Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə25/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

51 
 
Səadətim,  sən  bütün  bunlar  haqqında  nə  fikirləşirsən?  Mən  anlada 
bilirəmmi?  Hər  halda  mən  səmimiyyətimlə  düşüncələrimi  vərəqlərə  köçürürəm. 
Səadətim, yəqin ki, Moskvada mənzil tutmaq bizə çətin olacaq. Yaxşı mənzil tutmaq 
imkanım azdır. Digər tərəfdən indi mənzil tutsam, onda bir neçə ayın pulunu boş 
yerə ödəməliyəm. Mən isə sənsiz orada yaşamayacamsa boş mənzilə görə ayda 60 
rubl  verməyə  heyfim  gəlir.  Ancaq  bu  ay  xərcim  çox  olduğundan  indi  çətinlikdə 
yaşasam  da,  sənin  gəlişinədək  müəyyən  qədər  pul  toplamaq  fikrindəyəm  ki, 
yanında  üzüm  ağ  olsun.  Gecələr  də  çalışıram  ki,  maaşım  250  rubla  çatsın    və 
üstündən xərcləməyim. Əgər mən hər ay 250 rubl yığa bilsəm, sən gələnədək 750 
rubl olar... Əgər sənə pul lazımdırsa yaz mən sənə göndərərəm... 
Görürsən də məktub deyəsən uzun alındı. Bütün yazdıqlarımı bir səhər, bir 
axşam  təkrar-təkrar  oxu...  Əllərindən  öpürəm  Səadətim,  səni  iki-üç  ay 
görməyəcəyimi bilsəydim, heç olmasa fotoşəklini götürərdim. 
Sənsiz çətin dözən Məhəmmədhəsən. 26 noyabr 1903-cü il” (163.1). 
1  yanvar  1903-cü  ildən  Moskvadakı  işindən  uzaqlaşan  M.Hacınski  Bakıya 
qayıdır. Bir neçə  ay Ş.Əsədullayevin Bakıda  və  Volqaboyundakı  neft anbarlarına 
nəzarət edən idarədə çalışır. 
 
VİCDANLI MƏMUR 
 
26  aprel  1903-cü  il  “Kaspi”  qəzetinin  91-ci  sayındakı:  “”Şəhər  idarəsi  səs 
çoxluğu  ilə  memarlıq  üzrə  iki  boş  vəzifəni  tutmaq  üçün  verilən  on  bir  iddiaçı 
arasından  Hacınskini  və  Ter  Qriqoryantsı  seçmişdir”  (133)  elanından  göründüyü 
kimi,  M.Hacınski  özünün  peşəkar  fəaliyyətində  də  müvəffəqiyyət  qazanırdı.    Az 
bir  zamanda  Bakı  Şəhər  İdarəsində  tikinti  şöbəsinin  rəhbəri  olan  M.Hacınski 
şəhərin  abadlaşdırılması  və  yenidən  qurulması  sahəsində  mühüm  işlər  görür. 
Görülən işlər arasında şəhərin içməli su ilə təmin olunması məsələsi M.Hacınskini 
daha  çox  narahat  edirdi.  Hələ  1891-ci  ildə  Kürdən  şəhərə  su  çəkilməsi  məsələsi 
qoyulsa da, təmizləyici qurğuların bəsitliyi səbəbindən, həm də mənsəbindən digər 
şəhərlərin  kanalizasiya  sisteminə  xidmət  edildiyindən  bu  çaydan  istifadə 
möminlərin qəti etirazına səbəb olmuşdu. Sonrakı dövrdə məxsusi dəvət olunmuş 
ingilis  mütəxəssisi  V.V.Lindley  Böyük  Qafqaz  dağları  ərazisindən  şəhərə  su 
çəkilməsinin  daha  münasib  olduğunu  rəsmi  sənədlərlə  Şəhər  Dumasına  təqdim 
etmişdi.  
22  oktyabr  1903-cü  ildə  Bakı  əhalisinin  bir  gün  ərzində  siyahıya  alınması 
həyata  keçirilərək  su  problemləri  ilə  bağlı  digər  sənədlərlə  birgə  Peterburqa 
göndərilir. Müsbət  həllini tapan su kəmərinin tikintisinə  cəmisi bir neçə  ay sonra 
başlanılsa da, 1905-07-ci illər inqilabı bu işi də yarımçıq qoyur. 


52 
 
1903-cü  ilin  payızında  Məhəmməd  Həsən  bəylə  Səadət  xanımın  ailəsində 
dünyaya gələn ilk oğlan uşağının adı igid Qafqaz qartalının şərəfinə Şamil qoyulur. 
Artıq bu dövrdən gizli siyasi fəaliyyətlə də məşğul olan “M.Hacınski 1904-cü ilin 
sonunda  əqidə  dostları  Mir  Həsən  Mövsümov  (1882-1907),  Məhəmməd  Əmin 
Rəsulzadə  (1884-1955)  ilə  birlikdə  RSDFP  Bakı  komitəsi  nəzdində  “Hümmət” 
müsəlman sosial demokrat təşkilatını və bir il ərzində cəmisi altı sayı nəşr olunan 
eyni  adlı  qəzeti  yaradır”  (122).  Həmin  dövrdə  yaranan  sosial  ideyalarla  yanaşı, 
əsasən Əli bəy Hüseynzadənin yaratdığı, türkçülük zəminində milli özünüdərketmə 
prinsipləri  də  meydana  çıxırdı.  İstiqlal  tarixçimiz  Mirzə  Bala  Məmmədzadənin 
yazdığı kimi: “Hələ 1904-cü ildə Misirdə çıxan “Türk” qəzetində türk birliyi, hətta 
panturanizm ideyasını ortaya atan Əli bəy 1905-ci ildə Bakıda çıxardığı “Həyat”da 
çap  etdirdiyi  “Türklər  kimdir  və  kimlərdən  ibarətdir?”,  “Bizə  hansı  elmlər 
lazımdır?”, “Yazımız, dilimiz, birinci ilimiz” kimi məqalələrlə türklərin irq və lisan 
etibarilə  bir  millət  olduğunu,  bir  vəhdət  təşkil  etdiyini,  bu  millətin  müasir  elmləri 
alaraq  müasirləşmək  məcburiyyətində  bulunduğunu  isbat  edərək,  “türkləşmək, 
islamlaşmaq və avropalaşmaq” kimi üçhədli düstur irəli sürürdü” (57.səh.22). 
1905-ci 
ildən 
N.Nərimanov, 
S.M.Əfəndiyev,  M.Əzizbəyov  kimi 
inqilabçıların  artıq  üzv  olduğu  bu  təşkilat  1906-cı  ilin  dekabrından  “Təkamül” 
qəzetini çıxarmağa başlayır.  
8  mart  1905-ci  ildə  beş  min  rubl  əmək  haqqı  ilə  dörd  il  müddətinə  şəhər 
idarəçiliyinə  üzv  kimi  Duma  tərəfindən  seçilən  və  31  mart  1905-ci  ildə 
qubernatorun  105  saylı  əmri  ilə  vəzifəsinə  təsdiq  olunan  Məhəmməd  Həsən 
Hacınskinin peşəkarlığı rəsmi şəkildə dəyərləndirilir.  
1906-cı  ildə  ailənin  ilk  övladı,  üç  yaşlı  Şamilin  miningit  xəstəliyindən 
ölümü gənc valideynləri sarsıdır. Bir müddət sonra dünyaya gəlmiş Mehriban adlı 
qızları da çox yaşamır. O  vaxtdan uzun  müddət Hacınskilər ailəsində  musiqi səsi 
eşidilmir. 
 
PEŞƏKAR MEMAR VƏ İCTİMAİ XADİM 
 
8 iyun 1908-ci ildə doğulan uşağın adı yenidən Şamil qoyulur və bir il sonra 
Nuşirəvanın dünyaya gəlməsindən hədsiz sevincə qərq olmuş Hacınskilər ailəsinin 
çal-çağırlı  günləri  başlayır.  1913-cü  il  isə  bu  ailə  üçün  olduqca  uğurlu  olur.  İlin 
əvvəlində - 24 yanvarda Muxtar, sonunda – 23 dekabrda isə Tofiq dünyaya gəlir. 
7  aprel  1909-cu  ildə  şəhər  rəisinin  qərarı  ilə  ikinci  dəfə  dörd  il  müddətinə 
vəzifəsinə  yenidən  təyin  olunan  M.Hacınski  ilk  növbədə  yenə  şəhərin  su  ilə 
təchizatı məsələsini qaldırır. Quba qəzasının Xudat kəndinin Şollar ərazisindəki su 
mənbəyini  şəhərə  gətirmək  məsələsi  müzakirə  olunur  və  5  may  1909-cu  ildə 
Rusiyada  ən  uzun  sayılan  su  kəməri  layihəsi  təsdiq  edilir.  Tikintinin  xərclərini 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə