Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

41 
 
1908-1909-cu  illərdə  “İrşad”  bağlandıqdan  sonra  Ə.Ağaoğlunun  açdığı  7 
sentyabr  1908-ci  ildən  etibarən  iki  il  fəaliyyət  göstərən  “Tərəqqi”  qəzetilə  də 
əməkdaşlıq edən M.Ə.Rəsulzadə  həbs təhlükəsi səbəbindən İrana  üz  tutur. Orada 
Səttarxan  hərəkatının  ideoloqlarından  birinə  çevrilən  M.Ə.Rəsulzadə  Avropa 
təhsili  görmüş  ziyalılarla  birgə  1910-cu  ilin  sentyabrında  İran  Demokratik 
Partiyasının əsasını qoyur və “İrane-Nov”, “İrane-ahat” kimi müasir tipli qəzetlərin 
baş  redaktoru  olur.  1914-cü  ildə  Səttar  xan  dünyasını  dəyişdikdən  sonra 
M.Ə.Rəsulzadə  “İqbal”  qəzetinin  10  noyabr  786-cı  nömrəsində  yazırdı:  “Son 
zamanlar Səttar xan unudulmuşdu. Artıq adı dillərdə dastan deyildi. Fəqət bir vaxt 
var idi ki, bu ism günün mövzusunu təşkil ediyordu. Avropa qəzetləri belə Səttar 
xan ismini Qarribaldi ilə bərabər tutuyorlardı. İştə bu vaxtilə İran Qaribaldisi olan 
zat ölmüşdür” (71.səh.423). 
İran  istibdadının  təzyiqi  ilə  Türkiyəyə  mühacirət  edən  M.Ə.Rəsulzadə 
Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  Yusif  bəy  Akçuraoğlu  (1876-1935),  Ziya  Gök  Alp 
(1876-1924)  ilə  birlikdə  milli  ideyaların  daşıyıcısı  sayılan  “Türk  ocağı”  
cəmiyyətində  çalışmış,  1911-ci  ilin  noyabrından  fəaliyyət  göstərən  “Türk  yurdu” 
jurnalının  fəal  müəlliflərindən  olmuşdu.  Məhz  Rəsulzadənin  iradəsi  və  təkidi  ilə 
1911-ci  ilin  oktyabrından  keçmiş  hümmətçilər  –  Tağı  Nağıyev  və  Abbasqulu 
Kazımov  Bakıda  “Müsavat”ın  ilk  özəyini  yaradırlar.  1913-cü  ildə  Romanovlar 
sülaləsinin  300  illiyilə  bağlı  əfv  fərmanından  sonra  vətənə  qayıdan  Rəsulzadə 
“Müsavat”ın  rəhbərinə  çevrilir.  Fevral  inqilabına  qədər  6  illik  gizli  fəaliyyət 
göstərən  “Müsavat”  nəhayət,  15  aprel  1917-ci  ildə  Türk-Ədəmi  mərkəziyyət 
partiyası ilə birləşərək güclü siyasi platforma təşkil edir.  
16  sentyabr  1914-cü  ildən  şair-publisist  Əliabbas  Müznibin  (1882-1938) 
redaktorluğu  ilə  nəşr  olunan  “Dirlik”  jurnalında  M.Ə.Rəsulzadənin  istiqlal 
məqalələrində  xalqı  “türk”,  “tatar”    deyil,  məhz  azərbaycanlı  kimi  təqdim  etməsi 
sadəcə  genetik  kodlar  üzərində  yox,  geopolitik  azərbaycançılıq  zəminində 
yaranacaq “Müsavat dövlətçiliyi”nin ideoloji təməli idi.  
Y.V.Çəmənzəminli  Cümhuriyyət  dövründə  qələmə  aldığı  “Biz  kimik  və 
istəyimiz nədir?”  məqaləsində iqtidarda olan “Müsavat” partiyasının əsl məqsədini 
açıqlayır: “Rusların hakimiyyəti bizi dəxi də pis hallara  gətirdi: ixtiyarımızı əlinə 
alıb  bizi  həm  torpaqlarımızdan,  həm  də  millətimizdən  məhrum  qılmaq  istədi, 
vətənimizi  rus  köçərilərilə  doldurdu.  Böylə  olan  surətdə  bizim  üçün  ən  vacib 
məsələ  Azərbaycanın  hakimiyyətini  öz  əlimizə  almaqdır.  Bu  isə  istiqlal  ilə  olur. 
Odur ki, Azərbaycanın istiqlalı firqəmizə ələm olmuşdur. Türk ədəmi-mərkəziyyət 
firqəsi  “Müsavat”ın  əsl  məqsədi  də  bundan  ibarətdir.  Ola bilsin  ki,  öz  ixtiyarımız 
öz  əlimizə  düşdükdə  ədalətsizlik  baş  versin.  Ədalətsizliyi  yox  etmək  üçün 
Azərbaycan  hakimiyyəti  gərək  xalqın  öz  istədiyi  adamların  əlinə  keçsin.  Ta  ki, 
milli  idarə  xalqın  xahişi  olub  camaətin  hər  bir  sinfinin  ehtiyacını  nəzərə  alsın” 


42 
 
(16.səh.9).  Göründüyü  kimi,  analitik  düşüncə  tərzinə  malik  Y.V.Çəmənzəminli 
yalnız  demokratiya  mühitinə  müəssər  olan  hakimiyyətin  ötəriliyini,  dövlətçiliyin 
isə əbədiliyini önə çəkirdi. 
Maarifçilik  istiqamətində  bərqərar  olmağa  başlamış  ədəbi-bədii  dili  və 
ictimai-siyasi  mətbuat orqanları  ictimai fikir tariximizdə mühüm əhəmiyyət kəsb 
etməklə teatr  sahəsində də bu işığın sönməsinə imkan  vermirdilər. Məhz  maarifçi 
mətbuatın 
yaratdığı 
ideyaların 
dövrün 
qlobal 
problemlərinə 
tətbiqi 
dramaturgiyamızda da bu mövzuların bədii həllinin tapılmasına təkan verdi.  
1892-ci ildə Qoqolun “Müfəttiş” əsərini dilimizə tərcümə edib “Qorodniçi” 
rolunda  səhnəyə  çıxmış  N.Nərimanovun  (1870-1925)  1894-cü  ildə  yazdığı 
“Nadanlıq”  adlı  ilk  əsərində  “Güclə  deyil  ki,  müəllimi  bu  ölkədə  düşmən  hesab 
edirlər”  (64.səh.21)  –  deyən  kənd  müəllimi  Məhəmməd  ağanın  dilindən  səslənən: 
“İş adam olmaqdadır. Nə üçün bəs Amerika padşahlığında kənd adamları əllərində 
qəzet, cüt sürürlər” (64.səh.23). “Yeri elmə müvafiq şumlamaq və nə tövr kotanla 
əksən  taxıl  yaxşı  çıxar  –  bunların  hamısı  kitablarda  yazılıbdır”  mətnləri  digər 
ölkələrin əldə etdiyi mütərəqqi dəyərlərin tətbiqi kimi maarifçiliyi birbaşa təqdim 
edir. Əsərin finalında kənd ağsaqqalı Hacı Abdullanın savadlı oğlu Ömərin: “Məni 
nadanlıq,  avamlıq,  bimərifətlik  güllələdi...  Bunlar  hamısı  adamı  heyvan  edərmiş. 
Ah  nadanlıq!”  (64.səh.55)  sözləri  ideyası  uğrunda  canından  keçən  faciə 
qəhrəmanının üsyanıdır.  
“Əliqələmli  müsəlman  ziyalıları  haqqında  bir  neçə  söz”  məqaləsində 
N.Nərimanovun  “Məqalələr kimin  üçün  və  nə  məqsədlə  yazılır?  Əgər iyirmi-otuz 
nəfər  oxumuş  müsəlmanlardan  ötrü  yazırlarsa,  biz  bu  yazan  cənabları  inandıra 
bilərik  ki,  oxumuş  müsəlmanlar  müzakirə  edilən  bu  məsələləri  həmin  məqalə 
sahibləri  qədər  yaxşı  anlayırlar.  Əgər  möhtərəm  müəlliflər  haman  sinfi  nəzərdə 
tuturlar  ki,  bu  məzmunda  olan  məqalələrin  onlar  üçün  doğrudan  da  əhəmiyyəti 
vardır. Onda biz cəsarət edib bu zəhmətin tamamilə  faydasız olduğunu təsdiq edə 
bilərik”  (64.səh.239)  fikirlərində  məqsəd  Azərbaycan  adlı  bir  evin,  dolayı  yolla 
desək  tavanının  deyil,  döşəməsini  qaldırmaqdan  ibarətdir.  N.Nərimanovun 
məqalələrindən əlavə nəsr əsərlərində də publisistik vüsət olduqca güclüdür. 
1900-cü  ildə  çap  olunmuş,  1915-ci  ildə  müəllifin  özü  tərəfindən 
səhnələşdirilmiş  “Bahadır  və  Sona”  romanında  qəhrəmanın  dilindən  səslənən: 
“...xristian  aləmində  ruhanilər  elmlərə  düşmən  olublarsa  da,  fəqət  padşahlar  və 
dövlət ruhanilərlə müdam müharibədə bulunublar (...). Xristian aləmi müdam belə 
bir  müharibədə  olaraq  özünü  ruhanilərin  zəncirindən  yavaş-yavaş  xilas  edib. 
Müsəlman  aləminə  diqqət  edərsəniz  isə  bu  müharibəni  görməzsiniz.  Padşah  həm 
ruhani-xəlifə  olub,  həm  də  dövlətin  yol  göstərəni”  (61.səh.171)  fikirləri  tarixən 
maarifçiliyə əngəl olan qlobal problem kimi göstərilir. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə