Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə31/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

63 
 
alınmasında  və  obyektiv  təhlilində  müstəsna  rol  oynamış  N.Nərimanovun  tarixi 
xidməti danılmazdır. 
On  minlik  dinc  əhalinin  qırğınına  erməni  daşnaklarının  təhrikçi,  gürcü 
menşeviklərinin müşahidəçi münasibətinə etiraz əlaməti olaraq, bu dövrdə Tiflisdə 
yaşayan  Məhəmməd  Həsən  Hacınskinin  də  daxil  olduğu  müsəlman  fraksiyası  və 
onun  nazirləri  3  aprel  1918-ci  ildə  Zaqafqaziya  Seymindən  çıxmaq  məsələsini 
qaldırdılar. Beləliklə, müsəlman fraksiyasının təzyiqi ilə Zaqafqaziya hökumətinin 
istefası  əldə  olunduqdan  sonra  yaranması  labüd  olan  Azərbaycan  milli  Şurasının 
Bakı hadisələrinə hərbi müdaxiləsi hüquqi cəhətdən təmin edildi.  
Tadeuş  Svyatoxovskinin  “Rusiya  Azərbaycanı.  1905-20-ci  illər”  əsərində 
yazdığı  kimi  seymdə  sərt  qalmaqallar  baş  verdiyi  bir  şəraitdə  Zaqafqaziya 
nümayəndə  heyəti  arasındakı  təfriqə  get-gedə  güclənirdi:  “Türkiyəyə  güzəştə 
gediləcək  ərazi  məsələsində  Xasməmmədov  istisna  təşkil  edirdi.  Görünür  onun 
Azərbaycan  neft  sənayesi  ilə  bağlı  mənafeləri  osmanlıpərəst  duyğusundan  daha 
güclü  idi.  Xasməmmədov  Zaqafqaziyanın  Bakıdan  gələn  neft  kəmərinin  son 
məntəqəsi  olan  Batumu  özündə  saxlaması  təklifi  ilə  çıxış  etdi”  (82.səh.127).  13 
aprel  1918-ci  ildəki  Seymin  iclasında  digər  görkəmli  müsavatçı  Şəfi  bəy 
Rüstəmbəyov  tərəfindən  də  müdafiə  edilən  həmin  məsələ  ciddi  şəkil  aldı.  Bu 
məsələlər  osmanlılara  qarşı  qəzəb  hissi  yaratdıqda  isə  iclası  aparan  Seretelinin 
silahlı  müqavimət  təklifi  müzakirə  olundu.  Bu  məqamda  isə  Xəlil  bəy 
Xasməmmədov,  Şəfi  bəy  Rüstəmbəyov  da  daxil  olmaqla  bütün  müsavatçıların 
məsələnin  yalnız  sülh  yolu  ilə  həlli  üzərində  dayanmaları  seymdə  qarşıdurmanı 
gücləndirdi  və  ertəsi  gün  Trabzondakı  sülh  danışıqları  aparan  nümayəndələrin 
geriyə çağırılmasına səbəb oldu.  
Tadeuş Svyatoxovskinin yazdığı kimi: “Bu da azərbaycanlı nümayəndələrin 
hiddətinə  səbəb  oldu.  H.Hacınski  həmin  qərarı  yenidən  müharibə  başlamaq 
məqsədilə  sülhü  pozmaq  cəhdi  kimi  qiymətləndirir  və  bunu  “beynəlxalq  əlaqələr 
tarixində  ölçüyəgəlməz  bir  təxribat  adlandırdı.”  (82.səh.127).  O,  qəzəblə 
nümayəndə  heyətindən  ayrılaraq  bildirdi  ki,  “zəruri  sülhə  nail  olmaq  üçün 
İstanbula gedib qəti tədbirlərə əl atmaq barəsində” öz partiyasından mandatı vardır. 
Təqdim  olunan  tarixi  faktdan  göründüyü  kimi  M.Hacınski  ən  ekstrimal  şəraitdə 
belə  daim  xalqının  mənafeyinə  uyğun  qərar  çıxara  bilən,  “Müsavat”ın  iradəsini 
yerinə yetirən yetkin bir siyasi lider idi. 
15  aprel  1918-ci  ildə  rus  imperializminin  zülmündən  təngə  gəlmiş  acar 
türklərinin iştirakı ilə Osmanlıların Zaqafkom ilə səkkiz günlük davası nəticəsində 
Acarıstan qırx ildən sonra yenidən Türkiyə ilə birləşdi. Həmin gün eyforiyada olan 
müsavatçıların  Gəncədə  keçirilən  toplantılarının  qətnamələrində  silahlı  dəstələrin 
yaradılması və türklərin köməyə çağırılması məsələsi öz əksini tapdı. Əhməd bəy 
Pepinovla Trabzonda danışıqlar aparan M.Hacınski burada Ənvər paşayla görüşdə 


64 
 
yeni sülh təşəbbüsü ilə çıxış etdi. M.H.Hacınskinin diplomatiya sahəsində mühüm 
rolunu  xüsusi  dəyərləndirən  professor  C.Həsənli  yazır:  “M.Hacınski  gürcü-türk 
münasibətlərindəki  düşmənçiliyi  aradan  qaldırmağın  Batum  məsələsindən  asılı 
olduğunu  bildirib  bu  şəhərin  gürcülərdə  qalmasına  çalışsa  da,  lakin  bunun 
əhəmiyyəti  olmadı.  Ənvər  paşa  Türkiyənin  Batuma  olan  hüququnun  Rusiya 
hökuməti  tərəfindən  tanındığını  qeyd  edib  bildirdi  ki,  uğursuz  erməni  siyasətinə 
uyub  türklərə  qarşı  düşmənçilik  mövqeyində  durmasalar,  Türkiyə  Gürcüstanın 
azad  şəkildə  mövcud  olmasını  arzulayır  və  onu  etibarlı  qonşusu  hesab  edir.” 
(28.səh.66). 
Həmin  görüşdə  M.Hacınskinin  müstəqil  Ermənistanın  yaradılacağına 
türklərin hansı münasibət göstərəcəyinə Ənvər paşanın: “Əgər erməni xalqı ingilis-
rus  siyasəti  naminə  türklərə  qarşı  fitnə-fəsada  son  qoyarsa,  Türkiyə  müstəqil 
erməni  dövlətinin  yaradılmasının  əleyhinə  deyildir”  (146)  cavabı  Osmanlı 
imperiyasının ermənilərə qarşı düşmən mövqedə olmadığına tutarlı sübutdur. 
Həmin  dövrdə  də  Batumun  tutulmasından  sonra  Seym  Vəhib  paşanın  sülh 
danışıqlarının  bərpası  təklifinə  müsbət  reaksiya  verdi  və  federativ  hökumətin 
yaradılması reallaşdı. M.Ə.Rəsulzadə müsavat partiyası adından Dağıstanla ittifaq 
və Bakının xarici casuslardan təmizlənməsi məsələsini qəti şəkildə qoydu. 
20 aprel 1918-ci ildə on üç nazir vəzifəsindən beşini tutmuş azərbaycanlılar 
seymin ticarət və sənaye naziri N.B.Heydərovu Bakıya göndərməyə nail olsalar da, 
S.Şaumyanın onu həbs etməsi və üstəlik bolşeviklərin rəhbərlik etdiyi daşnakların 
Quba, Səlyan və Kürdəmir istiqamətində hücuma keçərək yeni qırğınlar törətmələri 
vəziyyəti qızışdırdı.  
31  aprel  1918-ci  ildə  Almaniyanın  İrandakı  sabiq  konsulu  professor 
Q.Şreyder öz hökuməti ilə Azərbaycan arasında vasitəçi olmağa razılıq verdikdən 
sonra  M.Hacınski  Trapezund  sülhməramlı  nümayəndə  heyəti  tərkibində  Ənvər 
paşa ilə danışıqlar aparır. Bu ərəfədə özləri üçün təhlükəni cənubdan görən gürcü 
menşeviklərindən  və  erməni  daşnaklarından  fərqli  olaraq,  azərbaycanlı 
müsavatçılar  Rusiyaya  bel  bağlamaqdan  çəkinirdi.  Məhz  bu  fikir  ayrılığı  strateji 
məqsədlərin həyata keçirilməsi üçün taktiki gedişlər tələb edirdi.  
1  may  1918-ci  ildə  Təzəpir  məscidində  çıxış  edən  Nəriman  Nərimanovun 
camaata  müraciətlə  dediyi:  “Hələ  beş  ay  əvvəl  mən  sizə  nəsihət  etdim  ki,  Şura 
hökumətinə yardım edin. Qırmızı Ordu və qvardiyaya yazılıb öz şəxsi mənafelərini 
üstün  tutan  partiyalara  inanmayın!”  (125)  sözləri  cəmiyyətdəki  qarşıdurmanın 
dərəcəsindən xəbər verirdi.  
8  may  1918-ci  ildə  N.Nərimanov  “Hümmət”  qəzetində  çap  etdirdiyi 
“Nargin  adası  və  ya  ölüm  adası”  məqaləsində  orada  saxlanılan  türk  əsirlərinin 
dözülməz  vəziyyətini  araşdırır.  Komendantların  iştirakı  ilə  aclıq  nəticəsində 
yaranmış  müxtəlif  xəstəliklərdən  qırılan  əsgərlərlə  görüşmüş  N.Nərimanov 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə