi  gücün 
dayandığı gəlmə əhali kafir hesab olunur, onların keçdikləri cığırlardan, çəkdikləri 
arxlardan  istifadə  etmək  belə  yasaqlaşırdı.  Beləliklə,  “murdarlanmış”  torpaqlar 
asanlıqla yad əllərə keçirdi. 
Rusiya  hökumətinin  dəstəklədiyi  ermənilərin  Qafqazda  yerləşdirilməsi 
buradakı  yerli  xalqların  onsuz  da  gərgin  olan  sosial-siyasi  vəziyyətlərini  daha  da 
ağırlaşdırdı.  Çarizmin  Azərbaycanda  həyata  keçirdiyi  aqrar  siyasət,  xüsusən  ağır 
qul  əməyi  tələb  edən  pambıqçılığın  inkişaf  etdirilməsi  görünməmiş  fəsadlar 
törədirdi.  Ziyalı  zümrəni  təmsil  edən  əsilli-nəcabətli  bəy-xan  nəsli  isə  getdikcə 
iflasa  uğrayaraq  öz  sosial  dayaqlarından  məhrum  olurdu.  Əvəzində  isə  çarizmin 
dəstəyi  nəticəsində  inzibati  amirlik  sistemində  vəzifə  tutan  ermənilər  özlərini 
Qafqazın tam hüquqlu sahibi kimi aparmağa cəhd edirdilər. Gəlmə məmurların ən 
münbit  torpaqları,  meşələri  və  xüsusən  çar  hökuməti  tərəfindən  xarici  inhisarlara 
icarəyə verilmiş müxtəlif filiz yataqları ilə zəngin aran və yaylaq torpaqlarını zorla 
mənimsəmələri  fəlakəti  daha  da  kəskinləşdirirdi.  Sözsüz  ki,  bu  problemi  də  hiss 
edən  V.L.Veliçkonun  qətnaməsinə  görə:  “Gürcülər  və  Qarabağın  borca  düşmüş 
müsəlmanları  Qafqazda  qeyri-səmimi  halda  gülümsəyərək  bəzən  deyirlər  ki,  rus 
hökuməti  Zaqafqaziyadan  qoşunlarını  çıxartsa,  ermənilərin  burda  izi-tozu  da 
qalmaz” (99.səh.76). 
Ötən  əsrin  əvvəllərində  gəlmə  ermənilərin  ruslarla  da  ixtilafları  meydana 
çıxırdı. V.L.Veliçkonun yazdığına görə: “13 avqust  1903-cü ildə axşam saat 7-də 
Aleksandropol  şəhərindən  üç  erməni  kəndinin  provaslavlığa  göndərilməsinə  görə 
erməni inqilab komitəsini bərk hiddətləndirən provaslav protoirey Vasilev küçədə 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə