Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə23/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

47 
 
realizmin  nadanlığa,  cəhalətə  hədsiz  nifrəti  istər-istəməz  romantizmə  də  təsir 
göstərdi.  Tənqidi  realizmi  maarifçiliklə  qovuşduran  nöqtə  isə  məhz  sakini 
vətəndaşa çevirmək istəyi, ideyası idi. Tənqidi realizm zaman həddini gözləmədən 
inqilabi  sıçrayışlara  üstünlük  versə  də,  maarifçilik  ictimai  ətaləti  nəzərə  alıb 
təkamül  yolunu  üstün  tuturdu.  Deməli,  tənqidi  realizmin  özündə  də  maarifçilik 
məqsədləri  güdülür,  izlənilirdi.  Müqayisəli  təhlil  metodu  isə  dünyəvi  kontekst 
baxımından  gecikmiş  maarifçiliyin  real  tarixi  şəraitdə  qarşıya  çıxan  vəzifələrə 
uyğun  tənqidi  realizmə  uduzduğunu  təsdiq  edir.  Maarifləndirməyin  vacibliyi 
danılmaz  olsa  da,  tarixi  sıçrayışlar  “öküzü  buynuzlarından”  tutmağı  tələb  edirdi. 
Milli  mənəvi  dəyərlərdən,  etik  əxlaqı  normalardan  doğan  sosial  məsuliyyətlə 
yanaşı, tarixi zərurətin yaratdığı məqamda ictimai mübarizə detallarını tətbiq etmək 
artıq dövrün tələbi idi. Məhz bu tələb ziddiyyətli bir dövrdə belə qurtuluş, azadlıq 
və istiqlal ideyalarının həyata davamlı olduğunu sübut etdi. 
M.F.Axundovun  təməlini  qoyduğu  maarifçi  demokratiya  Azərbaycanda  
azadlıq  və  istiqlal  ideyalarının  bərqərar  olmasına  şərait  yaratdı.  Bu  ideyaların 
həyata keçirilərək reallığa tətbiq olunmasında müstəsna xidməti olanlardan biri də 
görkəmli ictimai-siyasi xadim Məhəmməd Həsən Hacınski olmuşdur. 
 
GƏNC MAARİFÇİ-DEMOKRAT 
 
1972-ci  ilin  yazında  Misirə  ticari    səfər  edən  cod  xasiyyətli  Bakılı  tacir 
Cəfər Qulu Hacızadə Qahirə şəhərində görüb bəyəndiyi mülayim təbiətli ərəb qızı 
Fatimə ilə evlənib onu da özü ilə doğma şəhərə gətirir. Bir il sonra Zibeydə, 3 mart 
1876-cı  ildə  isə  Məhəmməd  Həsən  dünyaya  gəlir.  Mühafizəkar  dindar  olan 
Cəfərqulu  kişi  yeganə  oğlunu  dükanda  işlədərək  onun  orta  təhsil  almasını  belə 
istəmir,  yalnız  Quran  oxumaqla  kifayətlənməsini  tövsiyyə  edirdi.  Lakin  anasının 
təkidləri  sayəsində,  atasının  iradəsinin  əksinə  olaraq  1887-ci  ildə  Bakı  Realnı 
Məktəbinə  daxil  olan  Məhəmməd  Həsən  dəqiq  elmlər  sahəsində  fitri  istedadı  ilə 
fərqlənir.  O,  boş  vaxtlarını  bibisi  Minabəyim  xanımın  evində  yerləşən,  1  avqust 
1894-cü  ildə  N.Nərimanovun  açdığı  kitabxananın  qiraətxanasında  keçirirdi. 
M.Hacınskinin bibisi oğlu, sonralar “Molla Nəsrəddin” jurnalının korrektoru olmuş 
Əli  İsgəndər  Cəfərov  (1875-1941)  isə  bu  qiraətxanaya  rəhbərlik  edirdi.  Müxtəlif 
ölkələrin  nəşriyyat  və  qəzet,  jurnal  redaktorlarına  məktub  yazan  Nərimanov 
kitabxananın  yaranması  üçün  kömək  istəyirdi.  Tezliklə  dünyanın  bir  çox 
ölkələrindən  qəzet  və  jurnallar  kitabxanaya  gəlməyə  başladı.  Tədqiqatçı 
M.Qazıyevin  yazdığı  kimi:  “Nərimanovun  dostu  Ə.Cəfərzadə  kitabxananın 
direktoru təyin olundu. Ancaq kitabxananın yaranması üçün N.Nərimanov elə fəal 
təsir göstərmişdi ki, ona “Nərimanov kitabxanası” adı verildi” (106.səh.12). 


48 
 
S.M.Qənizadənin  xatirələrindən  görünür  ki,  “Əli  İsgəndər  Cəfərzadənin 
Pozinovski  (Engels)  (İndi  isə  Cəfərov  qardaşları  adlanan)  küçəsində  yerləşən 
evindəki  mənzilində  yığışan  mütərəqqi  ziyalılar,  müəllimlər  sosial,  siyasi,  maarif, 
ədəbiyyat  və  sənət  söhbətləri  aparırdılar.  Nərimanov  isə  öz  əsərlərindən  parçalar 
oxuyurdu”  (162).  Qeyd  edək  ki,  N.Nərimanov  o  dövrdə  Bakıda  olarkən  yaxın 
dostu Əli İsgəndər bəyin evində yaşayırdı. Əli İsgəndər bəy qiraətxanaya rəhbərlik 
etməklə yanaşı, paralel olaraq şəhər Mixaylovski məktəbini bitirib azərbaycan dili 
müəllimi  ixtisasına  da  yiyələnmişdi.  1920-24-cü  illərdə  Xalq  Maarif 
Komissarlığında  nəşriyyat  şöbəsinin  müdiri  olan  Ə.İ.Cəfərov  özünün  “Əli  bəy 
Hüseynzadə”,  “Həsən  bəy  Məlikov”,  “Tac-Mahal”  məqalələrini  çap  etdirmiş, 
həmçinin M.Ə.Sabirin “Hophopnamə”sinin ilk nəşrinin tərtibatçısı olmuşdu. 1924-
32-ci  illərdə  Azərnəşrdə  uşaq  ədəbiyyatı  və  istehsal  şöbələrinin  müdiri  və  texniki 
redaktoru  kimi  çalışmış  Ə.İ.Cəfərov  1932-39-cu  illərdə  Azneftdə  kadr  şöbəsinin 
rəisi  olmuşdu.  Mart  qırğınlarında  “İsmailiyyə”  binasının  yandırılması  ən  qiymətli 
tarixi  sənədlərin  məhvinə  səbəb  olmuşdu  ki,  bu  da  ziyalılara  olduqca  ağır  təsir 
göstərmişdir.  Cümhuriyyət  dövründə  bu  binanın  yenidən  bərpası  işinə 
M.H.Hacınski rəhbərlik etmiş, Əli İsgəndər Cəfərovun qardaşı, inşaatçı-mühəndis 
Məmməd  Cəfər  Cəfərov  isə  iş  icraçısı  vəzifəsini  yerinə  yetirmişdi.  Məmməd 
Cəfərin  Ə.Müznib  və  Ə.Vahidlə  yaxın  dostluq  əlaqələri  də  olub.  Hətta  dostu 
Məmməd  Cəfəri  Mişa  deyə  çağıran  Ə.Vahid  ona  “Mişa  piyandı,  şapkası  yandı” 
sözlərini də qoşubmuş.  
28 aprel 1895-ci ildə Bakı Realnı Məktəbinin 7-ci sinif şagirdi Məhəmməd 
Həsən Cəfər  
Qulu  Hacınskinin  Rusiyada  təhsilini  davam  etdirməsi  üçün 
təqaüdçülər  siyahısına  salınması  barədə  xahişi  Azərbaycan  Respublikası  Dövlət 
Arxivində  saxlanılır  (145).    O,  həmin  ilin  yayında  Sankt-Peterburqa  gedib  I 
Nikolay  adına  Texnoloji  İnstitutun  tikinti  mühəndisliyi  fakultəsinə  qəbul  olunur. 
Sənədlərdən  göründüyü  kimi,  əlavə  olaraq  kimya  ixtisası  üzrə  dərslərdə  iştirak 
etmək üçün icazə alan M.Hacınski tələbələrin ictimai həyatında da yaxından iştirak 
edir. 29 oktyabr 1900-cü il “Kaspi” qəzetinin 227-ci sayındakı: “27 oktyabr 1900-
cü  ildə  Sankt  Peterburqda  təhsil  alan  imkansız  Qafqazlı  müsəlman  tələbələrə 
kömək məqsədilə gecə keçirilir. Köməklik göstərmək istəyənlər maliyyə yardımını 
Texnoloji İnstitutun tələbəsi M.Hacınskinin ünvanına göndərə bilərlər” (129) elanı 
onun qazandığı nüfuz və etibardan xəbər verir.  
Sankt-Peterburqda  təhsil  müddətində  Məhəmməd  Həsən  qonşuluqdakı 
molla  Talıbın  nəvəsi,  mükəmməl  ev  təhsili  görmüş,  1885-ci  il  təvəllüdlü  Səadət 
xanımla  ara-sıra  məktublaşır.  Podaratçı  kimi  varlılar  üçün  mülklər  tikdirən  molla 
Talıbın oğlu Balakişi arvadı Balacaxanımın vaxtsız ölümündən sonra yeganə qızını 
babasının  himayəsində  qoyub  daim  tikinti  materialları  gətirmək  üçün  uzaq 
səfərlərə  gedirdi.  O,  Sibirdən  ağac  materialları,  İrandan,  Türkiyədən  mərmər, 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə