Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə42/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

85 
 
parlamentə izahat verən Məhəmməd Həsən Hacınskinin artıq hamının məzmununu 
bildiyi “Azərbaycan kommunist”lərindən gələn rusca məktubu təkrarən oxuması və 
tərcümə  etməsi  vəziyyəti  dəqiqləşdirir.  “Mərkəzi  Azərbaycan  kommunist  firqəsi 
bizə  təklif  edir  ki,  axşam  saat  7-yə  qədər  hökuməti  onlara  təslim  edək.  Bununla 
belə,  əmin  edirlər  ki,  onlaın  şərtlərini  qəbul  etsək,  Qızıl  Ordu  əsla  Bakıya 
gəlməyəcək  və  Qızıl  Ordunun  Bakıya  gəlməsi  üçün  onlar  əllərindən  gələni 
edəcəklər. Onlar deyirlər ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, 
Qızıl  Ordu  heç  bir  vədə  buraya  gəlməyəcək.  Hökumət  mexaniki  surətdə  təslim 
edilməlidir.  Nə  kimi  məmurlar  varsa,  hamı  öz  yerlərində  qalacaqlar.  Yalnız 
hökumət başında olanlar kənar edilib yerlərinə Azərbaycan kommunistləri keçir və 
müsəlmanlardan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: əgər bu gecə bu 
məsələ  həll  olunsa,  onlar  bir  deklarasiya  çıxarırlar  ki,  Azərbaycan  Parlamentinə 
daxil olan  siyasi firqələr  musavi (bərabər) və azad fəaliyyət göstərəcəklər. Onlara 
qarşı və  xüsusən, hökumət üzvlərinə  qarşı  heç bir xüsusi tədbir görülməyəcək  və 
onlar təqib olunmayacaqlar. Sonra gələn Qızıl Ordunun məqsədləri məzlum millətə 
yardım etməkdir. Bir tərəfdən də bir neçə təklif verildi. Lakin onlar qəbul etmədilər. 
Onlar  bir  şeyi  də  söylədilər  ki,  hərgah  onların  təklifi  qəbul  olunmasa  gələcəkdə 
məsuliyyət  parlament  üzvlərinin  üzərinə  düşəcək.  Onların  təklifi  onlarla  birlikdə 
müzakirədən  sonra,  komissiya  üzvləri  tərəfindən  də  müzakirə  olundu.  Biz  də 
qərara  gəldik  ki,  o  şərtlər  ki,  onlar  qoyur  və  deklarasiyanın  özü  komissiya 
tərəfindən qəbul edilə bilər. Biz onlara etiraz edən deyilik və bizim də məqsədimiz 
budur. O ki qaldı dedikləri sözlərin doğru olub-olmamasına, bunu onların görəcəyi 
iş  göstərir  və  bunun  məsuliyyəti  də  həmin  təklifi  verən  firqənin  üzərinə  düşür. 
Əgər  bu  gün  onlar  millətimizin  və  kəndlilərimizin  lazım  olduğu  qədər  hazır 
olmadıqlarından  dolayı,  müşkül  bir  müdafiə  vəziyyətində  qalarlarsa,  biz  öz 
məsuliyyətimizdən heç vaxt boyun qaçırmayacağıq.  
Zənn edirəm ki, başqa firqələr də millətin müqəddəratını bizlə bərabər həll 
etməlidirlər  və  bunu  onlar  da  inkar  etməzlər.  Boynumuza  almalıyıq  ki,  bu  gün 
sərhəddə  lazımi  qədər  düşmənə  qarşı  mütəşəkkil  müdafiəyə  hazır  deyilik. 
Hökumətin  laqeydliyi  nəticəsində  Qarabağ  dağlarından  Yalamayadək  sərhəd  açıq 
buraxılmışdır.  Bununla  belə  ictimaiyyətin  fikrilə  də  razılaşmalıyıq  ki,  Şimaldan 
heç  bir  qorxu  yoxdur  və  orada  yaşayanlar  da  Azərbaycan  kəndliləri  kimi 
kəndlilərdir  və  azərbaycanlı  kəndlilərinin  razılığı  və  istəyi  olmasa,  heç  kəs 
Azərbaycana soxula bilməz.  
Cənablar,  bu  firqə  münaqişələri  sonu  görünməyən  mübahisələrə  çevrilib. 
Lakin deyirlər ki, belə bir fikirlərlə xalqımızın əksəriyyətinin etimadını qazanmaq 
olar  və  onların  vəzifələri  Azərbaycandan  keçib  Türkiyəni  zalım  imperialistlərdən 
xilas  etməkdir.  Əgər  məqsəd  budursa,  şimaldan  gələn  qüvvələrin  təzyiqi  altında 


86 
 
hökuməti  təslim  etməyə  nə  ehtiyac  var?  Bir  halda  ki,  türklərin  imperializm 
əsarətindən azad olmasına hamı və o cümlədən, biz də sevinirik.  
Bu fikrə qarşı cümhuriyyət daxilində zidd çıxan olmaz.  Əslində Türkiyəyə 
və  Zəngəzura  kömək  etmək  istəyirlərsə  ictimaiyyət  arasında  elə  bir  fikir 
yaratmalıdırlar  ki,  bu  qüvvələr  Azərbaycana  yalnız  onun  ərazisindən  keçib 
Türkiyəyə getmək üçün daxil olurlar.  
Fəqət,  millətin  müqəddəratını  bir  firqəyə,  hətta  təzyiq  altında  belə  vermək 
olmaz. Zira, hər kəs, o cümlədən, kommunist firqəsi də tamamilə əmin ola bilər ki, 
parlament  vasitəsilə  yaxud başqa bir mütəşəkkil  vasitə  ilə  öz fikirlərini deyə bilər 
və qəbuluna da nail ola bilərlər.  
Əgər  bu  həyata  keçirilərsə,  Azərbaycan  özünü  azad  hesab  edə  bilər.” 
(11.səh.972, 973,974). 
M.Ə.Rəsulzadə:  “Bizim  fraksiyamız  təslim  olmağın  əleyhinədir.  Fəqət, 
firqələrin  əksəriyyətinin  tələbinə  görə  və  camaatımızı  arasına  daxili  müharibə 
salmamaq  üçün,  bundan  əlavə,  bugünkü  kommunist  firqəsinin  müstəqilliyimizi 
müdafiə  edəcəklərini  nəzərə  alaraq  bütün  ixtiyarın  onlara  verilməsinin 
tərəfdarıyam,  bu  şərtlə  ki,  kommunistlər  istiqlaliyyət,  millət  və  məmləkətimizi 
layiqincə  müdafiə  etsinlər.  Yox,  əgər  bunlara  əməl  olunmazsa,  ixtiyarımızı  geri 
alaraq haqqımızı özümüzdə saxlayacağıq.” (11.səh.976). 
Artıq işğalçı qoşunun təzyiqilə vəziyyətə nəzarət edə bilməyən parlamentdə 
sonuncu  çıxışçılardan  olan  M.Hacınski  tribunaya  qalxaraq  bolşeviklərlə 
danışıqlarda onların inqilabi hökumətinin parlamentlə birgə çalışmaq fikri olmadığı 
barədə:  “Məsələ  orasındadır  ki,  parlament  öz  ixtiyarını  həmin  inqilab  komitəsinə 
verir.”  sözləri  ilə  vəziyyəti  aydınlaşdırır.  Beləliklə  də,  proletar  hakimiyyətinin 
üzvləri  əsasən  varlılardan  ibarət  olan  parlamentlə  sinfi  ziddiyyətini  bir  daha 
açıqlamış  olur.  Bu  ziddiyyət  isə  artıq  özünün  bütün  eybəcərliyi  ilə  parlament 
salonuna daxil olmuşdu. 
Əliheydər  Qarayevin  “proletar  inqilabının  əleyhinə  gedənlərin  gülləbaran 
ediləcəyi”  barədə  xəbərdarlığından  sonra  bir  çox  deputat  salonu  tərk  etsə  də, 
qarışıqlıq  şəraitində  belə  fraksiyaların  fəaliyyəti  davam  edir.  Gecə  yarıya  qədər 
uzanan  bu  fövqəladə  iclasda  Əliheydər  Qarayevin  artıq  işğalçılıq  missiyasını 
yerinə  yetirməyə  başlamış  Qırmızı  Ordunu  “dünya  proletariatının  xilaskarı” 
adlandırması  Məhəmməd  Əmin  Rəsulzadəyə  xoş  gəlmir.  Ona  qəti  cavab  verən 
Məhəmməd  Əminin  “ilanın  ağına  da  lənət  qarasına  da”  -  deyə  hansı  rəngə 
boyanmasından asılı olmayaraq rus ordusunun ağ və ya qırmızısının yalnız xalqları 
əsarətdə saxlayan işğalçılar olduğunu söyləməsi Əliheydər Qarayevi hiddətləndirir. 
“Gülləbaran  edərəm,  gözlərini  çıxardaram”  -  deyə  ona  hücum  çəkən 
Əliheydər Qarayevə təmkinini pozmayan M.Rəsulzadə olduqca tutarlı cavab verir: 
“Siz  millətin  gözünü  çıxarmısınız  Qarayev  Əliheydər,  tovarişlər  səni  gülləbaran 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə