Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

35 
 
Ömər  Faiq  Nemanzadə  “Dəvət”  adlı  bədii  publisistik  əsərində  İsmayıl 
Qaspralının  əsasən Rusiya  müsəlmanları və  türkləri  üçün  nəşr etdirdiyi,  “Əkinçi” 
ənənələrindən  bəhrələnən  “Tərcüman”  (1882-1916)  qəzeti  barədə  yazırdı: 
“Qəzetlərimizin  millətə  ən  xeyirlisi  və  nəfisi  hamıya  məlum  olam  möhtərəm 
“Tərcüman”dır.  Lakin  bir  “Tərcüman”  ilə  otuz  milyon  xalqın  ehtiyacı  görülə 
bilməz...bizə  beş-on  deyil,  yüz  mətbəə,  bir-iki  deyil,  on  beş-iyirmi  qəzet,  jurnal 
lazımdır”  (62.səh.80).  “Qonşularımızın  bizə  görə  tərəqqilərini  zikr  etməkdən 
məqsədim onlara həsəd etmək, çox görmək deyil, qəsdim budur ki, qonşularımızla 
bərabər  biz  də  rahət  və  insanca  yaşamaq  üçün  mərifət  və  mədəniyyətdə  mütləq 
onlarla  bərabər  olmalıyıq”  (62.səh.82)  fikirlərində  Ö.F.Nemanzadə  maarifçiliyə 
tələbatı bir daha göstərməklə yanaşı, “Şərqi-Rus” qəzetinin probleminə də toxunur: 
“Hərçənd  Rusiya  hökuməti  Rusiyanı  müsəlmanlara  bildirmək  və  Şərq  ilə  daha 
ziyada  kəsb-münasibət  etmək  üçün  türk  dilində  bir  qəzetin  vücudunu  vacib  bilib 
“Şərqi-Rus”  adında  bir  qəzet  ehdas  və  mühərrirliyini  məlum  olan  şəxsə  həvalə 
elədisə də, o da hər nədənsə çox davam edə bilməyib əcaib bir yuxuya tutulmuşdur. 
Heyf bizlərə ki, təzədən nəşr edilməyinə dua ilə məşğuluq” (62.səh.83). 
Mirzə  Cəlilin  yazdığı  kimi  Əhməd  bəy  Ağaoğlunun  maddi  çətinliklərlə 
üzləşən  qəzetə  şərik  olması  və  tezliklə  onu  Bakıya  köçürmək  iddiası  qəzetin 
süqutuna səbəb olan amillərdən biri idi. Bununla belə maarifçilik yolunda öz tarixi 
missiyasını  yerinə  yetirmiş  “Şərqi-Rus”  qəzeti  ictimai  fikir  tariximizdə  vacib  rol 
oynadı.  Sovet  hakimiyyəti  illərində  Dövlət  Universitetimizin  ilk  milli  professoru 
olmuş,  1931-ci  ilin  dekabrında  85  yaşında  vəfat  etmiş  və  çox  təəssüf  ki,  məzarı 
itirilmiş  bu  nəhəng  jurnalist  Məhəmməd  ağa  Şahtaxtlı  sonrakı  jurnalist  nəsilləri 
üçün örnək oldu. 
Milli  maarifçiliyimizin  formalaşmasında  müstəsna  rol  oynayan  Ömər  Faiq 
Nemanzadənin “İrşad” qəzetinin 10 dekabr 1906-cı il 282-ci sayında çap etdirdiyi 
“Millətpərəstlik zamanıdır”  məqaləsini  nəzərdən  keçirək:  “Bir Tağıyevdən savayı 
hansı  bir  dövlətlimiz  öz  başına  bir  məktəb,  bir  mədrəsə,  bir  kitabxanə  vücuda 
gətirib?  (...)  Hər  yana  baxsan,  dövlətlilərimiz,  bəylərimiz  öz  kef  və 
mənfəətlərindən  savayı  heç  bir  şeyi  fikir  etmirlər.  Qarabağ  və  Zəngəzur  aclarının 
ahu-fəryadları  istər  göylərə  çıxsın,  yetim  çılpaq  balaların  göz  yaşları  istər  çaylar 
təşkil  etsin,  sahibsiz,  hamisiz  qalan  anaların,  bacıların  irzi-namusları,  istərsə 
düşmənlərin  təcavüzünə  düçar  olsun,  heç  kəsdə  birtəəsübi-milliyyə,  bir  qeyrəti-
diniyyə oyandırmır” (62.səh.153). 
“İrşad”  qəzetinin 26 dekabr 1906-cı  il 293-cü  sayındakı  “çinovniklərimiz” 
məqaləsində  Ömər  Faiq  Nemanzadənin  “Ha  deyirik  ki,  filankəs  on  beş  ildən  bəri 
qazıdır, pristavdır və ya baş strajnikdir, bu müddət ərzində bəlkə on beş min dilsiz 
müsəlmanı  döyüb  həbslərə  salıblar.  Müsəlmanların  arasında  partiyabazlığı, 
quldurluğu,  avamlığı  çoxaldıb,  qədim  milli  maarifimizi  belə  kökündən  kəsiblər, 


36 
 
müstəbid  hökumətə  ən  müstəbidanə,  zalimanə  köməkçi  olublar”  (62.səh.160) 
sözlərinin uzun dövrdən sonra belə aktual səslənməsi bir tərəfdən müəllifin yüksək 
peşəkarlığına  dərin hörmət hissi  yaratsa da, digər  tərəfdən  tərəqqinin bizdən yan 
keçməsi kimi pessimist fikirlər oyadır. 
Onun  “Yeni  iqbal”  qəzetinin  2  iyul  1915-ci  il  57-ci  sayında  çap  etdirdiyi 
“Eşq  və  məhəbbət”  məqaləsindəki  vətən  yanğısı  qaynar  sözlərlə  ifadə  olunaraq 
torpaq azadlığı kimi müqəddəs missiyanı həyata keçirməli olan cəmiyyətimizdə ən 
vacib  ideyanın  formalaşmasına  birbaşa  xidmət  edir:  “Mən  inanmıram  ki, 
məhəbbətlə  can  qıyılan  yerdə  dünyalar  əmələ  gəlməyə.  Eşidirik  ki,  bir  yaponiyalı 
dənizdə  üzən  qorxulu  bir  düşmən  minası  partladıb,  öz  vücudu  ilə  bərabər 
darmadağın edir. Eşidirik ki, bir avropalı on min metrdən aeroplan ilə bərabər aşağı 
fırlanıb düşmənin əhəmiyyətli bir flotunu özü ilə bərabər parça-tikə edir. Eşidirik 
ki, bir şəxs Vətən uğrunda düşmən qalasının barıt anbarını odlayıb özü ilə bərabər 
havaya sovurur. Bəli, məhəbbət nələr, nələr elətdirməz” ( 62.səh.228). 
“Azərbaycan”  qəzetinin  9  iyul  1919-cu  il  220-ci  sayında  çap  olunmuş 
“İşlərimizdə  hərcmərclik”  məqaləsində  Ömər  Faiq  Nemanzadə  müstəqilliyini 
qazanmış  gənc  respublikanın  dövlət  xəzinəsinə  əl  uzadan  rüşvətxor  məmurları 
qamçılayır:  “Mayda  Quliyev  İrandan  16  vaqon  düyü  tranzit  üsulu  ilə  gətirib 
Novorosiyskiyə  götürürdü.  Quliyev  bu  düyüləri  burada  dayandırmayıb  düz 
götürməli  idi.  Lakin  böylə  etmədi.  Burada  günlərcə  əylədib,  germankada 
təmizlənib  tranzit  nizamını  pozdu.  O  halda  bu  mallardan  gömrük  idarəsi  gərək 
yarım  milyondan  artıq  xərc  alaydı.  Lakin  işi  hacı-bacı  oyununa  çevirdilər” 
(62.səh.274). 
Vətənpərvərlik  kimi  ülvi  hissi  uca  tutan  N.Vəzirov  isə  “Nalə”  adlı 
qeydlərində təxəllüs kimi istifadə etdiyi  “Dərviş”in adından  yazır:  “Berne adlı bir 
nəfər  vətənsiz  yəhudi  öz  kitabında  bu  sözləri  yazmış:  “Özümü  sevirəm,  külfətimi 
özümdən  artıq  sevirəm,  külfətimdən  artıq  vətənimi  sevirəm”.    Bu  vətənsiz  cənab 
yalnız anadan olduğu şəhəri özünə vətən hesab edib, onu külfətimdən artıq sevirəm 
demiş. Hərgah onun vətəni Azərbaycan kimi gözəl, dağlı, çəmənli, varlı olsaydı, o 
vaxt o görəsən o, nə dil ilə, necə sözlərlə öz məhəbbətini ona bildirərdi? Yəqindir 
ki,  yazardı:  “Gözəl  Azərbaycan,  uca  dağlarına  canım  qurban,  laləli,  çiçəkli 
çəmənlərinə malım qurban, soyuq bulaqlarına, meyvəli bağlarına balalarım qurban! 
Hansı  millətin  Muğan  çölü  kimi,  Mil  düzü  kimi,  Şirvan  səhrası  kimi,  Abşeron 
yarımadası  kimi  yeri,  torpağı  var?  Heç  bir  millətin!...  Yaşa  vətənim,  çox  yaşa!” 
Bəs  indi  biz  azərbaycanlılar  öz  vətənimizin  haqqında  necə  rəftar  edirik?    Biz 
bədbəxtlər ancaq vətənimizi tar-mar edən quzğunluq yaratmışıq!... Vətənin pərişan 
halı,  işlərimizin  hərc-mərc  olması,  daxili-xarici  düşmənlərin  varlığı  məni,  mən 
qoca  Dərvişi  o  qədər  yandırmır,  o  qədər  dərdə  salmır,  nə  qədər  ki,  hal-hazırda 
içimizdə  olan quzğunluq!... Gecə-gündüz, vaxtlı-vaxtsız  hər dəqiqə  vətənin qanın 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə