Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə26/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

53 
 
ödəmək  məqsədi  ilə  iyirmi  yeddi  milyon  manatlıq  beş  faizli  şəhər  istiqrazı 
dövriyyəyə  buraxılsa  da,  maddi  texniki  çətinliklər  ucbatından  işə  başlamaq 
mümkün olmur. 
Paralel olaraq M.Hacınskinin təklifləri sayəsində Şəhər Duması həmişəyaşıl 
ağaclardan  ibarət  “Olimpiya”  kinoteatrı,  “Eldorado”  restoranı  və  nəhayət,  dəniz 
hamamı ilə kompleks təşkil edən dənizkənarı bulvarın tikintisinə 60.000 rubl ayırır. 
H.Z.Tağıyevin maliyyə yardımı ilə həyata keçirilən dənizkənarı bulvarın kompleks 
tikintisinə  rəhbərlik  etməsi  M.H.Hacınskinin  əmək  haqqını  ayda  altı  min  rubla 
qədər  yüksəldir  və  həmin  layihələr  iki  il  ərzində  yerinə  yetirilərək  başa  çatır.  9 
aprel  1909-cu  il  tarixli  “Kaspi”  qəzetinin  77-ci  sayında  iki  gün  əvvəl  Şəhər 
Dumasının  iclasında  Dənizkənarı  bulvarın  tikintisi  ilə  bağlı  M.H.Hacınskinin 
məruzəsi  şərh  olunur.  Bu  şərhdən  göründüyü  kimi,  məruzəçi  “şəhər  əhalisinin 
asudə  vaxtını  keçirməsi  üçün  şəhərdə  yeganə olan Mixaylovski bağı azlıq edir  və 
günün  tələblərinə  cavab  vermir”  deməklə  yanaşı,  yeni  salınacaq  “dənizkənarı 
bulvardakı  çiçək  və  sərinləşdirici  su  köşklərinin  icarəsinin  şəhər  büdcəsinə 
müntəzəm  olaraq  ayda  4-6  min  rubl  gətirəcəkdir”  (134)  fikri  ilə  bu  layihənin 
iqtisadi sərfəliliyini də önə çəkir. 
O  dövrdə  M.Hacınski  Bakı  Dumasının  binasından  xeyli  yuxarıda, 
Çəmbərəkənd istiqamətində yerləşən, torpaq sürüşməsi ehtimalı olduğundan tikinti 
üçün əl verməyən bir sahədəki ərazidə, qayanın üzərində özünün layihəsi əsasında 
ailəsi üçün iki mərtəbəli mülk inşa etdirir. Həmin mülkün yanında cərgə ilə tikilən 
evlərdən  yaranan  küçə  1918-ci  ilin  mart  qırğınlarının  qurbanlarının  dəfnindən 
sonra Məzarlıq (Mehdi Hüseyn) adlanır. 60-cı illərdən başlayaraq torpaq sürüşməsi 
nəticəsində hazırda Mehdi Hüseyn 1 ünvanında yerləşən teleradio şirkətinin binası 
ilə  Hacınskinin  tikdiyi  45  saylı  ev  arasındakı  bütün  mənzillər  tədricən 
uçulduğundan oradakı sahədə bağ salınmışdı. M.H.Hacınskinin layihəsi ilə tikilən 
binaya isə heç nə olmamışdır.  
5  noyabr  1910-cu  ildə  Təhsil  Komissiyasına  müraciət  etmiş  Xarkov 
Universitetinin tibb fakultəsinin tələbəsi Hüseyn Vəliyevin ərizəsindən göründüyü 
kimi o, Məhəmməd Həsən bəy Hacınskinin və Həbib bəy Mahmudbəyovun qayğısı 
sayəsində  Bəşir  bəy  Aşurbəyovun  ayırdığı  təqaüdlə  1907-ci  ildən  iki  il  təhsil  ala 
bilsə  də,  sonradan  tutulub  bir  müddət  sürgün  olunması  nəticəsində  itirdiyi 
müavinətin bərpasını xahiş edir (144). Yeri gəlmişkən Bəşir bəy Aşurbəyov fevral 
inqilabından  sonra  yaranan  milliyyətçi  və  sosial-ədalət  siyasi  təşkilatları  arasında 
bu  cərəyanları  birləşdirən,  1917-ci  ilin  mayından  fəaliyyətə  başlamış,  “Rusiyada 
müsəlmanlıq” partiyasını, 1917-ci ilin 22 oktyabrından isə onun “Müsəlmançılıq” 
qəzetini  nəşr  etdirir.  Yeni  formalaşan  milliyyətçilik  zəminində  yaranmış 
“Müsavat”dan  və  gəlmə  ideyaları  əks  etdirən  sosial-demokrat  məramlı 
“Hümmət”dən fərqli olaraq tarixən şərq siyasətində  mühüm əhəmiyyət kəsb edən 


54 
 
ənənəvi islami dəyərləri önə çəkən bu partiya mühafizəkar düşüncəli əhali arasında 
populyar  olsa  da,  onun  rəhbərliyində  Sultan  Məcid  Qənizadə  kimi  xurafata  qarşı 
barışmaz  mövqedə  duran,  ədib  və  pedaqoq  Qarabəy  Qarabəyov  tək  vətəndaş 
mövqeyi olan jurnalistin olması partiyanı istiqlal ideyaları istiqamətinə yönəldirdi. 
Təşkilatlanma  işi  ilə  fəal  məşğul  olan  “Rusiyada  müsəlmanlıq”  partiyası  20 
oktyabr 1917-ci ildə 200 nəfərin iştirakı və 1918-ci ilin fevralında İrana mühacirət 
edəcək Bəşir bəy Aşurbəyovun rəhbərliyi ilə “Təzəpir” məscidində yığıncaq keçirir.  
10  fevral  1911-ci  ildə  Bakı  milyonçularının  da  şəhər  büdcəsinə  yardımı 
sayəsində Şolla su kəmərinin inşasına başlanılır. 
1911-ci ildə Bakının yaşayışa yararlı olan və əlavə tikinti aparılacaq binaları 
da  daxil  olmaqla  şəhərin  şimal  və  şimali-şərq  rayonlarının  layihələşdirilməsini 
həyata  keçirmiş  M.Hacınskinin  memarlıq  peşəkarlığı  haqqında  professor 
F.S.Fətullayev yazır: “Memarlıq sahəsində şəhərin baş planını yaratmış memar Fon 
der  Nonneyə  (1832-1908)  də  məlum  olmayan  biliklərə  mükəmməl  yiyələnmiş 
M.Hacınski şəhərsalma mütəxəssisi kimi çox irəli getmişdi” (118.səh.54). 1912-ci 
ildə  şəhər  idarəsinin  nəşr  etdirdiyi  kitabçada  M.Hacınskinin  abadlaşdırdığı  şəhər 
küçələrindən söz açılır. 
Qeyd edək ki, M.Hacınski peşəkar fəaliyyətlə yanaşı, həmin dövrdə mövcud 
olan  xeyriyyə  cəmiyyətlərinin,  o  cümlədən  “Nicat”ın  da  işində  yaxından  iştirak 
edirdi.  Belə  ki,  1911-ci  ilin  dekabrında  dahi  dramaturq  M.F.Axundovun  yubiley 
tədbirinin  keçirilməsi  üçün  bir  sıra  mühüm  əhəmiyyətli  təşkilati  məsələlərin  həll 
edilməsində M.Hacınskinin müstəsna rolu olmuşdur.  
Professor  Teymur  Əhmədov  özünün  “Nəriman  Nərimanovun  yaradıcılıq 
yolu”  kitabında  yazır:  “1911-ci  ilin  dekabrında  Bakıda  böyük  mütəfəkkir,  yazıçı 
M.F.Axundovun  anadan  olmasının  yüz  illiyi  münasibətilə  keçirilən  təntənəli 
yubiley  gecəsində  N.Nərimanovun  Həştərxandan  öz  həmkarları  ilə  göndərdiyi 
teleqram  da  oxunmuşdu.  Nərimanov  teleqramda  M.F.Axundovu  “  birinci  böyük 
Azərbaycan  dramaturqu,  psixoloqu,  xalqın  şərəfi  və  fəxri  uğrunda  dönməz 
mübariz” kimi səciyyələndirmişdir” (21.səh.282).  
4  aprel  1912-ci  ildə  Lena  çayı  ətrafındakı  Sibir  qızıl  mədənlərində  sayı  üç 
minə çatan fəhlə nümayişinin gülləbaranı bütün ölkədə əks-səda verərək ixtişaşlar 
yaratdı.  Bakıdakı  neft  fəhlələrinin  tətilləri  əyalətlərə  də  sirayət  etdi.  5  apreldən 
başlayaraq  üç  gün  davam  edən,  İngiltərənin  “Qriffis  və  K0”  şirkəti  ilə  müqavilə 
əsasında  Xaçmaz  ərazisində  Şollardan  Bakıya  su  kəməri  çəkən  fəhlələrin  əmək 
haqqının  artması  və  iş  gününün  qısaldılması  tələbi  artıq  tətillərin  ümumi 
mərkəzdən idarə olunduğundan xəbər verirdi. 
1913-cü  ildə  isə  M.Hacınski  çar  üsul  idarəsinin  qoyduğu  qadağaya 
baxmayaraq  bir  müddət  şəhər  idarəsinin  rəisi  vəzifəsini  tutmuş  yeganə 
azərbaycanlı olur. Jurnalist Xəlil İbrahimin 1917-ci ildə yazdığı kitabda göründüyü 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə