Aydın Dadaşov


AZƏRBAYCAN MAARİFÇİ-DEMOKRAT HƏRƏKATI



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   2   3   4   5   6   7   8   9   ...   64


 
AZƏRBAYCAN MAARİFÇİ-DEMOKRAT HƏRƏKATI 
 
Azərbaycanda  M.F.Axundovun  və  Həsən  bəy  Zərdabinin  yaratdığı 
maarifçilik  məktəbi  özündən  sonrakı  tarixi  mərhələlərdə  belə  daim  fəaliyyət 
göstərərək mühüm əhəmiyyət kəsb etmişdir. 
Milli  maarifçilik  ideyalarının  ilk  təşəbbüskarı  M.F.Axundov  yeni  əlifba 
uğrunda  yorulmaz  mübarizəsinin  ilkin  mərhələsində  ərəb  əlifbasının  islah 
edilməsini,  yazı formasını olduğu  kimi saxlayaraq  yalnız tələffüzdə deyilən, lakin 
yazılmayan  saitlər  üçün  işarələr  düzəldib  hərflərlə  birlikdə  yazılmasını  və 
nöqtələrin atılmasını təklif edir.  Növbəti mərhələdə nöqtələrin atılması ilə yanaşı, 
saitlərin  sözlərdə,  hərflərin  ayrılıqda  yazılmasını,  üçüncüdə  isə  əlifbanın  tamam 
dəyişdirilib latına keçərək soldan sağa yazmağı israr edir. Xüsusən qeyri-ərəblərin 
qavrayışı üçün çətin olan ərəb əlifbasında yazan xalqların maarifçiliyi: ana dilində 
təhsil,  kitab  və  mətbuatın  yaranması  prosesini  gücləndirmək  naminə  bütün 
yaradıcılığını  demokratik  təlimə  həsr  etmiş  M.F.Axundov  insan  azadlığı 
ideyalarının  açarını  bilik  və  savadda  görürdü.  “Oxumuşların  sayı  çox  olan 
ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur. Təfəkkür sahiblərinin çox olduğu 
ölkədə isə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edə bilər” (5.səh.7) 
–  deyən  M.F.Axundovun  mütərəqqi  ideyaların  yayılması  prinsipi  onun 
maarifçiliyinin  əsas  göstəricilərindən  birinə  çevrilir.  Bu  yolda  real  addımlar 
atmaqla  birbaşa  maarifçiliyə  xidmət  edən  M.F.Axundovun  yeni  əlifba  uğrunda 
mübarizəsi  də  onun  mütərəqqi  ideyaların  yayılmasını  sürətləndirmək  istəyindən 
doğurdu.  Yeni  əlifba  uğrunda  ömrünün  yetkin  çağlarının  iyirmi  ilindən  artığını 
həsr etmiş M.F.Axundovun müxtəlif ölkələrin mühafizəkar rəhbər və məmurlarının 
maneələrinə baxmayaraq bu fikirdən dönmədiyini onun məktubundan görmək olar: 
“Ola bilsin ki, deyəcəksiniz: Mirzə Fətəli, bu, soyuq dəmiri döymək kimi bir işdir. 
Bəli,  bunu  mən  özüm  də  başa  düşürəm.  Lakin  yenə  də  yazıram  və  nə  qədər  ki, 
sağam,  yenə  də  yazmaqda  davam  edəcəyəm  ki,  əlifbanı  dəyişdirmək  fikri  bütün 
xalq arasında yayılmış olsun”. (5.səh.9). 4 may 1853-cü ildə Qafqaz canişinliyinin 
təhsil  məsələləri  ilə  bağlı  iclasında  yazılı  məruzə  edən  M.F.Axundov  özünə  xas 
olan  diplomatik  gedişlərlə  burada  yaşayan    və  əhali  arasında  sayca  çoxluq  təşkil 
edən  tatarların  fars  və  ya  osmanlı  deyil,  təmiz  ana  dilində  savadlanmasına  diqqət 
yetirmiş  keçmiş  canişin  A.P.Yermolovun  xidmətini  yada  salır:  “Bu  ölkəni 
abadlaşdırmağa və ondakı əhalinin milliyyətini saxlamağa meyl göstərən xeyirxah 
hökumətimiz  bir  çox  tədbirlərlə  yanaşı,  tatar  dilində  ədəbiyyatın  yaranmasına 
diqqət  vermişdir.  Buna  görə  də  birinci  dəfə  general  Yermolov  bu  ölkənin  hakimi 
olduğu  zaman  tatarlar  yaşayan  yerlərə  göndərdiyi  əmrlərlə  əhalinin  farsca 
yazmasını  qadağan  edərək  öz  yaşı  işlərini  ancaq  tatarca  aparmalarını  məsləhət 
görmüşdür.  Bundan  sonra  hər  yerdə  müxtəlif  qaydalarda  olsa  da,  yazı  işləri  tatar 



 
dilində aparılmağa başlandı. Daha sonra hər yerdə qəza məktəbləri açıldığı zaman, 
hökumət başqa fənlərlə bərabər, həmin məktəblərdə tatar dilinin öyrənilməsini də 
lazım  bildi.  Lakin  bu  dildə  dərs  kitabları  olmadığına  görə  böyük  çətinliklər 
meydana  çıxdı.  Mənə  məlum  olduğuna  görə  bu  çətinliklər  hələ  də  aradan 
qaldırılmamış  və  bu  dil  hələ  indiyə  qədər  demək  olar  ki,  ancaq  təcrübi  qayda  ilə 
öyrənilir.  Tiflisdə  teatr  təsis  olunduğu  zaman  bir  çox  adamlarda  ədəbiyyata, 
xüsusilə  dram  sənətinə  böyük  həvəs  oyanmışdı.  O  zaman  məndə  tatar  dilində 
komediyalar  yazmaq  fikri  oyandı”  (5.səh.58).  Göründüyü  kimi,  M.F.Axundov 
1796-cı  ildə  İrana  yürüşdə  iştirak  etmiş,  sonradan  burada  səlahiyyətli  səfir  kimi 
fəaliyyət  göstərmiş,  1816-cı  ildən  Qafqaz  korpusunun  komandanı  olmaqla 
çarizmin  işğalçı  siyasətini  həyata  keçirsə  də,  yerli  tatarlar  arasında  maarifçiliyi 
yaymağa  cəhd  göstərmiş  Çingizxanın  törəməsi  general  Aleksandr  Yermolovun 
fəaliyyətinin  əsasında  dövlət  siyasətilə  yanaşı,  bi  tatar  oğlu  kimi  şəxsi 
prinsiplərinin olduğuna da sözarası işarə vurur. 
23  sentyabr  1857-ci  ildə  Qafqaz  canişinliyinin  dəftərxana  direktoruna 
yazdığı  məruzədə  M.F.Axundovun  əlifba  məsələsində  necə  israrlı  və  qətiyyətli 
olduğu üzə çıxır: “Müsəlmanların ədəbiyyatını ağır vəziyyətdə saxlayan əlifbanın 
həmişəlik bir maneə kimi yaşamasına imkan vermək olmazdı. Hətta 500 il bundan 
sonra  olsa  belə  bu  əlifbada  mütləq  bir  dəyişiklik  əmələ  gətirmək  lazımdır.  Ancaq 
mən belə bir dəyişikliyi tezliklə icra etmək qərarına gəldim; bütün nöqtələri atdım, 
indiyə qədər  yazılmayan sait  hərfləri əlifbaya daxil etdim.  Onların hər birisi üçün 
gözəl şəkillər ixtira etdim. Əlifbanı çatışmayan hərflərlə tamamladım, hərflərin hər 
birisi üçün nöqtələrin köməyi olmadan xüsusi bir şəkil tapdım, danışmaq və ifadəni 
aydınlaşdırmaq  üçün  bir  neçə  lazımi  durğu  işarəsi  yaradaraq  düzgün  yazmaq  və 
yazını asan üsul ilə öyrətmək üçün qaydalar göstərdim və bu yol ilə də ərəb, fars və 
türk  dilləri  üçün  yeni  bir  əlifba  tərtib  etdim  ki,  öz  xüsusiyyəti  etibarilə  köhnə 
əlifbaya əsla biganə deyil və tamamilə məqsədəuyğundur” (5.səh.63). 
1857-ci ildə əlifbasını dəyişdirmək fikrini fars dilində yazdığı bir kitabçada 
əsaslandıran  M.F.Axundov  İrandan  iş  açmayacağını  görüb  1863-cü  ildə  Qafqaz 
canişininin  icazəsi  ilə  İstanbula  gedərək  Osmanlı  dövlətinin  sədr-əzəmi  Fuad 
paşayla  görüşür  və  türkcə  “Təmsilat”ı  ilə  bərabər  gəlişinin  məqsədini  də  yazılı 
olaraq  təqdim  edir.    Sədr-əzəmin  əmri  ilə  əlifbanın  dəyişdirilməsi  məsələsi 
müzakirə  edilərək  hər  cəhətdən  əlverişli  hesab  olunsa  da,  bəzi  hərflərin  bitişik 
olması  səbəbindən  çap  işində  çətinlik  yaradacağı  söylənilib  həyata  keçirilməsinə 
icazə verilmir. Bu məsələ ilə bağlı M.F.Axundov yazır: “Mən dedim ki, bu nöqsanı 
aradan qaldırmaq üçün  köhnə  islam  əlifbasında  tam bir dəyişiklik aparmaq lazım 
gəlir. Buna görə də islam əlifbasındakı hərflər, avropalıların yazısında olduğu kimi 
bitişməz  olmalıdır.  Yazı  soldan-sağa  doğru  yazılmalıdır.  Nöqtələr  tamamilə 
atılmalıdır.  Hərflərin  şəkilləri  latın  əlifbasından  seçilməlidir    və  sait  hərflərin 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə