Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə29/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

59 
 
Açığı  budur  ki,  guya  Rusiya  hökumətinin  başının  qarışıqlığı  vaxtında 
Qafqaz  millətləri  istəmədilər  hökumətə  dəxi  dərd-sər  versinlər...  Qafqaz 
millətlərinə  yəqindir  ki,  hökumət  də  axır  qanacaqsız  deyil,  əlbəttə,  inşallah  başı 
açılandan  sonra  ola  bilməz  ki,  Qafqaz  yoldaşlarını  yada  salmasın”  (138). 
Özünəməxsus  kinayə  ilə  siyasi  vəziyyəti  təhlil  edən  Mirzə  Cəlil  istiqlal  imkanını 
görməklə  yanaşı,  “yatmış  əjdahanın”  oyanacağını  da  öncədən  proqnozlaşdırırdı. 
Lakin  insanı  fəaliyyətdən  qoya  biləcək  qlobal  proqnozlaşdırmadan  vaz  keçərək 
“öküzü buynuzlaya bilən” milli-demokratik  siyasətçilərin apardıqları məqsədyönlü 
fəaliyyət sayəsində oktyabr inqilabı ərəfəsindəki Bakı Sovetinə seçkilərdə səslərin 
qırx faizini toplayan “Müsavat” aparıcı mövqeyə malik siyasi təşkilata çevrildi.  
31 oktyabr 1917-ci ildə Bakıda sovet hakimiyyəti elan edilsə də, hadisələrin 
sonrakı gedişi onun xalq kütlələri tərəfindən dəstəklənmədiyini göstərdi. 
11 noyabr 1917-ci ildə Tiflisdə gürcü menşeviki E.Q.Qeqeçkorinin başçılığı 
ilə  yaranan  Zaqafqaziya  Komissariatı  müvəqqəti  hökuməti  Rusiyadakı  Müəssislər 
Məclisinə  seçkilərə  qədər  regionun  idarəçiliyini  öz  üzərinə  götürsə  də  Bakıdakı 
Xalq Komissarları Soveti onu tanımadı. 18 noyabr 1917-ci ildə fəaliyyətə başlayan 
hökumətdə nəqliyyat komissarı Xudadan Məlikaslanov, ticarət və sənaye komissarı 
Məhəmməd  Cəfərovla  birgə  müsavatçı  Xəlil  Xasməmmədov  da  dövlət  nəzarəti 
komissarı  təyin  edildi.  Ticarət  və  sənaye  komissarının  müavini  olan  M.Hacınski 
heç bir həftə Tiflisdə yaşamamış 23 noyabrda Türkiyəyə rəsmi danışıqlara gedir.  
24-26  noyabr  1917-ci  ildə  Müəssislər  Məclisinə  keçirilən  seçkilərdə 
menşeviklər 661.934 səs toplamaqla 11, müsavatçılar  isə 615.816 səslə 10 deputat 
yeri qazandılar. Daşnaklar istisna olmaqla seçkidə iştirak edən müsəlman sosialist 
bloku,  eser,  bolşevik,  hümmət  və  ittihadçılar  əsasən  müsəlmanlardan  ibarət 
olduğundan  səslərin  əksəriyyəti  də  onlara  aid  idi.    Bununla  belə  xüsusən  erməni 
kartından istifadə etməklə Rusiyanın Azərbaycana təzyiqi davam edirdi. 
Mirzə  Bala  Məmmədzadənin  yazdığı  kimi:  “Hələ  18  dekabr  1917-ci  ildə 
Lenin Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin etmişdi. Bu komissarın 
vəzifələrini  yaxşı  təsəvvür  etmək  üçün  XKS  sədri  Lenin  və  millətlər  komissarı 
Stalin dekret imzalamışdılar. Qafqazın fəlakətində böyük payı olan “Dekret N13” 
adıyla məşhurlaşan bu sənədi aşağıda eynən veririk: 
“Xalq  Komissarları  Soveti  rus  ordusu  tərəfindən  işğal  edilmişdi.  Türkiyə 
Ermənistanında erməni xalqının tam istiqlalını elan etmək dərəcəsinə  qədər təyini-
müqəddərat  haqqında  müdafiə  edəcəyini  bütün  erməni  xalqına  elan  etdi” 
(57.səh.90). 
Birinci  Dünya  Müharibəsindən  sonra  ərazilərini  itirən  Osmanlılar  inqilab 
nəticəsində  Rusiyanın  parçalanmasından  istifadə  edib  ötən  əsrdə  Türkiyənin 
əlindən  çıxmış  yerləri  qaytarmaq  fikrinə  düşdülər.  Bu  dövrdə  çiçəklənən 
turanizmin  romantik  ideyalarından  ruhlanan  Ənvər  paşa  itirilməkdə  olan  səhralar 


60 
 
əvəzinə  tarixi  ərazilərin  birləşdirilməsinin  vaxtı  gəldiyini  dərk  etdi.  “İttihad  və 
tərəqqi”  komitəsinin  Qafqaz  şöbəsinin  göndərişi  ilə  1918-ci  ilin  martında  məxfi 
tapşırıqla  Bakıya  gələn  Həsən  Ruşeni  buradakı  həmfikirlərinin  köməyi  ilə  Şimali 
Qafqazda  və  Türküstanda  turançılıq  ideyasının  tərəfdarları  ilə  əlaqə  qurmuşdu. 
Turançılıq  liderlərindən  Ziya  Göyalp  türkçülüyün  tarixi  ərazilərdə  yayılmasını 
zəruri  sayır,  panislamist  Əhməd  bəy  Ağaoğlu  Rusiya  müsəlmanlarını  türk  milli 
hərəkatına çağırırdı. Qafqazı qədim türk yurdu adlandıran Əli bəy Hüseynzadə isə 
burada  ya  federativ,  ya  müstəqil  müsəlman  və  gürcü dövlətləri  yaradılmasına,  ya 
da ki, türklər yaşayan ərazilərin Türkiyə ilə birləşdirilməsinə tərəfdar çıxırdı. Lakin 
həmin  dövrdə  daxili  və  xarici  siyasətini  tam  müəyyənləşdirməmiş  Osmanlı 
diplomatiyası Zaqafqaziyanın mütəqilliyi siyasətinə  daha  böyük  maraq göstərirdi. 
Çünki iqtisadi cəhətdən zəif olan dövlət Türkiyənin, parçalansa da güclü resurslara 
malik  Rusiya  ilə  bufer  zonası  yaratması  keçid  dövrü  üçün  strateji  cəhətdən  də 
maraqlı idi.  
6  yanvar  1918-ci  ildə  Tiflisdəki  hökumət  dairələrinin  tapşırığı  ilə  Tiflis-
Bakı dəmir  yolunun Şəmkir stansiyasında  hərbi eşalonların qarşısını  kəsib zirehli 
qatarlarla  döyüş  bölgələrindən  Rusiyaya  qayıdan  ordunun  tərksilah  olunması  və 
Qafqaz  milli  ordusunun  bu  silahlarla  təmin  edilməsi  məsələsi  qoyuldu.  Digər 
tərəfdən  isə  bolşeviklərin  əlinə  düşə  biləcək  silahların  dövlətçiliyə  qarşı  istifadəsi 
gözlənilirdi.  
9  yanvar  1918-ci  ildə  Şəmkirdə  doqquz  eşalondan  ibarət  rusların  tərksilah 
olunmasında  iştirak  etmiş,  30  oktyabr  1919-cu  ildən  xarici  işlər  naziri 
M.Hacınskinin  müavini  olmuş,  1920-ci  ilin  əvvəlindən  isə  Tehrana    səfir  təyin 
edilmiş  Adil  xan  Ziyadxanov  özünün  “Azərbaycan”  kitabında  yazır:  “Dördüncü 
eşalondan silahlarını təslim edənlərin birisi səsini qaldırıb “silahları verməyin, atəş 
açıb  müsəlmanları qırın”  qışqırması  ilə  fitnə  saldı.  Bu zaman top atəşi açıldı. Bu 
top  gülləsindən  sonra  yerdə  qalan  səkkiz  eşalon  yolun  o  tərəf-bu  tərəfində  duran 
əhalinin  üstünə  od  yağdıra-yağdıra  vağzala  doğru  yönəldilir”  (93.səh.85-86). 
“Şəmkir qırğını” kimi istiqlal tariximizə düşmüş bu əməliyyatda itki hesabına olsa 
da, əldə olunan sursat sayəsində Gəncə Milli Şurasının rəhbərliyi ilə bolşeviklərin 
Lənkəran və Şamaxı qarnizonlarına uğurlu hücumlar edildi.  
14 yanvar 1918-ci ildə Vəhib paşanın nümayəndələrinin suverenliyini qəbul 
etdikləri Zaqafkomun M.Hacınskinin də aid edildiyi siyasi liderləri ilə formal sülh 
danışıqları apardığı ərəfədə Osmanlı ordusu Ərzincan və Ərzuruma daxil oldu. 
7 fevral 1918-ci ildə N.Nərimanovun “Hümmət”  
qəzetində  “Arı  bəy” 
imzası  ilə  çap  etdirdiyi  “Kiçik  felyeton”unda  “Rus  müəllifləri  tam  açıq  halda 
Məhəmməd  Əmin  Rəsulzadəyə  bildirirlər  ki,  cənab,  sizin  yeriniz  fəhlə  və  əsgər 
deputatları  şurası  deyil;  siz  bəylərin  və  kapitalistlərin  tərəfdarısınız.  Ona  görə  də 
gedib  milli  komitədə  çalışın.  Düşünürük  ki,  belə  müraciət  cənab  Rəsulzadəyə 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə