Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə21/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

43 
 
“Bir  kəndin  sərgüzəşti”  hekayəsində  isə  müəllif  demokratiya  yolunda 
əngələ çevrilən, feodal əxlaqına  xas olan avtoritarlığa qarşı çıxır.  Əsərdə  məhəllə 
adları  kimi  təqdim  olunan  Naməlsəm  və  İnmirəni  tərsinə  oxuduqda  söhbətin 
müsəlman  və  ermənidən  getdiyi  məlum  olur.  Qonşularından  fərqli  olaraq  yalnız 
ağsaqqal  sözü  ilə  durub-oturan  müsəlmanların  qarşılaşdığı  probelmlər  kəskin 
boyalarla  göstərilir.  İnzibati-amirliyin  daşıyıcısı  olan,  var-dövləti  başından  aşan 
Əmini  qonşular  da  “canı-dildən  tərif  edirdilər:  “Siz  xoşbəxtsiniz  ki,  Əmi  kimi 
böyüyünüz var” deyirdilər. Naməlsəm camaəti də bu sözləri eşidib deyirdi ki: “Gör 
Əmi  necə  ağıllı,  fərasətli  adamdır  ki,  rəqiblər  də  onu  böyük  hesab  edirlər”  (...). 
Ortalığa ən mühüm bir məsələ gələndə Naməlsəm camaatı heç bir vaxt yığılıb onu 
müzakirə  etməzdi  və  etməyə  də  ehtiyac  yox  idi;  çünki  yüz  baş  bir olsa  idi,  yenə 
əminin  başı  kimi  olmazdı”  (63.səh.249).  Hekayədə  gündən-günə  həyasızlaşan 
qonşular  arvad-uşağa  belə  sataşdıqda  adamları  sakitləşdirən  Əmi  qubernatorun 
yanına  gedib  məsələni  həll  edəcəyinə  söz  verir.  “Doğrudan  da  sabahı  gün  Əmi 
şəhərə  getdi.  Alver  edib  kəndə  qayıtdı.  Qubernatoru  nəinki  görmədi,  hətta 
qorxusundan  qubernator  olan  küçədən  də  keçmədi...”  cümlələri  bütövlükdə 
“əmiçiliyə”  qarşı  ünvanlanaraq  avtoritarlığın  doğurduğu  mifləşdirmənin  reallıqla 
qarşılaşdırmada sabun köpüyü kimi əridiyini təsdiq edir. 
Yüksək təfəkkür tərzinə malik, xalqına dərindən bağlı olan N.Nərimanovun  
şəxsi  taleyi  də  dramatik  oldu.  1906-cı  ildə  RSDFP  proqramını  dilimizə  tərcümə 
etmiş, 1917-ci ildən bolşevik “Hümmət” təşkilat komitəsinin sədri, 1919-cu ildən 
RSFSR  Xarici  İşlər  Nazirliyinin  Yaxın  Şərq  şöbəsinin  müdiri  və  Milli  işlər 
komissarının müavini, 1920-ci ildən Azərbaycan XKS sədri Nərimanovun maarifçi 
ideyalarının  real  həyata  tətbiqi  onun  19  mart  1925-ci  ildəki  müəmmalı  ölümü  ilə 
yarımçıq qaldı.  
“Mən  millətimi  sevirəm, çünki anamı  sevirəm”  deyən, öz  xalqına  ürəkdən 
bağlı  olub  onu  işıqlı  gələcəyə  yönəltmək  istəyi  ilə  çırpınan  Nərimanovun 
mütləqiyyətlə  mübarizə  yolunda  inqilabi  ideyalara  üstünlük  verməsi  yetmiş  illik 
zaman kəsiyində zahirən uğurlu görünsə də, əslində özünün əsl mahiyyətini bütün 
çılpaqlığı  ilə  göstərdi.  Hələ  yarandığı  dövrdə  inqilabi  ideyaların  maarifçilər 
tərəfindən  rədd  edilməsi  tədqiqatçı  O.Bayramlının  müqayisəsində  özünü  göstərir: 
“Nərimanov  azadlığa  çıxmağın  yolundan  danışarkən  “davasız  vətən  yüz  illərlə 
bəslədiyi  məqsədinə  çatmayacaq”  deyə  xalqı  rus  inqilabçılarının  silahlı  mübarizə 
yoluna çağırırdısa, Ə.Hüseynzadə onu bu yoldan çəkindirərək “qılınc deyil, siyasət 
lazım,  lisan  deyil,  əhli-maarif  lazım”  –  deyə  onları  milli  tərəqqi  uğrunda  mənəvi 
təkamül yoluna çəkirdi” (33.səh.31) – deməklə tədqiqatçı o dövrün iki ən görkəmli 
nümayəndəsinin  əqidə  fikrini  müqayisə  edərək  ictimai  fikir  tariximizdə  mövcud 
olmuş maarifçi ideyanın bəşəriliyini və humanizmini önə çəkir. 


44 
 
XX  əsrin  əvvəllərindən  geniş  vüsət  alan,  haqq-ədalətin  bərpası  yolunda 
qlobal  fəaliyyət  göstərən  maarifçilik  ideyaları  siyasi  və  mədəni  sahələrlə  yanaşı, 
iqtisadi  mövzuları  da  qabardırdı.  Bu  prosesdə  romantizm  ideyalarının  müəllifləri 
hesab olunan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və Həsən bəy Zərdabinin 
kürəkəni  Əlimərdan  bəy  Topçubaşovun  7  iyun  1905-ci  ildə  yaratdıqları  “Həyat” 
qəzetilə maarifçilik sahəsində də göstərdikləri fəaliyyət cəsarətin timsalına çevrildi. 
Qəzetə  senzura  nəzarəti  yerli  məmurlardan  Bakı  Quberniya  idarəsinin  katibi 
A.Atamalıbəyova  həvalə  olunsa  da,  mövcud  məhdudiyyətlər  sərbəst  fəaliyyətə 
imkan  vermirdi.  Qəzetin  sahibi  H.Z.Tağıyevin,  redaktorları  –  Ə.Ağaoğlunun  və 
Ə.Hüseynzadənin  imzaları  ilə  Vorontsov-Daşkova  göndərilən  teleqramda  ona 
“bütün Qafqazın rifahı naminə qüvvə və can sağlığı arzulanması” ziyalıların zahiri 
etiketi  idi.  Əslində  isə  müsəlmanlıq  və  türkçülüyə    şərəflə  xidmət  edən  “Həyat” 
qəzeti ictimai fikrin məhz bu istiqamətdə formalaşması üçün çalışırdı.  
Bu  dövrdə  sənayedə  əsaslı  kapital  qoyuluşu  olmadığından  yerli  neft 
sənayeçilərinin emal müəssisələri açmağa gücləri çatmadığından, mədənləri gəlmə 
kapitalistlərə  satdıqları  səbəbindən  istehsal  tədricən  xarici  inhisarların  əlində 
cəmləşirdi.  “Həyat”  qəzeti  14  avqust  1905-ci  il  50-ci  sayında:  “Milyoner  olmaq, 
xalqa gün ağlamaq əvəzinə çekan qızılından daha qiymətli olan neftin mədaxilini 
əcnəbilərin  əlinə  verib  az  pula  qane  olan  yerli  sahibkarlar”  (13.səh.8)  qınanır  və 
qeyrət  göstərməyə,  öz  əmlakımızı  əllərə  verməməyə  çağırılırdı.  Qəzet  neftdən 
gələn  gəlirin  xalqa  deyil,  mərkəzi  xəzinəyə  də  mənfəət  gətirməsini  açıq-aydın 
yazırdı.  “Həyat”  qəzeti  14  aprel  1906-cı  il  80-ci  sayında  çar  hökumətinin 
sərəncamları ilə Abşeron kəndlərinin torpaqlarının qanunsuz olaraq zəbt olunması 
və  dövlətin  əlinə  keçirilməsi,  “camaatın  evlərinin  viran  edilib  özlərinin  dərbədər 
salınması”,  mənfəət  naminə  dövlətin  vətəndaşa  zülm  etməsi  cəsarətlə  tənqid 
edilirdi. Qəzet 16 aprel 1906-cı il 82-ci nömrəsində yazırdı: “Əlli il bundan qabaq 
başlanan neft işləri gündən-günə tərəqqi edib hal-hazırda elə bir dərəcəyə yetişibdir 
ki, Avropa bazarlarında amerikalılar ilə rəqabət edir və Rusiya hökumətinə ildə yüz 
milyonlarla xeyir verir” (13.səh.7). Neft istehsalı ilə bağlı yüksək gəlir gətirən əsas 
vəsaitlər istehsal edən zavodların belə “Peterburqda oturub zəhmətsiz qazanc  əldə 
edən” kapitalistlərin əlində cəmləşməsi ziyalıları narahat edirdi. 
Neft sənayesinin kortəbii inkişafı xırda müəssisələrin inkişafına, on minlərlə 
fəhlənin  işsiz  qalmasına  səbəb  olur  və  bu  qarışıqlıqdan  istifadə  edən  gəlmə  iş 
adamları  asanlıqla  həmin  müəssisələrin  aksiyalarına  sahib  olurdular.  Tanrının 
iradəsiylə qismətinə düşmüş neftin gəlirinin hüquqi cəhətdən guya əsaslandırılmış, 
fırıqdaqlar  yolu  ilə  zəhmətsiz  gəlir  götürmək  istəyən  əcnəbilərin  əlinə  keçməsi 
ziyalılarımızı  olduqca  narahat  edirdi.  Lakin  buna  baxmayaraq  kapitalın 
təmərküzləşməsi sayəsində “Nobel qardaşları”, “Şell” və “Oyl” kimi xarici inhisar 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə