Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

83 
 
dəstəkləməsi  ölkə  daxilində  Şura  hökuməti  sayəsində  daha  müstəqil  dövlət 
qurulacağı xülyasını yaratmaqla kommunist təcavüzünü yaxınlaşdırırdı.  
1920-ci  ilin  əvvəllərində  Rusiyanın  və  onun  qərb  müttəfiqlərinin  marağına 
qarşı  çıxaraq  Sevr  müqaviləsini  rədd  edib  daşnak  qüvvələrini  yerində  oturdan 
Türkiyənin  Ermənistanı  Aleksandropol  sazişi  imzalamağa  məcbur  etməsi,  bu  iki 
dövlətin sərhəd münasibətlərinin tənzimləməsinə şərait yaratdı.  
15  mart  1920-ci  ildə  Rusiyadakı  vətəndaş  müharibəsi  zamanı,  mart  ayında 
bolşeviklərin  denikinçiləri  məğlub  etməsi  Azərbaycan  Cümhuriyyətini  bir 
təcavüzdən xilas edib yenisi ilə baş-başa qoydu.  
19  mart  1920-ci  ildə  bolşeviklərin  təhriki  ilə  baş  qaldıran  erməni  daşnak 
millətçiləri  iki  azərbaycanlı  əsgəri  qətlə  yetirməklə  Qarabağ  problemini  yenidən 
qabardaraq Azərbaycanın müstəqilliyinə növbəti bir təhlükə yaratdılar.  
22 mart 1922-ci ildə gecə yarı iri dəstələrlə erməni çeteləri Şuşa, Xankəndi, 
Əsgəran,  Xocalı  və  Tərtər  üzərinə  hücuma  keçdilər.  Milli  ordu  təcavüzünün 
qarşısını  almaq  məqsədilə  baş  qərargah  rəisi  general-mayor  H.Səlimovun 
rəhbərliyi  altında  olan  bütün  qüvvələrini  bu  istiqamətə  səfərbər  etdi.  26  martda 
Ağdamda yerləşən qərargahın gizli iclasında ermənilərin əsas iqamətgahı yerləşən 
Əsgəran  istiqamətində  kəşfiyyat  aparılması  qət  edildikdən  üç  gün  sonra  geniş 
miqyaslı  hücum  başlandı.  Qarqar  çayının  hər  iki  tərəfindən,  Şelli  və  Xıdırlıdan 
başlanan döyüşdə orduya parlament mühafizəsi dəstəsi ilə yanaşı, yerli könüllülər 
də qoşuldu.  
3 aprel 1920-ci ildə Zaqatala, Şirvan piyada və Tərtər süvari alaylarının da 
ruh  yüksəkliyi  ilə  döyüşə  girməsi  cəmi  üç  gün  ərzində  qələbəni  təmin  edərək 
Qarabağı düşməndən təmizlədi. Aprelin sonunda sərhədlərimizdə pusquda durmuş 
XI  Qızıl  Ordu  ilə  əlaqələr  quran  Ermənistan  hökumətinin  və  Qarabağ  İnqilab 
Komitəsinin təşkil etdiyi yeni ixtişaşlar Azərbaycanın işğal olunması işində müdhiş 
rol oynadı. Qarabağı erməni-daşnak təhlükəsindən xilas etmək üçün vuruşan milli 
ordunun şimaldan gələn təcavüzün qarşısını almaq imkanı olmadı. 
Qızıl  Ordu  Dağıstanı  işğal  etdikdən  sonra  iflic  vəziyyətinə  düşən 
Yusifbəyov 
kabinetinin 
fəaliyyətsizliyi, 
partiyalararası  konfransda  rus 
oriyentasiyasına  keçmək  tələbini  irəli  sürən,  bununla  da  yeni  hakimiyyət  təşkil 
etmək hüququ qazanan Hacınskinin yarımməxfi danışıqlarda silahlı müdaxiləyə və 
daxili  qiyama  hazır  olan  bolşevikləri  koalisiyalı  hökumətdə  iştirak  etməyə 
çağırması  müsavatçıların  dövlət  strategiyasının  tərkib  hissəsi  idi.  Parlamentdə 
Hacınskiyə  Xoyskinin  və  digərlərinin  müqaviməti  isə  bəlkə  də  bu  prosesə 
gerçəklik çalarları vermək məqsədi daşıyırdı.  
Şübhəsiz  ki,  növbəti  məqamlarda  kabinet  yaratmağı  ləngitməklə  dövləti 
hökumətsiz qoyaraq əhalini ümidsizliyə düçar edən baş nazir Hacınskinin 22 aprel 


84 
 
1920-ci  ildə  parlamentdə  hakimiyyət  təşkil  edə  bilmədiyini  elan  etməsi  hadisələri 
yeni məcraya yönəldir.  
Tədqiqatçı  M.Süleymanov  yazır  ki:  “1920-ci  il  aprelin  27-də  bolşevik 
qüvvələrinin  Azərbaycan  sərhədlərini  pozması  xəbəri  alınan  kimi  hərbi  nazir 
S.Mehmandarov 1-ci piyada diviziyasının komandiri, general-mayor Ə.Şıxlinskiyə 
teleqram göndərib şimal sərhəddinin müdafiəsinə hərbi qüvvə ayırması barədə əmr 
verdi:  “Bolşeviklər  Yalama  stansiyasına  hücum  etdilər.  Onlar  dayanmadan 
irəliləyirlər.  Xudatı  ələ  keçiriblər.  Çıxılmaz  vəziyyətdəyik.  Günü  bu  gün 
Qızılburuna Qazaxdan bir tabor və Gəncədən bir tabor göndərməyinizi əmr edirəm. 
Hər  bir  taborda  ən  azı  500  süngü  və  pulemyot  olmalıdır.  Yük  qatarını  artıq 
göndərmişik.  Həmin  hissələrin  gəlməsi  vaxtını  teleqrafla  bildirin.  Biz  taborları 
sabah  gözləyirik.”  S.Mehmandarov  bu  əmrilə  şimalın  müdafiəsi  üçün  köməyi 
Qarabağdan  deyil,  Gəncə  və  Qazaxdan  göndərməyi  tələb  edirdi.  Vəziyyətin 
reallıqla  qiymətləndirilməsi  göstərir  ki,  Qarabağda  olan  qüvvələrin  şimala 
gətirilməsilə  çox  böyük  zərbə  qüvvəsinə  malik  olan  XI  Ordunun  qarşısını  almaq 
elə də asan olmazdı.” (80.səh.355). 
27  aprel  1920-ci  ildə  Stalin  Leninə  göndərdiyi  məktubda  “Bakının  zəbt 
edilməsi  faktını  Azərbaycanın  müstəqilliyi  kimi  təqdim  etmək”  məsləhətini 
vermişdi.  2  mayda  Q.K.Orconikidze  ilə  S.M.Kirovun  V.İ.Leninə  göndərdikləri 
teleqramda  isə  Azərbaycana  ünvanlanmış  təbrikdə  ümumi  şəkildə  “müstəqilliyin” 
tanınmasına  işarə  edilməsini  və  Qafqazın  idarəçiliyi  üçün  özlərinə  təcili  olaraq 
radio vasitəsilə Xalq Komissarları Soveti  səlahiyyəti almaqla  yanaşı,  Nərimanovu 
neytrallaşdırmağı  da  məsləhət  görürdülər.  Elə  həmin  gündə  N.Nərimanov 
Azərbaycan Müvəqqəti Hərbi İnqilabi Komitəsinin sədri seçilir.  
Moskvadan Nəriman Nərimanovun Azərbaycan hökumət başçılarına “haqq-
hesab  çəkmək  zamanı  yaxınlaşır”  xəbərdarlığı,  hakimiyyət  böhranını  daha  da 
kəskinləşdirmişdi.  
“Azərbaycan  Xalq  Cümhuriyyəti  parlamentinin  27  aprel  1920-ci  il  tarixli 
145  saylı  sonuncu  iclasında  gözlənilmədən  iki  nəfər  silahlı  ilə  salona  daxil  olan 
çərkəzi  geyimli,  tapancalı,  xəncərli  Həmid  Sultanovun  gətirdiyi  “Azərbaycan 
İnqilab Komitəsi parlamanı buraxıb Müsavat hökumətinin dərhal inqilabi komitəyə 
təslim olmasını tələb edir” yazılı ultimatumu çaşqınlıq yaradır.  
M.Ə.Rəsulzadənin: “Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər 
çıxarmayaq.  Ölkə  Parlamentinin  qapısını  açıq  qoyaq  ki,  hər  kəs  nə  cür  təhlükəli 
vəziyyət  içində  olduğumuzu,  nə  cür  qərar  qəbul  edəcəyimizi  bilsin.  Ona  görə  də 
təklif  edirəm  ki,  məclisimizin  qapılarını  millət  üzünə  bağlamayaq  və  millətdən 
bixəbər  qərar  qəbul  etməyək”  (11.səh.972)  sözləri  vəziyyətin  nə  qədər  gərgin 
olması  barədə  təsəvvür  yaradır.  Səs  çoxluğu  ilə  iclasın  açıq  keçirilməsi  qərara 
alındıqdan  sonra  digər  partiyalarla  müzakirə  aparan  komissiyanın  sədri  kimi 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə