Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə27/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

55 
 
kimi,  o  zamana  qədər  acınacaqlı  vəziyyətdə  olmuş  Şirvanşahlar  sarayının 
qorunması və bərpası  da M.H.Hacınskinin adı ilə bağlıdır. 
1914-cü  ilin  19  iyununda  Avstriya-Macarıstanın  Serbiyaya  hücumu  ilə 
əhatə  dairəsinə  görə  iri  miqyaslı  Birinci  Dünya  Müharibəsi  başladığından 
Almaniya dövləti provaslav Serbiyanı  müdafiə  məqsədilə geniş  səfərbərlik həyata 
keçirən  Rusiya,  onun  Antanta  üzrə  müttəfiqləri  Fransa  və  İngiltərə  ilə  müharibə 
vəziyyətinə  girir.  Almaniyanın  Belçika  ərazisindən  Fransaya,  Rusiyanın  Şərqi 
Prussiyaya hücumunun külli insan tələfatına səbəb olmasından sonra Yaponiyanın 
Antanta, Türkiyənin isə  Almaniya-Avstriya  blokunda  birləşməsi  müharibəni daha 
da  qloballaşdırdı.  Sonrakı  mərhələdə  İtaliya  və  Rumıniyanın  Üçlər  İttifaqına, 
Amerika  Birləşmiş Ştatlarının isə  Antantaya qoşulması bütün  yer kürəsini lərzəyə 
gətirdi.  Əsrin  əvvəllərindən  intensiv  şəkildə  Almaniyanın  əsas  siyasi  və  hərbi 
müttəfiqinə  çevrilmiş  Türkiyənin  hakim  “İttihad  və  tərəqqi”  partiyasının 
liderlərindən  bir  çoxunun  bu  ölkə  ilə  yaxın  əlaqələri  və  xüsusən  bir  neçə  il  hərbi 
attaşe  kimi  Almaniyada  çalışmış  Ənvər  paşanın  II  Vilhemlə  şəxsi  dostluğu 
münasibətlərə emosional çalar da verirdi. Həmin dövrdə Rusiyanın ərazisi sayılan 
Azərbaycan  ictimai  fikrində  ölkənin  müharibə  apardığı  düşmən  tərəfə  rəğbətin 
gündən-günə artması paradoksal vəziyyət yaradırdı. Mətbuatda gedən məqalələrdə 
Birinci  Dünya  Müharibəsində  ərazilərin  yenidən  bölüşdürülməsi  prosesində 
Azərbaycanın gələcək qazancları müzakirələrə çıxarılırdı. 
Həmin  ərəfədə  Hacınskilər  şəhərin  yuxarı  hissəsində  dənizə  baxan  mülkü 
alır  və  burada  şad-xürrəm  həyat  sürməyə  başlayırlar.  Bütün  aparıcı  dövlətlərin  – 
Almaniya,  İngiltərə,  Fransa,  Avstriya,  Macarıstan  və  Rusiyanın  cəlb  olunduğu 
müharibədə  güc  yolu  ilə  dünyanın  yenidən  bölüşdürülməsi  həyata  keçirilirdi. 
Siyasətlərini  güc  üzərində  quran  İngiltərə  və  Rusiyanın  hegemonluğu  digər 
dövlətlərin  sıxışdırılmasına  səbəb  olurdu.  Onlara  rəqib  çıxan  Almaniya  dünyanın 
yenidən bölüşdürülməsi prosesini qabaqlayaraq müharibəni qızışdırırdı. 
Müharibənin  ilk  illərindəki  vəziyyət  Osmanlı  imperiyasının  cənub-qərbdə 
itirdiyi  ərazilərin  əvəzini  şimali-şərq  istiqamətində  çıxmaq  ideyasını  yaratdı. 
Həmin  ərəfədə,  Turançılığı  önə  çəkən,  Azərbaycanın  Türkiyəyə  ilhaq  planını 
gerçəkləşdirmək  məqsədi  güdən  “İttihad  və  Tərəqqi”dən  başqa  Zaqafqaziyanın 
tarixi  türk  ərazisini  özündə  birləşdirəcək  müstəqil  Azərbaycan  Respublikası 
yaratmaqla dövlətçilik ideyasına əsaslanan “Müsavat” da meydana çıxdı.  
Rusiyanın  Qafqazda  dayağı  olan  ermənilərin  Avropa  ölkələrinin  də 
mənafeyinə  uyğun  gələn  “Ermənistan”,  “Xiçak”  və  “Daşnaksütyun”  kimi 
partiyaları  İran  və  xüsusən  Türkiyə  ərazisi  hesabına  “Böyük  Ermənistan” 
yaratmağı  öz  proqramlarına  daxil  etmişdilər.  1890-cı  ildə  yaradılmış 
“Daşnaksütyun”  qatı  millətçi partiyası bu işin  mümkünsüzlüyünü hiss edib 1904-


56 
 
cü ildə proqram dəyişikliyi edərək “Qafqaz Ermənistanı” da yaratmağı da qarşıya 
məqsəd qoydu. 
III  Aleksandrın  dostu  və  1881-ci  ildən  şəxsi  mühafizəsinin  rəhbəri  olmuş, 
dövlət  strategiyasının  diqtəsi  ilə  ermənipərəst  Vorontsov-Daşkovun  (1837-1916) 
Qafqaz  canişini  təyin  edilməsi  Rusiya  siyasətinin  iç  üzünü  açdı.  Zaqafqaziyanın 
əlli  dörd  əyalətindən  yalnız  beşində  İran  və  Türkiyədən  köçürülmə  nəticəsində 
əksəriyyət  təşkil  edən  ermənilər  1905-ci  il  inqilabı  ərəfəsində  hələlik  idarəçiliyi 
əlinə  ala  bilməmiş  canişinin  himayəsinə  güvənərək  dinc  türk  əhalisinə  qarşı 
qırğınlar  törətdilər.  Qafqaz  canişini  1906-cı  ildə  general  Qoloşapovun  cəza 
dəstələrini  erməni  qırğınına  qarşı  çıxan  Azərbaycana  göndərdi.  1905-15-ci  illərdə 
qoca  vaxtında  on  il  canişinlik  etmiş  Vorontsov-Daşkovun  Rusiya  imperatoruna 
göndərdiyi  məruzədə  ermənilərin  bu  işğalçı  siyasətini  etiraf  etməsi  Mirzə  Bala 
Məmmədzadənin  istinad  etdiyi  gürcü  sosialisti  Krabinin  1921-ci  ildə  Tiflisdə  çap 
olunmuş  “Krasnaya  kniqa”  kitabının  49-cu  səhifəsində  də  öz  əksini  tapır: 
“Məruzənin 12-ci və 13-cü səhifələrində yazılmışdır: “Daşnaksütun” firqəsinin bu 
hərəkatı sırf ermənilərlə məskun bir erməni ərazisi vücudə gətirmək qayəsini güdür. 
Bununla  gələcək  Ermənistanın  muxtariyyəti  üçün  əlverişli  bir  zəmin  hazırlamaq 
istəyir” (57.səh.38). 
8 dekabr 1914-cü ildə yerlərdə müharibəyə (bu müharibədə Azərbaycandan 
S.Mehmandarov, Ə.Şıxlinski, H.Naxçıvanski kimi generallar, iki yüzə yaxın türk-
müsəlman zabiti və “Vəhşi diviziya” iştirak etmişdi) kömək məqsədilə keçirilən IV 
müsəlman  qurultayında  Bakı,  Yelizavetpol,  İrəvan  quberniyalarının  müsəlman 
əhalisi  adından  Beynəlxalq  Qırmızı  Xaç  Cəmiyyətinin  təmsilçisi  kimi 
M.Y.Cəfərov iştirak etmişdi. 
1907-ci  ildə  Moskva  Universitetinin  hüquq  fakultəsini  bitirib  şəhər 
idarəsində  çalışan  M.Y.Cəfərov  elə  həmin  il  İçəri  Şəhərdə  yaşayıb  Bakı 
mədənlərində mühəndis kimi çalışan Polşa yəhudisinin qızı Yekaterina Frankovka 
ilə  ailə  qurur.  Qeyd  edək  ki,  Yekaterina  Frankovka  Fətəli  Xan  Xoyskinin  xanımı 
Yelizavetta  Vasilyevnanın  yaxın  rəfiqəsi  olmuşdu.  Rusiyanı  təmsil  etməsinə 
baxmayaraq  daim  türklərin  təəssübkeşliyini  çəkən  M.Y.Cəfərov  1915-ci  ilin 
qışında  cəbhə  bölgəsində  -  Ərdahan  ətrafında  qarın  içərisində  kimsəsiz  bir  uşaq 
taparaq onu övladlığa götürür.  Cümhuriyyət dövründə Mina, sonrakı illərdə Leyli 
və Rauf adlı övladları dünyaya gəlsə də, onun  Sərvinaz adı verdiyi bu qız ailənin 
böyük  uşağı  sayılmış,  1937-ci  ildə  güllələnmiş  dağıstanlı  hərbiçi  Əliağa 
Turqanovla da ailə qurmuşdu. 
1  yanvar  1915-ci  ildən  başlayaraq  Türkiyənin  hərbi  naziri  Ənvər  paşanın 
dayısı  Xəlil  bəyin  rəhbərlik  etdiyi  Türk  ekspedisiyası  korpusunun  İranın  Təbriz, 
həmin  ilin  yazında  isə  Urmiya  əyalətlərinə  daxil  olması  şimallı  və  cənublu  bütün 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə