Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə40/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

81 
 
qurulmuş  Azərbaycan  dövlətinin  başı  üzərində  domokl  qılıncı  kimi  asılmış 
Rusiyanın işğalçılıq siyasəti müstəqillik  hüququnun tam bərqərar olmasına imkan 
vermirdi. Hələlik Qızıl Ordu  qüvvələrinin digər regionda vuruşması bir sıra vacib 
əhəmiyyətli  məsələlərin  həllinə  şərait  yaratsa  da,  bütövlükdə  müstəqillik  tam 
hüquqi həllini tapmamışdı.  Özünün tarixi  milli torpaqlarına  sahib durmaq istəyən 
respublikanın  113,9  min  kv.km  ərazisinin  16,5  min  kv.km-nin  mübahisəli 
vəziyyətə gətirilməsi Rusiyanın Qafqaz strategiyasına uyğun siyasi alət kimi bütün 
həlledici  məqamlarda  istifadə  olunurdu.  Onu  da  qeyd  edək  ki,  ərazimizin  sonrakı 
illərdə  tədricən  zəbt  olunaraq  86,6  min  kvadrat  kilometrə  qədər  azalması  və 
növbəti  müstəqillik  illərində  təcavüzə  məruz  qalaraq  yenidən  işğal  olunması 
bədnam  tarixin  təkrarlanması,  həmçinin  işğalçı  siyasətin  davamı  kimi 
anlaşılmalıdır.  
1919-cu  ilin  dekabrında  “Müsavat”ın  təklifi  ilə  parlamentin  sağ  qanadı 
“İttihad”  partiyasının  nəhayət  beşinci  hökumətin  tərkibinə  daxil  olması  iqtidarla 
müxalifət  arasında  yeni  münasibətlər  sistemi  yaratdı.  “İttihad”ın  təhriki  ilə 
korrupsiya və rüşvətə qarşı barışmaz olan M.H.Hacınskinin daxili işlər naziri təyin 
olunması güc strukturu vasitəsilə ölkədə qanun-qayda yaratmaq məqsədi güdürdü. 
Bu istiqamətdə fəaliyyəti gücləndirmək istəyən “İttihad”çıların dövlət nəzarətini də 
əllərinə almaqla özlərinə müsbət imic qazanıb gələcəkdə seçki yolu ilə hakimiyyətə 
gəlmək istəkləri əslində sağlam siyasi marketinqin təzahürü idi. Hələlik isə Daxili 
İşlər  və  Dövlət  Nəzarəti  Nazirliklərinin  birgə  səyi  nəticəsində  Q.Qarabəyovun 
parlamentdəki  çıxışlarında  əsas  tənqid  hədəflərindən  olan  ticarət  və  sənaye  naziri 
Y.A.Əliyevin  vəzifədən  istefası  idi.  Onun  çıxışlarında  dövlətin  pul  məsrəflərinin 
müsavatın  partiya  mənafeyinə  xərclənməsi  isə  siyasi  arenada  partiyalar, 
parlamentdə isə fraksiyalar arası ziddiyyətləri kəskinləşdirirdi.  
M.H.Hacınskinin  vətəndaşlıq  mövqeyini  itirmiş  korrupsiyaya  qurşanmış 
rüşvətxor  məmurlarla  mübarizəsi  dövlətçiliyin  sağlam  istiqamətə  yönəlməsinə 
xidmət  edirdi.  Məmur  özbaşınalığına  qarşı  barışmaz  mövqeyini  ittihadçılar  və 
kommunistlərlə  yaxınlaşmaq  kimi  dəyərləndirən  müsavat  və  bitərəflər  fraksiyası 
onu  bolşevizmə  meyldə  günahlandırırdılar.  Bütün  bunlara  məhəl  qoymayan 
M.H.Hacınskinin  “İttihad”  partiyasının  lideri  Q.Qarabəyovun  rəsmi  məlumatına 
əsasən  gömrüklə  bağlı  özbaşınalıqlarda  günahlandırılan  xarici  işlər  naziri,  bitərəf 
F.X.Xoyskinin yaxın qohumu, Qazaxın general-qubernatoru Aslan-Xoyskini işdən 
azad  etməsi  parlamentdə  şok  vəziyyəti  yaratdı.  Tezliklə  daxili  işlər  naziri 
vəzifəsindən  uzaqlaşdırılan  M.H.Hacınski  parlamentdəki  “Müsavat”  partiyasının 
daxilində yaranan radikal sol qanadın liderinə çevrilir.  
Azərbaycan  cəmiyyətindəki  sabitliyə  ciddi  təsir  edən  amillərdən  biri  də 
“Müsavat”da  formalaşaraq  partiya  daxilində,  parlamentdə  və  cəmiyyətdə 
stabilliyin pozulmasına şərait yaradan sol qanad idi. Parlamentdə sağlam müxalifət 


82 
 
olan  Q.Qarabəyovun  rəhbərlik  etdiyi  “İttihad”a  qoşularaq  ziddiyyəti  artıran  sol 
qanadın  əsas lideri M.H.Hacınskiyə  nüfuz  sahibi olan bitərəflər qrupunun rəhbəri 
B.X.Cavanşirin  də  qatılması  ciddi  platforma  yaradırdı.  Bir  vaxtlar  Əhməd 
Ağaoğluyla  birgə  “Difai”ni  yaratmış  Qarabəy  Qarabəyov,  Məhəmməd  Həsən 
Hacınski,  Behbud  Xan  Cavanşirin  Sovet  Rusiyası  ilə  diplomatik  münasibətlər 
qurmaq  tələbini  təftiş  edən  bəzi  tədqiqatçıların  onları  bu  məqsədə  görə 
günahlandırmaq iddiaları yəqin ki, əsassızdır.  
11  yanvar  1920-ci  ildə  müttəfiq  dövlətlər  tərəfindən  Gürcüstanla  birgə 
Azərbaycanın  da  müstəqilliyinin  de-fakto  tanınması  Versal  konfransındakı 
diplomatik  uğurların  nəticəsi  olsa  da,  yanvarın  ikinci  yarısından  Ermənistanın 
ADR-ə  qarşı  amansız  təcavüzü  müstəqilliyimizin  üzərinə  qara  kölgə  saldı. 
Dövlətlər  arası  sərhədlər  tam  dəqiqləşdirilməsə  də,  müttəfiqlərdən  özlərinin  ərazi 
iddialarına  dəstək  almayan  erməni  millətçilərinin  Azərbaycana  hücumu 
gözlənilməz oldu.  
23  yanvar  1923-cü  ildə  döyüşlərdə  Qızıl  Ordu  Denikinin  başçılıq  etdiyi 
könüllülərə üstün gəlir. Bununla da artıq vətəndaş müharibəsini tamamlamaq üzrə 
olan  bolşevik  Rusiyasının  xarici  işlər  naziri  Q.V.Çiçerinin  notalar  verməklə 
müstəqilliyini  tanımadığını  bildirən  Azərbaycanla  hərbi  ittifaq  bağlamaq  yolu  ilə 
onu münaqişəyə cəlb etmək niyyəti qara sapla tikilmiş ağ paltar kimi məsələnin əsl 
mahiyyətini  açırdı.  Azərbaycanın  xarici  işlər  naziri  Fətəli  Xan  Xoyski  və  onun 
radikal  həmfikirləri  vətəndaş  müharibəsində  əldən  düşüb  zəifləmiş  Rusiyanın 
siyasi, iqtisadi və hərbi təzyiqinə qarşı kommunist fikirli adamları ölkədən qovmaq, 
digər Qafqaz ölkələri ilə danışığa girib güclü ordu yaratmaq və kütləvi silahlanma 
yolu  ilə  müstəqilliyi  qorumaq  tərəfdarı  idilər.  Lakin  ölkə  daxilindəki  stabilliyin 
zəifləməsi  radikallığın  ideoloji  təminatını  yaratmaqda  çətinlik  çəkirdi.  Dövlətin 
get-gedə zəifləməsi vətəndaş həmrəyliyinin yaranması qarşısında əngəl törədirdi. 
18  fevral  1920-ci  ildə  F.Xoyskinin  və  həmfikirlərinin  təsiri  ilə  həmin  ölkə 
ilə siyasi manevrlər və loyal münasibətlər tərəfdarı olan M.H.Hacısnki daxili işlər 
naziri vəzifəsindən uzaqlaşdırılsa da, ticarət, sənaye və ərzaq naziri kimi kabinetin 
tərkibində  qaldı.  Bununla  belə  “İttihad”  partiyasının  rəhbəri  Q.Qarabəyovun 
“Müsavat”la    hökumət  koalisiyası  barədə  anlaşmanı  ləğv  etməsi  bolşeviklərin 
xeyrinə işləyən siyasi oyun təsiri bağışladı. Daxili işlər naziri vəzifəsinə yeni təyin 
olunmuş  ən  gənc  hökumət  üzvü,  müsavatçı  M.Vəkilovun  dövlətçiliyin  bərpası 
yolunda  bolşevik  fəallarının  həbslərini  həyata  keçirməsi  və  onların  mətbuat 
orqanlarını bağlaması demokratiyaya zidd hərəkət kimi qələmə verilərək ölkədaxili 
vəziyyəti daha da ciddiləşdirdi.  
Azərbaycanı  idarə  edən  müxtəlif  partiya  və  qrup  liderlərinin  siyasi 
təcrübəsinin  yoxluğu  onların  dövlətçilik  naminə  eyni  məxrəcə  gəlməsinə  mane 
olurdu.  Üstəlik  Nərimanov  kimi  nüfuzlu  bir  ictimai-siyasi  liderin  bolşevikləri 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə