Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə24/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

49 
 
İtaliyadan  heykəltəraşlıq  nümunələri,  varlı  ailələrin  sifarişi  ilə  digər  Şərq 
ölkələrindən  ekzotik  bitki,  heyvan  və  quşlar  da  gətirərdi.  Suraxanski 
(Ç.Mustafayev)  küçəsindəki  zəngin  mənzildə  müxtəlif  cənnət  quşları  ilə  əhatə 
olunmuş  Səadət  xanım  məharətlə  atasının  onun  üçün  məxsusi  İtaliya  səfərlərinin 
birindən gətirdiyi qoşa gümüş şamdanlı fortepianoda ifa edirdi.  
18  iyul  1902-ci  ildə  1286  saylı  diplomla  təhsilini  başa  vuraraq  Bakıya 
qayıdan Məhəmməd Həsən Səadət xanımla nişanlanır və qızın yaxın qohumlarının 
təkidi  ilə  kəbin  kəsilərək  bu  məsələ  rəsmiləşdirilir.  Gümüş  şamdanlı  fortepianonu 
da  cehiz  kimi  ər  evinə  gətirən  Səadət  xanım,  “Pəncərədən  daş  gəlir”  sevimli  xalq 
mahnısını  oxuyan  Məhəmməd  Həsəni  şövqlə  müşayiət  edirdi.  Bir  neçə  gündən 
sonra  isə  Məhəmməd  Həsən  bəy  Moskvadan,  milyonçu  Şəmsi  Əsədullayevin 
(1840-1913)  işlər  müdirindən  aldığı  dəvətə  əsasən  oraya  gedib  neftayırma 
zavodunun tikintisində çalışmağa başlayır. 1902-ci ilin yayında Məhəmməd Həsən 
bəyin  təsirilə  bibisi  oğlu,  1885-ci  il  təvəllüdlü  Məmməd  Yusif  Cəfərov  uğurla 
imtahan  verib  Moskva  hüquq  fakultəsinə  qəbul  olur.  Məmməd  Yusifin  atası 
Hacıbaba  savadlı  mirzə  olsa  da,  oğlunun  təhsil  haqqını  ödəyə  bilmədiyindən 
ailənin gümanı yalnız tələbələrə toplanılan yardımlara qalır. Yardımlar isə sistemli 
şəkildə olmadığından doğma yurddan uzaqda təhsil alan tələbələr bir çox hallarda 
çətinliklərlə üzləşirdilər.  
20  mart  1903-cü  ildə  Novruz  bayramı  münasibətilə  doğma  Bakıda  olan 
gənc  mühəndis  M.Hacınski  Avropa  və  Rusiyada  təhsil  alan  kasıb  müsəlman 
tələbələrə  yardım  kompaniyalarında  da  yaxından  iştirak  edir.  22  mart  1903-cü  il 
“Kaspi” qəzetinin 57-ci sayındakı elanda: “Novruz bayramı münasibətilə tələbələrə 
H.Məlikov beş, M.Hacınski beş, Peterburq Dağ Mədən İnstitutunu bitirmiş Fərrux 
bəy  Vəzirov  isə  iyirmi  beş  manat  yardım  etmişdir”  (132)  məlumatı  artıq  onun 
dostlarının Həsən bəy Zərdabi kimi xeyriyyəçinin tutduğu yolu davam etdirdiyinə 
işarədir.  
Məhəmməd  Həsən  bəy  Hacınskinin  şəxsi  arxivində  saxlanılan  min  bir 
əziyyətlə sürgünlərdə belə qorunub bu günümüzə gəlib çıxmış bir məktub o dövrün 
dəqiq mənzərəsi ilə  yanaşı, iki gəncin keçirdiyi psixoloji  məqamları da bir  əsrdən 
sonra bizlərə çatdırır: 
“Mənim mələyim, əziz Səadətim. İndi mən gecəni yatmayıb avtomaşınların 
bir çoxunu işə çıxartmışam və işçiləri də sübhədək işləməyə vadar etmişəm. Lakin 
narahatam, kiminsə yatması səbəbindən yanğın törəyə biləcəyindən, mən özüm də 
yatmayıb yuxulu-yuxulu gəzərək hamını nəzarətdə saxlayıram. 
Burada dəhşətli dərəcədə soyuq olsa da, hələ də yay plaşında olduğumdan 
bərk  soyuqlamışam.  Lakin  bunların  hamısı  müvəqqəti  çətinlikdir.  Mən  bunlara 
məhəl  qoymayıb  səbirsizliklə  sənin  oğlumla  birlikdə  yanıma  qayıdacağını 
gözləyirəm.  Bax  ha,  mütləq  oğlanla.  Əgər  qız  olsa,  hələ  üstəlik  sənə  oxşasa  onu 


50 
 
Bakıda qoy. Nədi yoxsa hirsləndin?... Eybi yoxdur, qız da olsa özünlə gətir, sənin 
doğacağın uşaq, istər oğlan olsun, istər qız, mənim üçün eyni dərəcədə sevimlidir... 
Heç özüm də bilmirəm qız istəyim yoxsa oğlan. 
Səadətim,  sən  atanla  məktublaşırsanmı?  Əgər  məktublaşırsansa,  ona 
mütləq yaz ki, Məhəmməd Həsən məni burada qoyub Rusiyaya qaçıb. Qoy bir az 
hirslənsin. Yoxsa o çox xoşbəxt yaşayır.  
Səadətim,  heç  bilmirəm,  biz  nə  zaman  görüşəcəyik.  Mən  çox  istəyirəm  ki, 
səni  də  buraya  gətirim.  Lakin  sən  hələ  uşaqsan,  həyatı  tam  anlamırsan...  İndi  də 
yəqin,  Allah  bilir  fikrinə  nələr  gəldi...başqa  cür  düşünsən  onda  mənim  barəmdə 
günaha  batarsan.  Mənim  səndən  başqa  heç  kimim  yoxdur.  Burada  yad  diyarda 
mən  xəstələnsəm,  heç  kəs  mənə  bir  içim  su  da  verməz.  Sən  mənimlə  olanda  isə 
məni sevib qayğı göstərənin yanımda olmasından hədsiz qürur duyacağam.  
Sən  elə  düşünürsən  ki,  həyatda  dürüst  adamlar  çoxdur?  Axı  bir  çox 
hallarda  adamlar  pula,  zahiri  gözəlliyə  və  daha  nəyəsə  görə  evlənirlər.  Mənsə 
sadəcə  səni  həmişəlik  sevirəm  və  sevəcəyəm!  Puluna  və  ya  zahiri  gözəlliyinəmi 
görə? Əsla yox. Heç bilirsənmi nə üçün yox? Çünki əvvəla sizdə olmayan puldan 
danışmağa dəyməz, üstəlik sənin elə  bir zahiri  gözəlliyin də  yoxdur,  əgər olsaydı 
belə  beş-altı  ildən  sonra  ondan  əsər-əlamət  qalmazdı.  Və  onda  mən  səni 
unutmalıydım. 
Bəlkə sənin qohumlarına görə evlənirəm? Fəqət Sultan Əhməd, Molla Talıb 
və  yaxud  sənin  atan  hansı  işə  yaraya  bilərlər?  Bəs  o  zaman  mən  nəyə  görə  səni 
belə ürəkdən sevirəm? Hətta həyatımdan da çox sevirəm?... Sənin həssas qəlbinə, 
sənin  dürüst  tərbiyənə  və  mənə  sədaqətinə  inandığıma  görə  əzizim.  Axı  sən  bu 
həyatda mənə doğma bacı kimi münasibət göstərirsən.  
İndi  isə  keçək  sənə.  Mənim  müşahidəmə  görə  sən  də  məni  çox  sevirsən. 
Lakin  nəyə  görə?  Xarici  görünüşüm  o  səviyyədə  deyil,  dövlətiməmi  görə?  İndi 
cibimdə cəmisi 17 rubl 33 qəpik pul var. Qohumlarıma görəmi? Vallahi ki, bilirsən 
ki,  o  da  yoxdur.  Buna  baxmayaraq  sən  məni  sadəcə  sevirsən  və  sevməkdə  davam 
edirsən.  Çünki  mən  sənə  ruhumu  vermişəm.  Bilirsən  ki,  yalnız  mənim  yanımda 
sakitlik və rahatlıq tapacaqsan. 
Hansı ki, heç tanrı sənə doğma qardaş versəydi belə, bu güvənliyi əldə edə 
bilməzdin.  İndi  mən  bu  missiyanı  daha  yüksək  səviyyədə  həyata  keçirirəm.  Çünki 
sənin bu dünyaya gəlməmiş qardaşın bu hüququ mənə etibar etmişdir. Odur ki mən 
ölsəm  də  səni  bu  dünyada  yalnız  qoymaram.  Mən  sənə  olmayan  bacını  da  əvəz 
edərəm. Bax məhz bu dəyərlərə görə biz bir-birimizi sevirik. Bu elə bir əbədilikdir 
ki, daim dünyada qalır. Nə qədər ki, mən sağam və sən sağsan yox, bizdən sonra 
da  bu  əbədilik  yaşayacaqdır.  Əksinə  zaman  keçdikcə  bu  daimilik  daha  da 
güclənəcəkdir. Bunu daha yaxınlarda uşaqlarımız reallaşdıracaqdır. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə