Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

57 
 
Azərbaycanda  ruh  yüksəkliyi  ilə  yanaşı,  rus  qoşunlarına  qarşı  mübarizə  üçün  də 
real şərait yaratdı. 
Qafqaz  türklərinin  milli  azadlıq  ideyalarını  məhv  etmək  qəsdi  ilə  on  illik 
bədnam hakimiyyətinin sonunda, 1915-ci ilin baharında yetmiş səkkiz yaşlı canişin 
ermənipərəst  Vorontsov-Daşkovun  əmri  ilə  dinc  acar  əhalisinin  rus  ordusu 
tərəfindən  gülləbaran  edilməsi  çarizmin  əsl  simasını  ifşa  etdi.  Dövlət  Dumasında 
müsəlman  deputatların  rəsmi  bəyanatından  sonra  Vorontsov-Daşkovun  yerinə 
böyük  knyaz  Nikolay  Nikolayeviçin  təyin  edilməsi  yerli  müsəlmanları  nisbətən 
sakitləşdirdi.  Hətta  Tiflisə  gedərkən  yolüstü  Bakıda  görüş  keçirən  Nikolay 
Nikolayeviçin güzəştləri sayəsində istiqlal ideyalarının formalaşmasında müstəsna 
rol oynamış M.Ə.Rəsulzadənin “Açıq söz” qəzetinin nəşrinə də icazə verildi. 
2  oktyabr  1915-ci  il  “Açıq  söz”  qəzetinin  birinci  sayındakı  “Müxtəlif 
partiya və təbəqələrin müharibəyə münasibəti” məqaləsində M.Ə.Rəsulzadə birinci 
dünya  müharibəsində  dünyanın  yenidən  bölüşdürülməsi  davasından  sonra  “əzilən 
ölkələrin  müstəqilliyini  möhkəmləndirəcək  və  sülhlə  bitəcək”  müqavilə  ilə 
müstəqilliyə  nail  olmanın  imkanlarını  “Ancaq  dövlətçilik  uğrunda  öz 
mübarizəsində  birləşmiş  xalqlar  istiqlaliyyət  qazanacaqlar”  (75)  –  deyə 
uzaqgörənliklə şərh edirdi. Bununla belə müəllif: “Bütün vətəndaşlarla birgə biz də 
hər  şeydən  əvvəl  Rusiyaya  uğurlar  və  qələbə  diləməliyik”  yazaraq  hüquqi 
normalara  riayət  etməklə  hadisələri  tələsdirməməyə  çağırır,  eyni  zamanda  özünü 
və qəzeti sığortalayırdı. 
1  yanvar  1917-ci  ildə  nəhayət,  Şollar  su  kəmərinin  tikintisi  başa  çatır. 
Şəhəri  sutkada  3  milyon  vedrə  su  ilə  təmin  edən  bu  kəmərin  açılışı  təntənəli 
bayram mərasimi ilə qeyd olunur. 
 
DİPLOMATİK FƏALİYYƏT 
 
28  fevral  1917-ci  il  inqilabından  sonra  Cənubi  Qafqazda  yaranan  mülki 
hakimiyyət  üzvlərindən  biri  də  M.Y.Cəfərov  idi.  16  mart  1917-ci  ildə  Kazak 
dəstəsinin  müşayiəti  ilə  qatarla  Tiflisdən  Bakıya  gələn  M.Y.Cəfərov  Şəhər 
Dumasının üzvləri tərəfindən rəsmi protokol qaydada qarşılanır. 
22  mart  1917-ci  ildə  Rusiya  burjua-demokratik  fevral  inqilabından  sonra 
müsəlman  demokratik  “Müsavat”  partiyası  ilə  altı  illik  gizli  fəaliyyətini  açıq 
şəkildə davam etdirərək M.Hacınskini Müvəqqəti İcra Komitəsinin milli müsəlman 
şurasına sədr, Məhəmməd Əmin Rəsulzadəni isə onun müavini seçir. 1917-ci ilin 
aprelində Qafqaz müsəlmanlarının Bakıda, may ayında isə Rusiya müsəlmanlarının 
Moskvada keçirilən qurultayında qoyulan milli-məhəlli muxtariyyət və ya mədəni 
muxtariyyət  barədə  müzakirələrdə  fəallıq  göstərən  M.Hacınski  həmin  il  nəzərdə 
tutulan Rusiya parlamentinə Azərbaycandan vəkil seçilir.  


58 
 
1917-ci  ilin  fevral  inqilabı  M.Ə.Rəsulzadənin  təbirincə  desək:  “Siniflərə 
hürriyyət,  məhkum  millətlərə  muxtariyyət”  imkanı  kimi  Azərbaycanın  bütün 
zümrələrinin və xüsusən demokratik ziyalıların ürəyincə oldu. Bu ərəfədə yaradılan 
dini-milli 
təşkilatlar 
Əlimərdan  bəy  Topçubaşovun  rəhbərlik  etdiyi, 
M.H.Hacınskinin icraiyyə komitəsinin sədri olduğu müsəlman ictimai cəmiyyətləri 
şurasında birləşdilər.  
Rusiyada çarın hakimiyyətdən getməsi imperiya ərazisində böyük çaxnaşma 
yaratdı. İndi rəhbərsiz qalaraq hakimiyyət böhranı keçirən ölkənin daxilində xırda 
dövlətlər  yarandı  və  öz  əmlaklarını  itirmək  qorxusu  keçirən  zənginləşmiş 
sahibkarlar çaşqın vəziyyətə düşdülər. Yeni hakimiyyətin yaranmaması, əvvəlkinin 
iflic  vəziyyətində  olması  idarəetmə  mexanizmini  arabanın  beşinci  təkərinə 
çevirmişdi.  Bakının  general  qubernatoru  hörmətlə  yola  salınsa  da,  Gürcüstandakı 
valisi aradan çıxmağa məcbur oldu. Orduda qarışıqlıq nəticəsində rus əsgərlərinin 
öz zabitlərini öldürməsi adi hala çevrildi. 
15  aprel  1917-ci  ildən  beş  gün  davam  edən  Qafqaz  müsəlmanlarının  Bakı 
qurultayında  ideyaca  bir-birini  tamamlayan  “Türk-Ədəmi  Mərkəziyyət”  və 
“Müsavat”  partiyalarının  iradəsiylə  milli  muxtariyyət  ideyasının  açıq  şəkildə 
qoyulması siyasi platformanın dəqiqliyinə dəlalət edirdi. 
1  may  1917-ci  ildə  Moskvada  keçirilən  Ümumrusiya  müsəlmanlarının 
qurultayında  bütövləşərək  ümumxalq  partiyasına  çevrilmiş  “Müsavat”ın  mərkəzi 
komitəsində  M.Ə.Rəsulzadə,  N.Yusifbəyli,  Ş.Rüstəmov  kimi  siyasi  liderlərlə 
yanaşı, M.H.Hacınski də təmsil olunurdu.  
10 iyunda isə M.Hacınski dostlarının məsləhəti ilə rəsmi olaraq ərizə verib 
“Müsavat” partiyasına daxil olur.  
14  iyul  1917-ci  ildə  Bakı  Müsəlman  İctimai-siyasi  Təşkilatları  İcraiyyə 
Komitəsinin  iclasında  yenidən  yaradılan  komitənin  başçısı  Ə.Topçubaşov, 
M.Hacınski və M.Rəsulzadə isə onun müavinləri seçilirlər.  
Mirzə  Cəlil  “Molla  Nəsrəddin”  jurnalının  23  sentyabr  1917-ci  il  25-ci 
sayındakı “Millətlər” felyetonunda Qafqazda istiqlalın qazanılması üçün yaranmış 
tarixi imkanın əldən veriləcəyi barədə narahatlığını gizlədə bilmir: “Axır vaxtlarda 
Qafqazda  və  Rusiyada  çıxan  qəzetlərdə  bir  məsələ  danışılmaqdadır.  Aya  səbəb 
nədir  ki,  Finlandiya  və  Ukrayna  müstəqil  idarə  sahibi  olmaq  yolunda  çalışanda 
Qafqaz  millətlərindən  bu  barədə  bir  səs  çıxmadı.  Bir  surətdə  ki,  Qafqaz 
millətlərinin  içində  elə  bir  millət  tapıla  bilərdi  ki,  onun  istiqlaliyyətə  hazırlığı 
Ukraynadan  artıq  olsun.  Məsələn,  Gürcüstan.  Aya  bunun  səbəbi  nədir?  Çoxları 
buna belə məna verirlər ki, doğrudur, Qafqaz millətlərinin də azad olmaq yolunda 
çalışmağa haqları ola bilərdi, amma onları bircə şey saxlayır, o da məhz insaniyyət 
və ədəblilik.  


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə