Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

67 
 
Həmin dövrdə Tiflisin Maçabeli küçəsində yaşayan Hacınskilər ailəsində on 
yaşlı  Şamil,  doqquz  yaşlı  Nuşirəvan,  səkkiz  yaşlı  Minurə  və  beş  yaşlı  əkizlər 
Tofiqlə Muxtar böyüyür, Səadət xanım isə artıq altıncı uşağa hamilə idi.  
 Hacınskinin  iştirakı  ilə  Batumda  sülh  danışıqları  aparan  nümayəndə 
heyətinin “Osmanlı hərbi yardımı” əldə etməsi Dağlıq Qarabağda və Bakıda əmin-
amanlıq yaranacağına təminat verirdi. Azərbaycanın müstəqil dövlət olması Ənvər 
paşanın  Zaqafqaziyada  panturanizm  siyasəti  ilə  üst-üstə  düşməsə  də,  mayın 
sonunda  onun  ana  bir,  ata  ayrı  qardaşı  Nuru  paşa  komandanlıq  etdiyi  “İslam 
ordusu”  qərargahını  yaratmaq  üçün  Gəncəyə  gəlir.  Osmanlıların  birinci  piyada 
diviziyası  əsasında  təşkil  edilmiş  bu  orduda  general  Şıxlinskinin  müsəlman  milli 
korpusu,  “Vəhşi  diviziya”  hissələri  və  hərbi  hazırlıq  keçməyən  nizamsız  xalq 
dəstələri birləşərək on altı-on səkkiz minlik real qüvvəyə çevrilmişdilər.  
Bakı əhalisinin siyasətdən uzaq hissəsi Rusiyadan Kommunaya real kömək 
gəlmədiyini  görüb  1918-ci  ilin  fevralından  İranın  şimalında  Osmanlı  hərbi 
qüvvələrini nəzarətdə saxlayan və Gilan əyalətinin millətçi lideri Mirzə Kiçik xana 
qarşı  əməliyyatlarda  iştirak  edən  general  Layonel  Denstervilin  komandanlığı 
altında  Britaniya  ekspedisiya  Qüvvələrini  Bakıya  dəvət  etməklə  aclıq  çəkən 
şəhərdə əmin-amanlığın bərpasına çalışırdı. Tadeuş Svyatoxovskinin yazdığı kimi: 
“İyunun axırlarında Denstervil Xəzər dənizindəki Ənzəli limanını işğal etdi, həmin 
dövrdə  bu  liman  bolşevik  Əsgər  Sovetinin  əlində  idi;  general  buradan  Bakıya 
hərəkət etməyə hazırlaşırdı” (82.səh.134). 
4  iyun  1918-ci  ildə  Osmanlı  hökuməti  tərəfindən  ədliyyə  naziri  Xəlil 
Menteş,  Qafqaz  cəbhəsinin  üçüncü  türk  ordusunun  komandanı  Mehmed  Vehib 
paşa, Azərbaycan Respublikasından Milli Şuranın sədri M.Ə.Rəsulzadə, xarici işlər 
naziri M.H.Hacınskinin iştirakı ilə imzalanmış beynəlxalq müqavilə bu iki ölkənin 
dostluğuna hüquqi status verdi.  
4  iyun  1918-ci  ildə  Türkiyənin  Ermənistan,  Gürcüstan  və  Azərbaycanla 
bağladığı  müqaviləyə  əsasən  isə  Qars,  Ərdahan,  Batum  vilayətlərinin  Türkiyəyə 
verilməsi  nəzərdə  tutulurdu.  Erməni  hökumətinin  bu  hərəkətini  xalqa  xəyanət 
sayan  Andronik  rəsmi  İrəvana  qarşı  çıxaraq  Qafqazda  türk-müsəlman  əhalisinin 
geniş miqyasda qırğınına başlayır.  
Məhz  bu  status  əsasında  Milli  Şuranın  sədri  M.Ə.Rəsulzadə  və  xarici  işlər 
naziri  M.H.Hacınski  Azərbaycana  hərbi  yardım  barədə  rəsmi  müqavilə 
imzalayırlar. 
7  iyun  1918-ci  ildə  müqaviləyə  və  Qafqaz  İslam  Ordusunun  komandanı 
Nuru  paşanın  əmrinə  əsasən  beşinci  Qafqaz  diviziyasına  aid  olan  doqquzuncu 
Qafqaz  alayı  ilə  ikinci  süvari  alayı  Qazax  istiqamətindən  Azərbaycan  ərazisinə 
daxil  oldu.  10  iyun  1918-ci  ildə  Bakıda  Şaumyanın  başçılıq  etdiyi  Xalq 


68 
 
Komissarları  Sovetinin  Gəncə  üzərinə  hücum  barədə  qərarı  Nuru  paşanı 
qabaqlamaq məqsədini güdürdü.  
12 iyun 1918-ci ildə Rusiyadan hərbi kömək almış Bakı Sovetinin Gəncəyə 
hücum  planından  təşvişə  düşən  M.H.Hacınski  Batumdakı  Türkiyə  nümayəndə 
heyətinin  sədri  Xəlil  bəyə  göndərdiyi  məktubunda  Osmanlı  qoşunlarının  öz 
qüvvələrini  bu  istiqamətdə  səfərbər  etməsinin  vacibliyini  sübut  etməyə  çalışırdı: 
“Rus inqilabı nəticəsində Azərbaycan Respublikasının hökuməti ölkənin daxilində 
böyük  çətinliklərə  məruz  qalır,  Azərbaycanın  çox  hissəsində  üsyan  qaldırmış 
bolşeviklər Bakını ələ keçirmişlər. Bununla əlaqədar ölkədə hərc-mərclik bizi rahat 
buraxmır” (147). 
15  iyun  1918-ci  ildə  artıq  Gəncə  ətrafında  olan  Qafqaz  İslam  Ordusu 
qüvvələri  geniş  miqyaslı  döyüşlərə  hazırlaşmağa  başladılar.  Birinci  Dünya 
Müharibəsi illərində Şimali Afrikanın Liviya cəbhəsində komandir olmuş minbaşı 
Nuru  paşanın  ana  bir,  ata  ayrı  qardaşı  olan  Ənvər  paşanın  hərbi  nazir  olması  ona 
hərbi manevrlərlə yanaşı, siyasi gedişlər etməyə də şərait yaradırdı. Məhz Osmanlı 
Türkiyəsinin  daxili  və  xarici  siyasətini  tənzimləyən  “İttihad  və  tərəqqi” 
partiyasının strateji maraqlarını önə çəkən Nuru paşa panislamizmin banisi Əhməd 
bəy  Ağaoğlu  və  xüsusən  Gəncəbasarda  böyük  nüfuzu  olan  “İttihad”  firqəsinin 
başçısı doktor Qarabəy Qarabəyovu özünə müşavir təyin etmişdi. 
17  iyun  1918-ci  ildə  F.X.Xoyskinin  başçılığı  ilə  yaradılan  ilk  kabinetdə 
hərbi  nazirlik  olmasa  da,  M.H.Hacınskinin  xarici  və  dövlət  nəzarəti  naziri, 
B.X.Cavanşirin daxili işlər naziri təyin olunması səmərəli nəticə verdi. Həmin gün 
Nuru  paşanın  müşavirləri  Əhməd  bəy  Ağaoğlunun  və  Qarabəy  Qarabəyovun 
təzyiqi  ilə  Milli  Şura  öz  səlahiyyətini  Fətəli  xan  Xoyskinin  yeni  təşkil  etdiyi 
Müsəlman sosialist blokunun Heydərov və Şeyxülislamov kimi nümayəndələrinin 
də  təmsil  olunduğu  ikinci  yeni  kabinetə  təhvil  verdi.  Bu  kabinetdə  bir  vaxtlar 
Əhməd  bəy  Ağaoğlunun  rəhbərliyi  ilə  “Difai”  təşkilatını  yaradanlardan 
M.Hacınski xarici işlər naziri kimi təsdiq olundu, Behbud bəy Cavanşir isə daxili 
işlər naziri təyin edildi. Milli Şuranın həmin gün keçirilən sayca yeddinci, Gəncədə 
isə ilk iclasında tədqiqatçı Nəsiman Yaqublunun yazdığı kimi: “Türk qoşunlarının 
Azərbaycana  dəvət  olunmasında  müxtəlif  mövqelər  meydana  çıxdı.  Bəziləri  çıxış 
edib  göstərirdilər  ki,  Nuru  paşa  heç  də  Azərbaycanın  müstəqilliyini  tanımaq 
istəmir.”...  Xarici  işlər  naziri  M.Hacınskinin:  “Biz  fikrimizi  müəyyənləşdirmişik. 
Onlar yalnız müstəqil Azərbaycan hökumətinin qurulmağını istəyirlər. Onlar bizim 
işlərimizə  qarışmaq  fikrində  deyillər.”  (88.səh.82)  sözlərindən  sonra  real 
vəziyyətin qarşılıqlı anlaşma şəraitində və stabil olması barədə yəqinlik hasil olur. 
Haqqında söhbət gedən problemə M.B.Məmmədzadənin də münasibəti maraqlıdır: 
“Bu  xüsusda  Milli  Şura  rəisi  M.Ə.Rəsulzadə,  baş  nazir  Fətəli  xan  və  xarici  işlər 
naziri Məhəmməd Həsən bəydən ibarət bir heyət Qafqaz İslam ordusu komandanı 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə