Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə30/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

61 
 
böhtandır.  Çünki  Məhəmməd  Əmin  Rəsulzadə  “Müsavat”ın  lideridir.  “Müsavat” 
isə  yazılı  surətdə  qeydiyyatdan  keçmiş  və  dərc  olunmuş  rəsmi  proqramında  açıq-
aşkar  torpağın  kəndlilərə  verilməsinin  tərəfdarıdır.  Bu  halda  torpağı  kəndlilərə 
vermək istəyən cənab Rəsulzadə bəylərin və  mülkədarların tərəfdarı ola bilərmi?” 
(111.səh.93)  yazmaqla  son  dövrdə  “Raboçiy”  və  “İzvestiya”  qəzetlərinin  rus 
müəlliflərinin M.Ə.Rəsulzadəni sancmalarına öz münasibətini göstərirdi.  
10  fevral  1918-ci  ildə  Tiflisdə  yaradılan,  qanunverici  orqan  kimi 
səlahiyyətlərə  malik  olan  Zaqafqaziya  Seyminin  Məhəmməd  Əminin  rəhbərlik 
etdiyi  44  azərbaycanlı  deputatdan  ibarət  müsəlman  fraksiyasında,  İrəvan 
quberniyasının  Kəmərli  və  Uluxanlı  kəndlərində  ermənilərin  törətdikləri  qırğını 
araşdıran xüsusi iclasda  müsavatçı  M.Hacınskinin  məruzəsi  ətrafında  müzakirələr 
aparıldı.  17-21  fevralda  Seymin  Georqadzenin  başçılıq  etdiyi  komissiyası  yerində 
araşdırmalar aparmaqla müsəlman əhalinin vəhşicəsinə qırılması faktını təsdiq etdi. 
Zaqafqaziya Seymində fəallıq göstərən müsəlman fraksiyasının deputatları; 
Məhəmməd Əmin Rəsulzadə hakimiyyətçilik, Fətəli Xan Xoyski hüquq, Nəsib bəy 
Yusifbəyov  təhsil,  M.Hacınski  ştat  strukturunun,  xərclər  smetasının  tətbiqində 
yaxından iştirak edirdilər. M.Hacınski deputatların dietik qidalanması məsələsi ilə 
məşğul olan komissiyaya da rəhbərlik edirdi.  
22 fevral 1918-ci ildə “Hümmət” qəzetində N.Nərimanov “Arı bəy” imzası 
ilə  çap  etdirdiyi  növbəti  “Kiçik  felyeton”unda  bir  daha  torpaq  məsələsinə 
qayıdaraq  problemin  üzərində  dayanır.  Müəllif  “Müsavat”  proqramında  bu  işin 
yalnız  sözdə  olduğunu  bildirərək  onların  məsələyə  münasibətini  belə  şərh  edir: 
““Müsavat” rəhbərləri bu cür düşünürlər: burada nə var ki, proqramda yazarıq ki, 
torpaq kəndlilərə paylanmalıdır, amma çıxışlarımızda bu haqda heç nə danışmarıq. 
Çünki  bu  barədə  danışsaq  əsl  türklər  iki  hissəyə  bölünərlər:  kəndlilərə  və 
mülkədarlara.  Beləliklə,  bu  iki  əks  sinif  arasında  münaqişə  yaranar  və  “əsl 
türklərin”  vətəni dağıla bilər. İndi isə  məlum olmuşdur  ki, Gəncə  quberniyasında 
bu  “vətən”  artıq  dağılmaq  üzrədir:  oranın  kəndliləri  “Müsavat”ın  qəlbi  sayılan 
Nəsib  bəy  Yusifbəyovun  sözünə  baxmayıb  torpaqları  zəbt  etmiş,  mülkədarları  isə 
Gəncəyə qovmuşlar” (111.səh.105). 
1 mart 1918-ci ildə Müsavatın parlament qrup nümayəndələrinin də iştirak 
etdiyi  iclasda  Nəsib  bəy  Yusifbəyovun  bəyanatından  göründüyü  kimi, 
müsəlmanların  türklərə  qarşı  vuruşmayacağı  elan  olunduqdan  sonra  müstəqil 
Zaqafqaziya  federasiyası  dövlətçiliyi  siyasəti  özünün  real  əhəmiyyətini  itirdi. 
Təbrizdə,  Bakıda  və  Gəncədə  ideoloji  kursundan  məhrum  olmuş  rus  ordusu 
məğlubiyyəti  müsavatçıları  şimallı-cənublu  bütöv  azərbaycançılıq  ideyasını 
reallaşdırmağa  sövq  edirdi.  Təbriz,  Gəncə,  Dərbənd  və  Bakıda  bu  ideyanın 
tərəfdarları gündən-günə artırdı. Siyasi və iqtisadi cəhətdən daha çox inkişaf etmiş 


62 
 
Azərbaycanın  hər  iki  sahədə  xeyli  geridə  qalmış  Türkiyə  ilə  birləşməsi 
müsavatçılara arxaik görünürdü.  
Bakıda daşnaklarla ittifaqa girən bolşeviklər Şaumyanın fitvası ilə 14 mart 
1918-ci  ildən  passiv  vətəndaş  müharibəsi  vəziyyəti  yaratdılar.  24  martda  isə 
“Evelina” gəmisindəki “Vəhşi diviziya” əsgərlərinin tərksilah olunması partlayışa 
təkan verdi. N.Nərimanov belə siyasi mübarizənin milli qırğına çevrilməsinə qarşı 
dura bilmədi. 
Həmin  hadisələrin  şahidi  Məhəmməd  Əsəd  bəyin  “Qan  seli”  sənədli 
hekayəsində təsvir etdiyi kimi: “Qadınlar, uşaqlar və qocalar öz mənzillərində qətlə 
yetirildilər.  Sakinlərin  sığınacaq  tapdıqları  məscidlərdə  qan  su  yerinə  axdı. 
Kommunist  və  neft  maqnatı  Styopa  Lalay  bütün  şəhərdə  müsəlman  uşaqlarını 
axtarıb  tapır,  onların  qıçından  yapışıb  havada  yellədir  və  başlarını  yola  döşəmiş 
çaylaq daşının üstündə əzirdi. Bu yolla o, yüzdən çox uşaq öldürür və hər qətldən 
sonra  bağırırdı:  “Ata-anamın  qısası!”  Ata-anasını  on  iki  il  qabaq  müsəlmanlar 
xəncərlə  öldürmüşdülər.  Dava  vur-tut  altı  saat  çəkdi,  müsəlmanlar  yenildilər” 
(51.səh.67). 
Süni  şəkildə  meydana  çıxmış  beynəlmiləl  Bakı  Sovetinin  yaradılması 
Rusiyanın strateji maraqları ilə üst-üstə düşərək onun siyasi və iqtisadi maraqlarına 
uyğun gəlirdi. Beynəlmiləl tərkibli Bakı kommunası isə yerli əhalinin mənafeyinə 
xidmət  edə  bilmədiyindən  əyalətlərə  nüfuz  etmədən  yalnız  şəhərdaxili  fəaliyyətlə 
kifayətlənirdi.  Baxı  Xalq  Komissarları  Sovetinə  S.Şaumyanın  rəhbərlik  etdiyi 
dövrdə  1918-ci  ilin  mart  qırğınının  genişlənməsi,  daşnak-bolşevik  dəstələrinin 
əhaliyə  kütləvi divan tutması  bu hakimiyyətin gələcək perspektivi  üzərindən qara 
xətt çəkdi.  
Kütləvi  qırğınlara  başlamazdan  öncə  akademik  C.Quliyevin  qeyd  etdiyi 
kimi:  “Daşnaklar  Azərbaycanın  erməni  əhalisi  arasında  şovinist-millətçi  təbliğatı 
ilə məşğul idilər. Bu məqsədlə qəzet və broşuralar da nəşr olunurdu. Açıq şəkildə 
olmasa  da,  onların  bu  fəaliyyəti  tamamilə  Ermənistanın  daşnak  siyasətinə  uyğun 
idi” (101.səh.156). 
30-31  mart  və  aprel  1918-ci  ildə  Bakıda  gedən  şiddətli  vuruşmada 
bolşeviklərin altı min nəfərlik qızıl ordusu ilə birləşmiş erməni daşnaklarının dörd 
minlik  quldur  dəstəsi  “Vəhşi  diviziya”  və  “Müsavat”  partiyasının  yaratdığı 
özünümüdafiə  döyüşçüləri  ilə  vuruşurdu.  N.Nərimanovun  1925-ci  ildə  Moskvada 
çap edilmiş “Məqalə və  məktublar” kitabında bu qırğınla bağlı qənaətləri belədir: 
“Müsəlman bolşevik  olsaydı  belə  daşnaklar ona  aman  verməyərək  kefləri  istəyən 
adamı  öldürər,  evləri  dağıdıb  xaraba  qoyardılar.  Bolşevizm  bayrağı  altında 
müsəlmanlara qarşı hər cür vəhşilik törədən daşnaklar nəinki kişilərə, hətta hamilə 
qadınlara da rəhm etmirdilər” (65.səh.6). Mart qırğınının qismən də olsa qarşısının 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə