Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

31 
 
İranda  dram  sənətinin  yayılmadığına  təəssüflənir.  Xəlifə  Harulənrəşid  zamanında 
yunan mədəniyyətini və ədəbiyyatını öyrənən ərəblərin yalnız Aristotelin, Əflatun 
və  Sokratın  fəlsəfəsi,  Arximed  və  Pifaqorun  həndəsəsi  ilə  məşğul  olduqlarına, 
Sofoklun  faciələrinə,  Aristofanın  komediyalarına  məhəl  qoymadıqlarına  təəccüb 
edir.  Böyük  mütəfəkkirlərdən  Cəmaləddin  Rumi,  şair  Nəvai,  tarixçi  Əbulqazi 
Bahadır  xan  hesabına  qəzəliyyət  və  fəlsəfə  sahəsində  irəli  getmiş  Şərqdə  ilk 
rəsədxana qurmuş münəccim Uluq bəy kimi dühalar vermiş Orta Asiyada da teatr 
sənətinin  və  dramaturgiyanın  inkişafdan  qaldığını  göstərdikdən  sonra  yazır: 
“Türkiyədə  dramaya  dair  əsər  ancaq  Əbdülhəmid  sultanlığı  zamanında  aləmə 
gəlmişdir.  Amma  bu  müstəbidin  zamanında  bütün  ədəbiyyat  sıxıldığı  kimi,  teatro 
da  boğulmaqda  idi.  Buna  görə  də  biz  Türkiyədə  lazımi  dərəcədə  bir  teatro  görə 
bilməyirik.  Yüngül  fransız  məzhəkələri,  fars,  operetta  –  budur  türk  teatrolarının 
Əbdülhəmid  sultanlığı  zamanında  göstərdikləri.  Hərçənd  türk  dilində  Şekspir, 
Şillerin əsərlərindən tərcümələr var idi. Amma bunlar teatroya yaxın buraxılmazdı. 
Çünki  böyük  mütəfəkkirlərin  əsərləri  və  ruhu  ilə  cəmaətə  tərbiyə  vermək 
Əbdülhəmid  ruhuna  və  fikrinə  zidd  idi.  Unutmamalı  ki,  bu  əsərlər  də 
Əbdülhəmidin  sultanlığından,  yəni  Türkiyədən  xaricə  sürgün  olunmuş  Türkiyə 
yazıçıları tərəfindən tərcümə olunurdu. Türk teatroları 1907-ci il inqilabından sonra 
azad  nəfəs  almağa  başladı    və  burada  da  qarşıya  teatro  tamaşalarına  dair 
təlifatsızlıq  məmanəti  çıxdı.  Mən  demək  istəmirəm  ki,  Türkiyədə  dram  əsərləri 
yoxdur, amma onlardan heç biri teatroya və səhnəyə uyğun deyildir. Çünki Türkiyə 
teatrolarının sırasında ciddi teatro olmadığına görə müəlliflər öz əsərlərini səhnədə 
görməyə ümidvar deyildilər. Ona görə də öz kitablarını fəqət qiraət üçün yazırdılar, 
nəinki  teatro  və  səhnə  üçün”  (27.səh.375).  Bütün  bunları  qeyd  edən  müəllif  1905 
və  1917-ci  il  inqilablarından  sonra  türklər  arasında  teatr  və  dram  sənətinin 
inkişafından  ətraflı  bəhs  etməklə  özünün  mükəmməl  bir  ədəbiyyat  tarixçisi 
olduğunu da təsdiq edir. 
Teatr  problemləri  ilə  məşğul  olan  ədib  və  jurnalist  Hüseyn  Baxşalı  oğlu 
Minasazov  (1881-1932)  da  17  iyul  1909-cu  il  “Zakavkazye”  qəzetinin  107-ci 
sayında 
“Müsəlmanların 
səhnəyə 
münasibəti” 
məqaləsində 
yazırdı: 
“Müsəlmanların yığıldığı məscid, hamam və teatr onların bir-birilə görüşüb ümumi 
maraqlarını  bölüşdürmələri  üçün  üç  məkandır.  Yüz  illərdən  bəri  mövcud  olan 
birincidən  fərqli  olaraq  sonuncu  –  yalnız  müasir  dövrün  məhsuludur.  Müsəlman 
ziyalılarının  məsciddə  və  nadir  hallarda  hamamda  olmalarını  yaxşı  anlasam  da, 
onların teatrdan uzaq düşmələrini heç bir vəchlə anlaya bilmirəm. 
Dövlət  teatrında,  “Nadir  şah”  tamaşasında  boz  kütlə  çoxluq  təşkil  etsə  də, 
ziyalıların yoxluğuna heyrət etdim. Əgər teatr ruhani tələbatı ödəyirsə, onda yuxarı 
təbəqədən fərqli olaraq aşağı təbəqənin ruhi qidaya daha çox ehtiyac duyması məni 


32 
 
heyrətləndirir.  Qeyri-təbii  halların  tüğyan  etdiyi  müsəlman  mühitində  belə 
məsələlər adi hal kimi qəbul olunur” (107.səh.77). 
Göründüyü  kimi,  maarifçiliyin  əsas  problemlərindən  biri  də  tamaşaçı 
zümrəsinin  tərbiyə  olunub  yetişdirilməsi  olsa  da,  gündəmdə  millətlərarası  ədavət 
kimi daha qlobal məsələlər dururdu. 
1905-ci  ildə  baş  vermiş  millətlərarası  ədavətə  maarifçi  mətbuatın 
münasibəti  humanist  dəyərlərin  önə  çəkilməsi  ilə  müşayiət  olundu.  M.Şahtaxtlı 
“Şərqi-Rus”un  7  iyul  1905-ci  il  134-cü  sayında  millətlərarası  münaqişəyə  həsr 
olunmuş  “Barışığa  dair”  məqaləsində  yazırdı:  “Müsəlmanlar  və  ermənilər  din  və 
milliyyətcə  ayrı-ayrı  xalqlardır.  Lakin  iqtisadi  cəhətdən  onlar  sakini  olduqları  
Zaqafqaziya torpaqlarında vahid bir təsərrüfat, ümumi bir iqtisadi orqanizm təşkil 
edirlər (...) həyatın iqtisadi tələbləri erməni və müsəlmanları belə bir labüd ehtiyaca 
dəvət  edir:  sülh  ilə  qardaşcasına  yaşamaq”  (68.səh.39).  Eyni  problemə 
Ü.Hacıbəyovun 9  mart 1906-cı  ildə  “İrşad”  qəzetinin 64-cü sayında  çap olunmuş 
“Biz  hamımız  qafqazlı  balalarıyıq”  məqaləsində  də  münasibət  bildirilir: 
“Mədəniyyət  və  mərifətlimiz  cəhalətdə  qalanımıza,  qüvvətlimiz  zəifimizə, 
sərvətlimiz  tavansızlarımıza  arxa  olmalıdır”  (24.səh.24)  çağırışı  ilə  müxtəlif 
xalqları əmin-amanlığa səsləyir. 
1904-cü  ildə  Şekspirin  “Otello”  faciəsini  tərcümə  edərək  Şuşada  həmin 
əsərin tamaşasında baş rolda çıxış etmiş Haşım bəy Vəzirovun (1868-1916) 1 aprel 
1907-ci  il  “Tazə  həyat”  qəzetinin  1-ci  sayında  dərc  etdirdiyi,  Ömər  Faiq 
Nemanzadənin  təbirincə  desək  “qanlı  ürək  və  göz  yaşları  ilə  yazdığı”  “Kefim 
gələndə”  silsilə  məqalələrinin  birində  çarizmin  ədalətsiz  “Qafqaz  siyasəti”  tutarlı 
dəlillərlə  ictimaiyyətə  çatdırılırdı:  “Bayandurlu  göçsün  gərək  Minkəndə.  Onların 
yeri  verilsin  erməniyə,  çün  onda  iş  düzgün  olar.  O  yanda  gedirsən  olur  Gorus, 
Naxçivan,  İqdır,  Zeytun,  Samsun,  Van  və  qalan  erməni  zəmin.  Nə  şiş  yanar  nə 
kabab.  Allah  Zəngəzur  naçalnikinə  ömür  versin”  (86.səh.99).  Həmin  qəzetin  20 
aprel 1907-ci il 19-cu sayında dərc etdirdiyi “Xeyirxah qonşularımız” məqaləsində 
gedən  “...kirvələrimiz  çox  vaxt  bizi  dövlət  nəzarətində  və  sair  millətlər  gözündə 
mümkün  olan  qədər  həqir,  xar,  vəhşi  və  insaniyyətdən  kənar  bir  tayfada  görmək 
istəyirlər”  (86.səh.131)  sətirlərlə  isə  H.Vəzirov  erməni  mətbuatının  iç  üzünü  açıb 
göstərirdi. 
Xalqımıza  qarşı  çarizmin  tutduğu  ədalətsiz  mövqeyə  baxmayaraq 
maarifçilik  yolunu  seçmiş  demokratik  mətbuat  millətlərarası  ədavət  kimi  qlobal 
problemlərə də yüksək humanist və dünyəvi dəyərlər prizmasından yanaşırdı. 
Əsrin  əvvəlində  nəşr  olunan  çoxsaylı  jurnallar  arasında  1906-cı  ildə  Cəlil 
Məmmədquluzadənin  (1866-1932)  yaratdığı,  redaktoru  və  naşiri  olduğu  “Molla 
Nəsrəddin” məcmuəsi özünün mükəmməlliyi ilə seçilərək, ictimai həyatın mühüm 
hadisəsi  oldu.  Məcmuədə  real  həyat  gerçəkliyinə  M.F.Axundov  ənənəsinə  uyğun 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə