Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   2   3   4   5   6   7   8   9   ...   64


 
hamısı samit hərflərin sırasında yazılmalıdır. Sözün qısası, sillabi əlifbamız alfabeti 
əlifba  ilə  əvəz  edilməlidir”  (5.səh.269).  Bu  səfərdən  sonra  ruhdan  düşməyən, 
ruhanilərə güzəştə gedərək, hətta sağdan-sola yazılışa da razılaşsa da, dini fanatizm 
sayəsində  bir  nəticə  hasil  olmadıqda  Mirzə  Fətəli  tutarlı  dəlillərə  əsaslanan 
“Kəmalüddövlə” əsərini yazıb öz daxili üsyanını bədii şəkildə gələcək oxucularına 
çatdırır.  Maraqlıdır  ki,  1918-1923-cü  illərdə  Mustafa  Kamal  Atatürkün  başçılıq 
etdiyi milli azadlıq hərəkatından sonra Türkiyədə ədəbi dil normalarının  tədqiqi və 
nəhayət,  1928-ci  ildəki  “Dil  devrimi”  adı  ilə  həyata  keçirilən  əlifba  islahatlarının 
latına keçid ideyası da Axundovun adı ilə bağlıdır. 
M.F.Axundov  maarifçilik  prinsiplərinin  reallaşmasında  yorulmadan 
çalışaraq  xalqı  elm  öyrənməyə  sövq  edən,  mətbuatımızın  ilk  qaranquşu 
“Əkinçi”nin naşiri H.B.Zərdabiyə 1 yanvar 1877-ci il tarixli məktubunda: “Bizim 
əzizimiz və gözümüzün işığı Həsən bəy!” – deyə xitab edərək ən səmimi fikirlərini 
yazırdı:  “Elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək?” sualı 
ilə  məktəblərin,  müəllimlərin,  dərsliklərin  yoxluğundan  yana-yana  söz  açan  dahi 
sənətkar  daxili  birliyin  olmasını  da  əsas  əngəllərdən  biri  sayırdı:  “Qafqaz 
bölgəsində  sakin  olan  müsəlmanların  yarısı  şiədir,  yarısı  sünni.  Şiələrin 
sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, 
ittifaq hardan olsun? Vəsiləmiz dəxi yoxdur.  Ondan ötrü ki, türki və farsi və ərəb 
dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. 
Əgər  müttəsil  oxusaq,  aya,  bu  dillərdə  elmi  necə  öyrənək?  Sənin  sözünə  qoy 
osmanlılar  və  qızılbaşlar  baxsınlar.  Pəs  onlar  niyə  elmsizdir?  Külli-Ərəbistan 
bisavaddır.  Ərəblər  ya  dilənçilik,  ya  çəpəvolçuluq  edirlər.  Külli-Anatoliya 
bisavaddır. Külli-İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-
altı  nəfər  yazan  və  oxuyan  tapılır.  Səbəb  odur  ki,  müsəlman  dillərində  oxumaq 
çətindir.  Bir  də  şikayət  edirsən  ki,  sənin  qəzetini  alan  yoxdur.  Sözün  çox  hesabı. 
Kim  alsın?    Vəqta  ki,  şəhərlərdə  və  kəndlərdə  və  obalarda  xanzadəmiz, 
bəyzadəmiz,  sövdəgərzadəmiz,  əkinçilərimiz,  sərkarlarımız,  çobanlarımız  oxumaq 
və  yazmaq  bilmirlər,  ünas  əhli  hakəza,  qəzetəni  alıb  neyləsinlər?  Cırsınlar  və 
tullasınlar? Külli-İrəvan quberniyasının  xalqı türki oxumaq bilmir. Qalan  yerlərdə 
ki,  bir  paraları  filmcümlə  oxumaq,  yazmaq  bilirlər,  alıblar.  Dəxi  nə  istəyirsən? 
Sənin  muradın  o  vaxtda  kamilən  yetər  ki,  bizim  hətta  çobanlarımız  da  Prus 
çobanları  kimi    oxumaq,  yazmaq  bilərlər  və  ünas  tayfamız  da  oxumaq  bilə. 
Təvəqqe edirəm ki, mənim bu kağazımı biduni-ziyd və nöqsan onun cavabı ilə öz 
qəzetində basasan” (5.səh.255). Göründüyü kimi, içərisindən çıxdığı qövmün ağrı-
acılarını çəkib onun maddi və mənəvi qayğıları ilə yaşayan Axundov vəziyyətdən 
çıxış  yolunun  yalnız  maarifçilik  olduğunu  hesab  edirdi.  Geniş  kütlə  arasında 
maarifçiliyin təbliği üçünsə  ilk növbədə  savadlanmaq və  əlbəttə  ki,  milli  mətbuat 
gərək idi.  



 
XIX  əsrdən  Azərbaycanda  dövri  mətbuatın  yaranması  tarixi  zərurət  kimi 
meydana  çıxdı.  Tiflisdə  çap  olunan  “Tiflisskie  vedomosti”  (1828-32)  qəzetinin 
1832-ci  ildəki  saylarında,  azərbaycan  dilində  Abbasqulu  ağa  Bakıxanov  haqqında 
məlumat  və  səyahətnaməsindən  parçaların  dərc  edilməsi  milli  maarifçiliyə  az  da 
olsa    xidmət  etsə  də,  1804-cü  ildə  Gəncənin  işğalının  rusların  qəhrəmanlığı  kimi 
əks olunması xalqımızın mənəviyyatının təhqirinə çevrildi. 
1838-ci ildən Tiflisdə buraxılan “Zakavkazski vestnik” qəzetinin isə 1845-ci 
ildən azərbaycan dilində nəşr olunduğu müddətdə bu xalqın tarixi və müasir həyatı 
ilə  bağlı  materiallar  da  çap  etdiyi  məlumdur.  Lakin  müstəmləkə  psixologiyası 
əsasında dövlət ideyalarını diktə edən bu nəşrləri bülleten-vərəqə hesab etmək olar.  
Bütövlükdə isə “Zakavkazski vestnik” qəzeti müstəmləkə siyasətinin strategiyasına 
xidmət edən siyasi və dini təbliğatla məşğul idi. Qəzetin 1851-ci il 1 iyun tarixində 
çıxan  sayında  dəqiq  fakta  əsaslanmayan  mücərrəd  məqalədə  oxuyuruq:  “Bir 
müsəlman  Tiflisdəki  Şavnabadi  kilsəsinin  yanından  keçərkən  ona  öz  tutub  “əgər 
sənin qüdrətin varsa mənim köhnə çarıqlarımı yenisi ilə əvəz et” söyləmiş və evinə 
çatdıqdan  sonra  onun  ayaqları  tutulmuşdur”  (229).  Məqalədən  göründüyü  kimi, 
guya qohumları həmin adamı yenidən kilsəyə gətirmiş və ayaqları açıldıqdan sonra 
o  şəxs  məmnuniyyətlə  xristianlığı  qəbul  etmişdir.  Bütün  bunlarla  yanaşı,  qəzet 
M.F.Axundovun  ədəbi  fəaliyyətini  işıqlandırır,  1853-cü  ildə  onun  beş  pyesinin 
kitab  şəklində  çap  olunduğunu  da  xəbər  verir.  Professor  Nazim  Axundovun 
göstərdiyi  kimi  N.Berdzenov  qəzetin  1853-cü  ildə  28  və  34-cü  saylarında  çap 
etdirdiyi 
“Axundovun 
komediyaları” 
məqaləsində 
yazır: 
“Axundovun 
komediyaları burada və Rusiyada geniş maraq doğurmuşdur. Onların məzmununu 
bu vaxta qədər heç kimin toxunmadığı məsələlər təşkil edir”. (7.səh.36). 
“Zakavkazski  vestnik”  ilə  paralel  olaraq  çıxan  “Kavkaz”  qəzeti 
M.F.Axundov  yaradıcılığına  daha  geniş  yer  verirdi.  1851-56-cı  illərdə  ədibin 
özünün ruscaya tərcümələri, komediyaları və “Aldanmış kəvakib” povesti də silsilə 
şəklində məhz bu qəzetdə çap olunurdu. 
XIX  əsrdən  Rusiyada  başlanan  maarifçilik  hərəkatı  dalğasının  əsrin 
sonlarından  ucqarlara  da  gəlib  çatması  hesabına  məktəblərin,  qiraətxanaların, 
mətbəələrin  və  qəzetlərin  açılması  Qafqazın  da  ictimai  həyatında  mühüm  rol 
oynadı.  Bu  hərəkatı  dəyərləndirən  tədqiqatçı  Rasim  Mirzə  yazır:  “Həmin 
maarifçilik,  əlbəttə,  imperiyanın  Qafqazdakı    “vəhşi”,  “qeyri-mədəni”  saydığı 
xalqları  ram  etmək  yollarından  biri  kimi  düşünülmüşdü.  Subyektiv  olaraq 
hakimiyyətə  loyal  münasibət  bəsləyən  Rusiya  təbəələri  yetişdirmək  məqsədi 
izləyirdi,  lakin  obyektiv  surətdə  ilhaq  etdiyi  xalqa  tarixi-mədəni  xidmət  idi” 
(60.səh.120). Məhz bu ilkin maarifçilik hesabına təhsil görüb savadlanmış ziyalılar 
ictimai  şüurda  müstəqillik  toxumu  səpərək  gələcəkdə  qurulacaq  azad  və  suveren 
dövlətlərin demokratik dəyərlərə əsaslanan ideoloji bünövrəsini yaradırdılar. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə