Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

25 
 
xəncərlə  öldürülmüşdü.  Qafqazda  olduqca  geniş  yayılmış  adətə  görə  qatil  izsiz-
soraqsız  gizlənmişdi”  (99.səh.113).  Çarın  12  iyun  1903-cü  il  fərmanına  görə 
Qriqoryan  kilsəsinin  əmlakının  dövlət  müəssisələrinin  ixtiyarına  keçirilməsindən 
və  kilsə  məktəblərinin  Maarif  Nazirliyinə  verilməsindən  hiddətlənən  ermənilərin 
cəlb  olunduqları  ayrı-ayrı  terror  hadisələri  ilə  yanaşı,  artıq  kütləviləşən  silahlı 
təxribatlar  da  jurnalist  Veliçkonun  nəzərindən  qaçmırdı:  “29  avqust  1903-cü  ildə 
Qars  şəhərində  Quba  alayının  kazarmalarının  yaxınlığındakı  xəlvət  bir  dalanda 
Tanoyanın  mənzilində  Amerika  vətəndaşı,  erməni  Con  Naxikyan  əl  qumbaraları 
hazırlamaqla məşğul idi. Görünür ki, bu vətənpərvər və onun silahdaşları kürdlərlə 
vuruşmağa  yox,  Əlahəzrətin  12  iyun  fərmanına  qarşı  dinamit  və  başqa  partlayıcı 
maddələrin vasitəsilə ilə qəti etiraz etməyə hazırlaşmışdılar. Bu caniləri allah-təala 
özü  cəzalarına  çatdırdı:  partlayış  baş  verdi  və  onlar  yerlərindəcə  gəbərdilər”. 
Qanuna  itaətsizlik  əmrini  vermiş  Eçmiədzin  patriarxının  razılığı  ilə  Azərbaycan 
ərazisində  törədilən  təxribatlar  da  müəllifin  nəzərindən  qaçmır:  “29  avqust 
Yelizavetpolda,  şəhər  kənarındakı  erməni  kilsəsinin  qabağında  zəng  səsi  ilə 
dağılışmaq tələbinə daş “yağışı” və tapança atəşləri ilə cavab verərək polisləri və 
qarovul  dəstəsini  geri  çəkilməyə  məcbur  edən  bir  neçə  min  erməni  yığışmışdı. 
Özünü iğtişaş yerinə çatdıran qoşun hissələri odlu silahdan istifadə etməyə məcbur 
oldular  və  kütlə  yeddi  meyidi,  27  yaralını  orada  qoyaraq  qaçıb  dağılışdı” 
(99.səh.115).  Və  nəhayət,  tarixən  erməni  fitnələrinin  mərkəzi  sayılan,  o  dövrdə 
ikinci  Paris  hesab  edilən  Şuşadakı  təxribatlara  da  toxunan  Veliçko  yazır: 
“Aşağıdan  yuxarıya  kimi  yerli  ermənilərin  siyasi  həyəcanı  və  qeyri-adi 
həyasızlıqları ilə çoxdan məşhur olan Şuşada 12 sentyabrda kilsə əmlakının dövlətə 
verilməsinin qəbulu vaxtı erməni kütləsi son dərəcə bərk səs-küy qaldırdı və hədə-
qorxu ilə qubernatorun mənzilinə tərəf yollandı. Qoşunlar onlarla döyüşə girməyə 
məcbur  oldular,  ölənlər  və  yaralananlar  oldu.  Bununla  bərabər,  Şuşada  ruhanilər 
irəli çıxmırdı. Bir çox başqa məntəqələrdə kilsə əmlakının  təhvil verilməsi bu cür 
iğtişaşlarla müşayiət olunurdu. Siyasi qətllər davam edirdi” (99.səh.116). 
İmperiya  mənafeyinə  xidmət  göstərən  “Qafqaz”  qəzetinin  redaktoru 
V.L.Veliçko  XIX  əsrin  otuzuncu  illərindən  başlayaraq  Qafqaza  köçürülmüş 
təriqətçi  slavyan  əhalinin  türk-rus  müharibəsindəki  rolunu  belə  dəyərləndirir: 
“Onlar  rus  dövlət  və  xalq  işinə  nəticədə  xeyirxahcasına  münasibət  bəsləyirdilər, 
çoxları  qoşunlarda  həvəslə  xidmət  edirdi.  1877-1878-ci  il  müharibəsi  zamanı 
təriqətçi kəndilər öz qoşqu nəqliyyatı vasitələri ilə bizim qoşuna son dərəcə yüksək 
xidmət  göstərmişdilər.  Onların  bu  cəsarətini  əlahəzrət  Qafqaz  canişini  və  onun 
davamçısı,  knyaz  A.M.Dondukov-Korsakov  layiqincə  qymətləndirmişdir” 
(99.səh.169). 
Tiflisdə çıxan “Kavkaz” qəzetinin 1896-cı il saylarındakı Azərbaycana dair 
dərc  olunmuş  məlumatlarını  nəzərdən  keçirməklə  o  dövrün  ictimai-siyasi 


26 
 
vəziyyətini də xarakterizə etmək olur. Belə ki, “Kavkaz” qəzetinin 1896-cı il 181-
ci  sayında  professor  N.Axundovun  üzə  çıxardığı:  “Şuşada  baş  verən  əcaib 
oğurluqda  şairə  Natəvanın  evindən  qiymətli  tarixi  və  bədii  əsərlər  də  qarət 
olunmuşdur...” (7.səh.64) məlumatı bir tərəfdən Çingiz xan nəslinin nümayəndəsi, 
Pənahəli xanın törəməsi xan qızı Natəvanın təcavüzə məhkumluğunu əks etdirir və 
onun  köməksizliyi  ürək  ağrısı  yaradır.  Digər  tərəfdən  isə  çar  üsul-idarəsinin 
xalqımıza  qarşı  biganəliyi  təsdiq  olunur.  X.Natəvanın  (1832-1897)  məruz  qaldığı 
siyasi  repressiyaların  nəticələrini  “Kavkaz”  qəzetində  gedən  informasiyalarda 
aydın şəkildə  görmək olar. Qəzetin 186-cı  sayındakı “Xurşudbanunun Məqribova 
verəcəyi 189 manat borc əvəzinə “Sultanbud” malikanəsi açıq satışa qoyulmuşdur”, 
188-ci sayında isə  “Xurşudbanu 5  min  manat borcu ödəmək üçün zinət əşyalarını 
satışa  qoymuşdur”  elanı  şairənin  vəziyyətinin  çıxılmazlığını  bildirir.  Professor 
Ş.Qurbanovun yazdığı kimi: “Son elan bir qadın və ana üçün ən dəhşətlisi idi. Bu, 
son  vasitə,  son  ümid,  daha  doğrusu  ümidsizlik  idi.  Malı-mülkü,  əynindəki  zinət 
şeyləri satılıb qurtarandan sonra quruca canı qalırdı ki, onu da təslim etmək üçün 
çox  gözləmək  lazım  gəlmədi.  Yenə  də  qəzet  elanlarına  müraciət  edək:  “Kavkaz” 
qəzeti  2  oktyabr  1897-ci  il:  “Dünən  Şuşada  Qarabağ  xanı  general-mayor 
Mehdiqulu  xanın  qızı,  şairə  və  yazıçı,  knyaqinya  Usmiyeva  vəfat  etmişdir” 
(48.səh.210-211).  Qeyd  edək  ki,  xan  qızı  Natəvanın  məhz  Qafqaz  canişini 
M.S.Vorontsovun təhrikilə çar generalı, kumık xanının nəslindən olan knyaz Xasay 
bəy  Usmiyevə ərə  getməsi bir sıra  hüquqi problemlər də  yaratmışdı. 1864-cü ildə 
ailəsini  atıb  gedən  Xasay  bəy  Usmiyevin  knyaz  Loris  Melikovla  münaqişəsi 
nəticəsində  sürgünə  göndərildikdən  və  orada  özünü  öldürdükdən  sonra  boşanmaq 
üçün  hüquqi  əsas  qazanmış  Natəvanın  mirası  birinci  nigahından  doğulan  iki 
uşağına qaldığı üçün Usmiyevdən sonra 1869-cu ildə şəriət qaydası ilə ərə getdiyi 
Seyid  Hüseyndən  olan  beş  övladının  əmlak  hüququ  pozulmuşdu.  İkinci  dəfə  öz 
arzusu ilə ailə qurmasına baxmayaraq Natəvan  maddi və  mənəvi iztirablara düçar 
olur.  Onun  böyük  oğlu  Mehdiqulu  xan  anası  ilə  aralarındakı  konfliktlərin 
nəticəsində  evdən  baş  götürüb  gedir.  Bir  qədər  sonra  isə  Natəvanın  16  yaşlı  oğlu 
Mirabbas  vəfat  edir.  Ş.Qurbanovun  qeyd  etdiyi  kimi:  “1887-ci  ildə  böyük  oğlu 
Mehdiqulu xan Usmiyev Qarabağa köçüb ata-baba mülkünə sahib oldu və ana bir, 
ata  ayrı  qardaş-bacılarına  demək  olar  ki,  heç  nə  vermədi.  Bu,  Natəvana  çox  ağır 
təsir göstərdi. Bir az sonra 1891-ci ildə ikinci əri Seyid Hüseynin ölümü də ona son 
zərbəni yendirdi və şairə bir daha qəddini düzəldə bilmədi” (48.səh.209-210). 
Bütün sənətkarların himayəsinə sığındığı, ədəbi məclislərin yaradıcısı, uzaq 
şəhərlərdə  oxuyan  tələbələrin  hamisi  sayılan  Natəvan  1872-ci  ildə  “Məclisi-Üns” 
ədəbi  məclisini  yaradaraq  otuza  yaxın  ədibi  öz  ətrafına  toplamışdı.  O,  həmçinin 
1873-cü  ildə  sıldırım  qayalıqlardan  keçən  yeddi  kilometrlik  məsafədən  Şuşaya 
içməli  su  çəkdirmişdi.  Natəvanın  Bakıdan  Şıx  kəndinə  daş  yol  çəkdirməsi  


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə